Cümə axşamı günü, 29 oktyabr 2026
     

İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir - Əsədin devrilməsi partlayış verdi...

Image


Yaxın Şərqdə kəskin şəkildə dəyişən vəziyyətin Avrasiyada, o cümlədən Cənubi Qafqazda proseslərə təsiri qaçılmaz hesab olunur. Xüsusən də o fonda ki, İran regionda Zəngəzur dəhlizinin açılmasına bütün müqavimət imkanlarını itirmək üzrədir. Çünki ABŞ və İsrail indi getdikcə daha çox diqqətlərini İran üzərində cəmləyirlər. Bundan başqa, İran daxilində olan problemlər də vəziyyətə təsirsiz ötüşmür.

Belə bir vaxtda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsi ilə İran arasında birbaşa hərbi münaqişənin yarana biləcəyini istisna etməyib. O, "Time" jurnalına müsahibəsində deyib: "Hər şey ola bilər. Hər şey. Bu, çox qeyri-sabit vəziyyətdir". İsrailin baş naziri Benyamin Netanyahu isə daha sərt mövqe sərgiləyib. O, Yaxın Şərqdə baş verənlərin İranı əhəmiyyətli dərəcədə zəiflətdiyini vurğulayıb: "Suriya artıq o Suriya deyil; Livan artıq o Livan deyil, Qəzza artıq o Qəzza deyil və "oxlar"ın lideri İran da artıq o İran deyil".  Netanyahu Donald Trampla telefon danışığı barədə danışarkən bu haqda geniş müzakirə aparıb. O, Trampla danışığın "çox isti, çox dostcasına" keçdiyini və "İsrailin qələbəsinin tamamlanması baxımından" olduqca vacib məsələlərin müzakirə olunduğunu bildirib: "Mən birmənalı olaraq "Hizbullah" və İrana deyirəm: bizə zərər verməməyiniz üçün sizə qarşı lazım olduğu qədər, istənilən arenada, istənilən vaxt fəaliyyət göstərməyə davam edəcəyik".  Bununla yanaşı,  Netanyahu birbaşa İran xalqına videomüraciət edərək, ölkəsinin bütün qonşuları ilə sülhə nail olmağa çalışdığını və onların BUNA azad İranı görmək istədiyini bildirib. Bununla belə, o əlavə edib ki, bu, tezliklə - çoxlarının düşündüyündən tez baş verə bilər: "Mən açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə sülhün tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz İran xalqı bunu bilirsiniz. Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz, ancaq sizə zülm edən və bizi təhdid edən bir rejim altında əziyyət çəkirsiniz. Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq. Qadınlar, həyat, azadlıq - bu, İranın gələcəyidir, bu, dinc gələcəkdir və mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən də tez həyata keçirəcəyik. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh qalasına çevirəcəyik". Bunlar fonunda bəlli olub ki, İsrail Suriyaya uğurlu hava zərbələrindən sonra İrandakı nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır. srail ordusuna məxsus "Qaley İDF" radiosu bildirir ki, İsrailin müəyyən hərbi strukturları, o cümlədən ordu, Tehranla bağlı ölkənin siyasi rəhbərliyinə variantlar təqdim etmək üçün müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında koordinasiya aparır. Vurğulanıb ki, Suriyanın hava hücumundan müdafiə sisteminin 80 faizi İsrailin hava hücumlarından sonra məhv edilib. Radio bildirib ki, bir neçə il əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri yəhudi dövlətinin aviasiyasına ciddi təhlükə yaradıb. Lakin indi vəziyyət dəyişib, Suriyanın hava məkanı uçuşlar üçün artıq açıqdır. Bu da irana hücumları asanlaşdırır.

Bütün bunları nəzərə alan ekspertlər hesab edir ki, İsraillə mübarizədə HƏMAS, "Hizbullah" üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması Tehranın Cənubi Qafqazdakı "qırmızı xətlər"inə də sarsıdıcı zərbələr vurur. Çünki İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən zəif vəziyyətdədir. Belə olan halda, Tehran Qafqaz siyasətini dəyişməyə məcburdur. Bu halda İranın geosiyasi və regional riskləri onu müttəfiqi Rusiya ilə bərabər, rəqibləri ilə də konsensus axtarışına sövq edir. Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı "Qafqaz güzəşti"nin qaçılmaz olduğuna inandırmağa məcburdur. Tehran bu halda  məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçməlidir. Bu da o deməkdir ki, Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir. Artıq bu xüsusda Ermənistanda da həyəcan təbili çalınır. Erməni politoloq Alen Gevondyan  bildirir ki, mütləq dəhliz açılacaq və artıq iran da bun amüqavimət göstərə bilmir: "Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək". Bu arada xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir. XİN başçısı qeyd edib ki, artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir. Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin də bu xüsusda maraqlı bir açıqlam verib: "Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı ümumi anlaşma əldə olunub. Deməliyəm ki, erməni və azərbaycanlı tərəfdaşlarımızla birlikdə bir çox nizamlanma yollarında artıq ciddi nəticələr əldə etmişik. Mən regional nəqliyyat kommunikasiyalarının, ilk növbədə dəmir yollarının blokdan çıxarılmasından danışmaq istərdim. Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı ümumi anlaşma əldə olunub". O, xüsusilə söhbətin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Ermənistanın Zəngəzur bölgəsindən keçən yoldan getdiyini vurğulayıb. Xatırladaq ki, ruslar da bu dəhlizin açılmasında maraqlıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ