Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan Qarabağ sülh prosesində Rusiyanı, Türkiyəni, İranı və Avroittifaqı eyni mövqeyə gətirə bildi – Ermənistanın təkliyi daha aydın görünür…

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın indiki mövqeyi bu ölkənin nə sülhə, nə də hərbə hazır olduğunu göstərir. Belə ki, İrəvan konfliktin dinc müstəvidə həlli üçün hələ də konstruktiv addımlar atmağa tələsmir. Eyni zamanda vasitəçi ölkələrə, bütün dünyaya da Azərbaycanın savaş varinatından istifadə etməsinin qarşısını almaq üçün minnətçi düşüb. Amma hadisələrin inkişaf axarı göstərir ki, Ermənistanın nə sülh, nə hərb variantına qaçması sonda ikincinin reallaşmasına səbəb olacaq. Çünki Azərbaycanın artıq Ermənistanın Qarabağ məsələsində şıltaqlığına dözmək niyyəti yoxdur.  

Konfliktin güc yolu ilə çözülməsinin Ermənistaın üçün faciəvi sonluqlara gətirib çıxaracağına dair indiyə qədər düşmən ölkəyə kifayət qədər xəbərdarlıqlar edilib. Bunu ermənilərin özləri də yaxşı başa düşür. Elə bu səbəbdəndir ki, Azərbaycanda hansısa hərbi hərəkətlilik, təlimlər Ermənistanda dərhal böyük təşvişə yol açır. Yeri gəlmişkən qeyd edək ki, tezliklə ölkəmizdə  keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə taktiki təlimi də Ermənistanda qorxu ilə qarşılanıb. Erməni mediasında  gedən yazılarda birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb ediləcəyi bildirilib. Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında qeyri-müəyyənliyin davam etdiyi və yeni müharibə ehtimalının yüksək olduğu bir vaxtda sözügedən təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin artmasına ciddi təsir göstərəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər mayın 1-dən 3-nə kimi keçiriləcək. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır. Eyni zamanda, faktdır ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər yüksək səviyyədədir, iki qardaş dövlət hərbi-texniki sahədə də dərin əməkdaşlığa malikdir. Ordumuzun hərbi parkı həm də Türkiyə silah-sursatı və döyüş texnikası hesabına komplekləşdirilir. Ortaq hərbi təlimlər, təcrübə mübadiləsi də prosesə əlavə mühüm töhfələr verir. Belə vəziyyətdə Azərbaycan və Türkiyənin birgə addımları, o cümlədən də hərbi təlimləri Ermənistanı getdikcə daha çox narahat edir. Çünki belə təlimlər həm də işğalçı Ermənistana növbəti ciddi mesajdır. Azərbaycan xalqının heç vaxt işğal rejimi ilə barışmayacağı barədə səslənən fikirlərsə müharibənin bitmədiyi haqda düşmən tərəfə və onun havadarlarına daha bir siqnaldır. İşğal rejimi davam etdikcə, belə təlimlərə də, sözsüz ki, ara verilməyəcək. İstənilən halda, iki qardaş ölkənin ortaq təlimləri Ermənistan üçün çox şey ifadə edir. Eyni zamanda, təlimlərin hədəflərindən biri kimi əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq da çox önəmlidır. Bu o deməkdir ki, real döyüş əməliyyatları zamanı Türkiyənin ölkəmizə hərbi dəstəyi, ən azından, bu formada özünü göstərə bilər. Məhz bu da İrəvanı çox ciddi narahat edir.

Digər tərəfdən, qardaş Türkiyənin Rusiya ilə dərinləşən münasibətləri də Ermənistan  üçün müsbət heç nə vəd etmir. Moskva, ən azı, həyati əhəmiyyət kəsb edən geosiyasi maraqları üzündən Ermənistana görə Türikyə ilə hansısa qarşıdurma yaşamaq niyyətindən indi çox uzaqdır. Ümumiyyətlə, Ermənistanı qıcıqlandıran əsas məsələlərdən biri Azərbaycanla yaxın olan Türkiyənin Rusiya ilə əməkdaşlığının genişlənməsidir. Çünki Ermənistan elə hesab edir ki, Türkiyə və Rusiya yaxınlaşdıqca, Ankara Dağlıq Qarabağ probleminin həllinə təsir imkanını genişləndirir. Ümumiyyətlə, qardaş Türkiyə problemin nizamlanmasına ciddi təkan verə bilər. Bu mənada, Azərbaycan Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı tərəf kimi çıxış edir, sözügedən məsələyə öz töhfələrini verir. Rusiyalı ekspert Maksim Şevçenko bu fonda qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, regionun taleyi üç qonşu dövlət olan - Rusiya, Türkiyə və İran tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə həll olunmalıdır: “Yəni kim Qafqazın tranzit dəhlizi olmasında maraqlıdırsa, məhz onlar regionun taleyini həll etməlidir”. Ekspert burada onu da diqqətə çatdırır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesdə haqlı tərəfdir: “Rəsmi Bakı münaqişənin ədalətli yolla həllini istəyir. İstəyir ki, işğal altındakı torpaqları azad olunsun, işğala son qoyulsun. Yalnız bundan sonra iki ölkənin xalqları arasında dialoq, qarşılıqlı anlaşma baş tuta bilər. Ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü ağıllı siyasət milliyyətçi ehtiraslı siyasətin müşahidə olunduğu Ermənistan tərəfi üzərində qələbə çalacaq. Ümid edirəm ki, hər iki tərəfdən olan müdrik insanlar ümumi dil tapacaq və Cənubi Qafqaza bu və ya başqa yolla sülh gələcək”.
Şevçenkonun fikrincə, Qarabağ münaqişəsi təkcə Azərbaycan xalqı üçün faciə deyil: “Ermənilər üçün də faciədir. Onlar da vətənlərini itiriblər. Bakıda, Sumqayıtda və digər şəhərlərdə yaşayan erməniləri nəzərdə tuturam. Azərbaycanlılar isə min illərlə yaşadıqları Qarabağı və İrəvanı, Zəngəzuru itirdilər. Ona görə də hesab edirəm ki, sülh təşəbbüsü göstərən Bakının mövqeyi Qarabağ münaqişəsinin dinc yolla həllinə aparan yeganə yoldur. Bu yola alternativ yoxdur. Ermənistan inadkarlıq etməməlidir. Onlar fikirləşirlər ki, 1992-ci il müharibəsinin nəticələri qorunub saxlanılsın, tutduqları Azərbaycan ərazilərini özlərində saxlasınlar. Bu, öz-özlüyündə absurd mövqedir. Ermənistan bu mövqedən əl çəkməlidir. Mənə elə gəlir ki, Ermənistan Avropa, demokratik və müasir ölkə prinspilərindən danışırsa, o zaman bu demokratiya hamı üçün olmalıdır. Bu demokratiya sözdə deyil, əməldə olmalıdır. Demokratiya ilk növbədə insan hüquqlarının qorunması və ona hörmət olunması deməkdir. Ona görə də Ermənistan torpaqlarını itirən insanların hüquqlarına hörmət etməlidir".

Rusiyanın Qarabağla bağlı danışıqlar prosesində təşəbbüsü yenidən ələ alması haqqında fikirlərə münasibət bildirən M.Şevçenko deyib ki, Rusiyanın mövqeyi olmadan Qarabağ münaqişəsi ümumiyyətlə həll oluna bilməz: "Rusiya dünya nəhəngləri arasında bu münaqişənin sülh yolu ilə həll olunmasında daha çox maraqlıdır. Çünki Rusiya həm münaqişə tərəfləri ilə qonşudur, həm də bu ölkədə böyük Azərbaycan və Ermənistan diasporu var. Ona görə də Rusiya bu münaqişədə əsas maraqlı tərəfdir. Rusiya Qarabağ münaqişəsinin güc yolu ilə həllinin əleyhinədir. Çalışır ki, münaqişə dinc, sülh yolu ilə həll olunsun. Rəsmi Moskvanın verdiyi təkliflər də məhz müharibənin qarşısını almağa yönəlib. Çünki Qarabağda yeni müharibə Rusiyanın ərazisinə də təsir edəcək. Dağıstan, Şimali Qafqaz bir-birinə qarışacaq. Krasnodar diyarı, Rostov vilayətində çoxlu sayda erməni yaşayır. Rəsmi Moskva bütün bu məqamları çox yaxşı başa düşür. Ona görə də ancaq sülhə aparacaq həll yolunu dəstəkləyir”. Hesab edilir ki, Türkiyənin də prosesdə iştirakına münbit şərait yaratmaqla Moskva sülhün daha tez əldə edilməsinə nail ola bilər. Bu mənada, Ermənistan üçün Türkiyə-Rusiya yaxınlaşması ən xoşagəlməz ssenaridir. Ekspertlər də bildirir ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması ciddi geosiyasi dəyişikliklərə də rəvac verir. O baxımdan ki, bu iki böyük dövlətin yaxınlaşması regional və qlobal səviyyədə hiss ediləcək dəyişikliklərə səbəb ola bilər. İlk növbədə bu, Yaxın Şərq və Cənubi Qafqazda maraqlı geosiyasi proseslərin meydana gəlməsini stimullaşdırar.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan iki nəhəng ölkənin münasibətlərinin belə sürətli inkişafından dəhşətli dərəcədə narahatdır. Erməni analitik Ruben Mirzoyan vurğulayır ki, Türkiyə artıq Rusiya üzərindən də Ermənistanın mövqelərini sartsıtmağa, Qarabağ məsələsində Azərbaycanın maraqlarının təmin edilməsinə çalışacaq: “Bu prosesin qarşısını almaqda biz getdikcə daha böyük çətinliklər yaşayacağıq”. Düşmən tərəfi narahat edən başlıca məqamlardan biri budur ki, Türkiyə ilə yaxınlaşma fonunda Kreml Ermənistanın təhlükəsizliyinin müdafiəsində əvvəlki siyasətindən də əl çəkə bilər. Erməni ekspertlər hesab edirlər ki, bu, daha çox, geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. İndilikdə isə real vəziyyətin təhlili göstərir ki, Ankara ilə Moskvanın yaxınlaşması Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Ermənistan bundan narahat olduğundan, onun destruktiv mövqe tutmaqda davam etməsi gözləniləndir. Amma bunun Ankara ilə Moskvanın əməkdaşlığına təsir göstərcəyi qətiyyən inandırıcı sayılmır. Əksinə, iki ölkənin yaxınlaşması ilə qarşılıqlı surətdə gözlənilən maraqlar Qarabağ münaqişəsinin həlli imkanlarını genişləndirə bilər.

İndilikdə müşahidə olunan budur ki, ABŞ  təzyiqlərinə, digər xarici təhdidlərə baxmayaraq, Türkiyə Rusiya ilə siyasi münasibəti, diplomatik əlaqələri yüksələn templə inkişaf etdirir. Regionun iki böyük və qüdrətli ölkəsinin bu şəkildə bir-birinə bağlanması Türkiyə üçün qardaş, Rusiya üçün strateji tərəfdaş olan Azərbaycanın xeyrinə olduğundan, rəsmi Bakı prosesin inkişafına öz töhfələrini verməyə çalışır. Bütün bunların nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həll prosesini sürətləndirməsi də qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ