Cümə günü, 23 oktyabr 2026
     

“Lələ Təpə əməliyyatı”na görə Seyran Ohanyan və oğlu Artur Ohanyan qurban verilir...

Image


Baş nazir Nikol Paşinyanla müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan arasında baş verən səs-küylü insidentdən bir həftə keçməmiş Baş Prokurorluq Ohanyanın oğluna qarşı cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. İş “Lələ Təpə əməliyyatı” kimi tanınan 44 günlük müharibənin epizodlarından birinə aiddir və əsas təqsirləndirilən şəxs Seyran Ohanyanın oğlu Artur Ohanyandır.

Prokurorluğun məlumatına görə, keçmiş müdafiə nazirinin oğlu “Lələ Təpə əməliyyatı”nda uğursuzluqla üzləşib. Polkovnik Ohanyana müharibə zamanı Müdafiə Ordusu komandanı tərəfindən Horadizin qərb kənarında hücuma keçmək və pozulmuş xətti bərpa etmək tapşırığı verilmişdi. Ohanyan, hüquq-mühafizə orqanlarının məlumatına görə, əks-hücum zamanı hərbi xidmət qaydasına əməl etməyib və hərbi vəzifələri yerinə yetirməkdən imtina edib. Prokurorluğun məlumatında deyilir: “Artur Ohanyanın döyüş əməliyyatlarının aparılması qaydasını düzgün yerinə yetirməməsi, zəif rəhbərlik etməsi, tabeliyində olan bölmələr arasında əlaqənin təmin olunmaması, döyüş qaydasının pozulması, qüvvə və vasitələrin nizamsız bölgüsü, qarşı tərəflə döyüşlərdə gələcək hərəkətlərin miqyasını planlaşdırmaması müəyyən olunub. Bölmələr onun əmri ilə döyüşə cəlb olunduqdan sonra və əməliyyat nöqtəsinə çatdıqdan sonra bu problemlər üzə çıxıb”. Polkovnikin atası, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, nəinki bunu, ümumiyyətlə, hər hansı hərbi əməliyyatı açıq şəkildə şərh etmir. O, həm də oğlunun əmri yerinə yetirdiyini vurğulayıb: “Oğlum rəhbərlik etmədiyi əməliyyatlarda iştirak edib, o, sadəcə olaraq həmin əks-hücumda iştirak edib, rəhbərliyi, məncə, “Müdafiə Ordusu”nun komandanı həyata keçirib”. 44 günlük müharibənin həmin mərhələsində Qarabağdakı separatçı rejimin “ordusunun” komandiri Cəlal Arutyunyan olub. Lakin təxminən il yarım əvvəl Lələ Təpə yüksəkliyini geri almaq cəhdi epizodunda ona bəraət verilib və məlum olub ki, əməliyyatı aparan Arutyunyan olmayıb. Seyran Ohanyan bununla arzılaşmır və o, hərbi-siyasi rəhbərliyin məsuliyyət daşıdığını bildirir: “İlk növbədə yuxarıdan, hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi nəticəsində qərarlar qəbul edən və orduya dəstək verən, orduya baxan, ölkənin dərinliklərində də müxtəlif növ kompleks dəstək tədbirləri həyata keçirən səviyyədən araşdırma başlamalıdır. Müdafiə siyasətində problemləri olan bütün icra strukturları araşdırmaya cəlb olunmalıdır”.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan hələ 2021-ci ildə parlamentdə Lələ Təpə məsələsindən danışıb. Nikol Paşinyan bununla bağlı müzakirələrdə iştirak etdiyini inkar etməyib, lakin təpənin içğalı ilə bağlı göstəriş vermədiyini bildirib: “İndi deyirlər ki, Serj Sarkisyanın Lələ Təpəni təhvil verməsi ilə bağlı səhvinin düzəldilməsi üçün qərarı mən verdim. Guya dedim ki, gedin, oranı ələ keçirin, o kontekstdə də 700 itki oldu. Mən belə əmr verməmişəm,bununla bağlı iddialar tam cəfəngiyyatdır. O əməliyyat təklifinin müəllifi general idi, general o təklifi məqbul saydı, general o təklifi məqbul hesab etdi, baş nazir həmin təklifin həyata keçirilməsi imkanını dəyərləndirdi”. Paşinyan o zaman ittiham oxlarını Cəlal Arutyunyana tuşlayırdı. Cəlal Arutyunyan 44 günlük müharibədən sonra susqunluq nümayiş etdirərək, hakimiyyətin müharibənin məğlubiyyətində hərbçilərə ünvanladığı müxtəlif ittihamları cavabsız qoyub. Paşinyanın ötən həftə MTN zirzəməsinə göndərməklə hədələdiyi Seyran Ohanyan isə təkid edir ki, oğlunun başına gələnlər onu sıradan çıxarmaq üçün edilir: “Şəxsiyyətimlə müəyyənləşən çox şeylər görürəm, amma çoxlarından fərqli olaraq, heç vaxt bu məsuliyyətdən qaçmıram. Gördüyünüz kimi, mən əvvəllər məmur olmuşam, indi Ermənistandayam, müxtəlif məhkəmə proseslərində, dindirmələrdə intensiv iştirak edirəm və heç vaxt bundan qaçmıram. Oğlumla mənim vətənimizdən başqa gedəcək yerimiz yoxdur”. Seyran Ohanyanın oğlu Artur Ohanyanın barəsində çıxarılan ilk qərar isə onun ölkədən çıxışına qadağa qoyulmasıdır. Artur Ohanyana qarşı “hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət” maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, hələ 4 il əvvəl erməni politoloq, “Nəsillər üçün həqiqət” vətəndaş təşəbbüsü qrupunun rəhbəri Qeqam Nazaryan 44 günlük Vətən müharibəsi barədə mühüm faktlar açıqlayıb. Nazaryan 2020-ci il oktyabrın əvvəllərində Ermənistan ordusunun Cəbrayıl rayonu istiqamətində keçirdiyi “Lələ Təpə” əməliyyatının uğursuzluğa düçar olmasından danışıb: “Lələ Təpə” əməliyyatı əsl soyqırımı idi. Bizim 650 ölümüz var idi, 44 tankdan 42-si döyüş meydanında qaldı”. 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdi düşmən üçün böyük uğursuzluqla nəticələnib. Məlumatlara görə, erməni ordusuna hücum əmrini respublikanın baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sarkisyanın Ermənistan prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi. Amma düşmən üçün tamam əks mənzərə yaşandı.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ