Cümə axşamı günü, 22 oktyabr 2026
     

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

Image


Müasir dövrdə qloballaşmanın sürətlənməsi xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi kimi, diaspor və lobbi təşkilatlarının da əhəmiyyətini artırıb. Bu gün bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və həmin diasporun lobbiçilik fəaliyyətləri ilə ölçülür.

Eyni zamanda, millətin bir amal ətrafında birləşməsi həmin dövlətin dayanıqlığını təmin edən əsas amillərdən biridir.

Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, ciddi əhəmiyyətə malikdir

Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahədə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verir. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrin ictimai-siyasi xadimləri, elm adamları və media nümayəndələri ilə səmərəli əməkdaşlıq qurulub, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər. Nailiyyətlərin, uğurların, qələbələrin, zəfərin əldə edilməsində məhz diaspor quruculuğunun, lobbiçiliyin, həmrəyliyin böyük rolu olduğuna zərrə qədər də şübhə yoxdur. Milli birliyin, dünya azərbaycanlılarının həmrəyliyinin xalqımız üçün, bütövlükdə Azərbaycan üçün xüsusilə önəmli olması fonunda diasporların fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğu artıq bəllidir. Diasporların fəaliyyətinin, lobbiçiliyin məhz milli birliyə, həmrəyliyə xidmət etməsi də bir daha təsdiq edir ki, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir.

Vətən müharibəsindən sonra diaspor təşkilatlarının fəaliyyəti intensivləşib

O da məlumdur ki, Qarabağ münaqişəsi və 44 günlük Vətən müharibəsindən sonra diaspor təşkilatlarının fəaliyyəti daha da intensivləşib. Bu təşkilatlar Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın təcavüzkar siyasətini ifşa etmək üçün mütəmadi tədbirlər təşkil edir, beynəlxalq mediada çıxışlar edirlər. Azərbaycanın diaspor təşkilatları eyni zamanda milli həmrəyliyi gücləndirmək və milli dəyərləri qoruyub saxlamaq istiqamətində fəaliyyət göstərirlər. Diaspor təşkilatları müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan həqiqətlərini bütün dünyada yayırlar. Bunun üçün beynəlxalq tədbirlərdə iştirak etmək, mediada və sosial şəbəkələrdə aktiv olmaq onların fəaliyyətinin bir hissəsidir. Xüsusilə, beynəlxalq mediada və akademik müzakirələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edən çıxışlar etmək, məqalələr dərc etdirmək və mütəxəssislərin diqqətini Azərbaycanın haqq işinə cəlb etmək diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Digər bir tərəfdən məlum olduğu kimi, son illər gedən proseslər fonunda köhnə dünya düzəninin dağılır, yeni düzən formalaşması gözlənilir. Görünən odur ki, bu, artıq qaçılmaz bir reallıqdır. Belə şəraitdə Azərbaycanın diaspor və lobbiçilik siyasətində nə kimi yeniliklərə, müasir dövrün qaydalarına ehtiyac var?

Yeni dövrün trendlərinə uyğun olaraq xaricdə diaspor fəaliyyəti gücləndirilməlidir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, müasir dövrün tələbləri bütün sahələrdə, o cümlədən, diaspor sahəsində də yeniliklər tələb edir: “Çünki adətən qlobal hadisələr baş verəndə dünyada xəritə dəyişir, yeni dövlətlər yaranır. Məsələn, Birinci Dünya müharibəsindən sonra yeni dövlətlər yarandı. O cümlədən, Cənubi Qafqazda Azərbaycan Demokratik Cümhuriyyəti, Gürcüstan və Ermənistan məhz həmin dövrdə yarandı. Qısa müddətdə olsa da həmin dövlətlər müstəqil olaraq mövcud oldular. İkinci Dünya müharibəsindən sonra isə, Şərqi Avropada sosialist dövlətləri yarandı. 1991-ci ildə SSRİ-nin dağılması ilə 15 yeni dövlət yarandı. Müasir dövrdə də çox qlobal proseslər gedir. Yaxın Şərqdə yaşananlar, Rusiya-Ukrayna müharibəsi və s. Bu isə onu göstərir ki, sərhədlərin dəyişməsi, yeni dövlətlərin yaranması ehtimalı böyükdür. BMT-nin əsaslarına görə, iki hüquq əsas götürülür. Bunlar dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmək hüququ. Hansı dövlət zəifdirsə, onu parçalamaq üçün ikinciyə üstünlük verilir. Ona görə də xaricdə diasporamız fəal olmalıdır, müasir media vasitələri ilə dövrün tələblərinə uyğun səmərəli əməkdaşlıq qurmalıdır. İşğala son qoymuşuq deyə, arxayın otura bilmərik. Çünki düşmənimiz məkrli və hiləgərdir. Bütün vasitələrlə Azərbaycanı qaralamağa çalışırlar. O üzdən, yeni dövrün trendlərinə uyğun olaraq xaricdə diaspor fəaliyyəti gücləndirilməlidir. Azərbaycanın təbliği keyfiyyətcə yeni mərhələyə keçməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ