Cümə günü, 23 oktyabr 2026
     

İranın Ermənistanla 2016-dan başlatdığı layihə iflasa uğradı - son görüş 2022-ci ildə olub...

Image


Akif Nəsirli: “Bu layihənin baş tutması mümkün deyil”

Ermənistan “Fars körfəzi-Qara dəniz” İTC layihəsinə üzv ölkələrin növbəti iclasının nə vaxt keçiriləcəyini bilmir. Bu barədə Sputnik Ermənistan-a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Fars körfəzi-Qara dəniz” İTC layihəsinin işə salınması ideyası ilk dəfə 2016-cı ildə İran tərəfindən səsləndirilib. Rəsmi olaraq, Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan bu layihədə iştirak edir

2022-ci il aprelin 6-dan 7-dək Bolqarıstanda sözügedən layihənin əlaqələndirilməsi üzrə işçi qrupun nümayəndələrinin altıncı və indiyədək sonuncu görüşü keçirilib. Həmin iclasda Ermənistan, İran və Bolqarıstan nümayəndələri “Fars körfəzi-Qara dəniz” sazişinin yekun variantının hazır olduğunu bildirən görüşün protokolunu imzalayıblar.

Lakin Yunanıstanın bir sıra məsələlərdə fikir ayrılığı olub. “Hazırda “Fars körfəzi-Qara dəniz” İTC sazişinin imzalanması üçün dəqiq müddətlər yoxdur”, - departamentdən qeyd edilib.

Bildirilir ki, öz növbəsində, Ermənistan tərəfi sazişi ratifikasiya etməyə hazırdır.

İranda Ermənistanın 2016-cı ildən başlatdığı dəhliz layihəsi iflasa uğradı. Bu məsələ son dəfə 2022-ci ildə müzakirə olunub, keçən müddət ərzində bir dəfə də olsun müzakirəsi keçirilməyib. Bir sözlə, Ermənistan indiyə qədər beynəlxalq nəqliyyat dəhlizi layihəsinin nə zaman icra olunacağını gözləyə-gözləyə qalıb.

“Bu, “ölü doğulmuş” bir layihədir”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, bu layihə artıq 10 ilə yaxındır müzakirə edilir: “Düşünürəm ki, bu layihənin baş tutması mümkün deyil. Sadəcə olaraq, İran Ermənistanla münasibətlərini bir qədər də istiləşdirmək üçün ortaya belə bir ideya atıb. Bu ideyanın müzakirəsində region ölkələrinin heç birinin demək olar tam razılığı yoxdur. Bu layihəyə əslində siyasi razılıq var, o siyasi cəhətdən rəy alıb. Amma məsələ burasındadır ki, siyasilərin danışması ilə ekspertlər səviyyəsində layihənin dəyərləndirilməsi arasında fərqlər olur. Bu fərqlər müəyyən müzakirələr nəticəsində aradan qaldırıla bilirsə layihə icra edilir, həyata keçir, yox əgər bu fərqlər, bu razılaşdırılmayan məsələlər üzərində kompromis əldə edilmirsə layihə icra edilmir. Yəni bu gün, tutalım, Hindistan, İran, Ermənistan, Gürcüstan, Yunıstan siyasiləri toplaşıb bu məsələni müzakirə edirlər ki, belə bir dəhlizi reallaşdıraq. 2016-cı ildə ilkin olaraq belə bir toplantı olmuşdu, Hindistan nümayəndəsi də orda iştirak edirdi. Həmin o müzakirələr zamanı qərara alındı ki, həmin o dəhlizin işə düşməsi siyasi baxımdan qəbulediləndir. Yəni razılıq verilmişdi. Amma növbəti mərhələdə layihə ekspertlər səviyyəsində müzakirə edildi, bu müzakirələr zamanı qeyd olundu ki, reallaşdırılacağı təqdirdə ona alternativ olan marşurutlardan daha səmərəsizdir. Ona görə də bu layihə icra edilmir”.

A.Nəsirlinin sözlərinə görə, İranın Avropaya çıxışı üçün Türkiyə kimi ölkə var, onunla həmsərhəddir. “Nəyə görə, tutaq ki, Hindistan Avropaya İrandan keçib Türkiyənin üzərindən çıxmır, İrandan Ermənistana, ordan da Gürcüstana keçib ordan Qara dəniz vasitəsilə Yunanıstana, ordan isə digər Avropa ölkələrinə çıxır? Məsələ burasındadır ki, İran öz sərhədini keçib Türkiyə ərazisindən birbaşa Avropaya çıxa bilər. İndi təklif olunan layihə əslində bu marşuruta alternativdir. Amma Türkiyə üzərindən keçən marşurutdan daha səmərəsiz olduğuna görə qəbul edilmir. Türkiyə üzərindən keçən nəqliyyat dəhlizinə nisbətən barəsində danışılan “Fars körfəzi- Qara dəniz” İTC marşurutunda həm yol uzundur, həm xərclər çoxdur, yüklərin çatdırılma müddəti uzun vaxt tələb edir. Çox səmərəsiz olduğu üçün bu layihə icra edilmir”.

A.Nəsirlinin fikirincə, o layihə üzrə daşınacaq yüklər hazırda Türkiyə üzərindən daha ucuz qiymətə, daha qısa müddətə Avropaya daşınır: “Bu, “ölü doğulmuş” bir layihədir. Bu səbəbdən onun həyata keçirilməsi mümkünsüzdür. Hətta dəmir yolu, yaxud avtomobil yolu inşa etsələr belə onun xərcini çıxara bilməyəcəklər. Bu tam iqtisadi cəhətdən səmərəli bir layihədir. Bu həm də Ermənistanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinin bir hissəsidir. “Dünyanın kəsişməsi” layihəsi də “Fars körfəzi-Qara dəniz” İTC layihəsi kimi “ölü doğulmuş” bir layihədir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ