Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

Image


Xalqımızın zəngin dövlətçilik tarixi, eləcə də özünəməxsus milli adət-ənənələri, elm və mədəniyyəti haqqında geniş məlumatlar dünya ictimaiyyətinə bəllidir. Tarixi qaynaqlar təsdiq edir ki, dövlətçilik ənənələrimizin beş min ildən çox tarixi var.

Heç şübhəsiz ki, bu qədim dövlətçilik ənənələrimiz bizim mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafına, tərəqqisinə təsirsiz ötüşməyib, saysız-hesabsız töhfələr verib. Deməli, bu ənənələrin qorunması, eləcə də təbliği günümüzün ən aktual məsələlərindən biri hesab olunur və hər zaman olduğu kimi, yenə vacib sayılır.

Azərbaycan xalqı öz ənənələrinin keşiyindədir

Dövlətçilik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə olan hörmət və ehtiramın öz bəhrəsini verdiyinin hər birimiz şahidiyik. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi, bu istiqamətdə aparılan maarifləndirmə və təbliğatın nəticəsi özünü göstərdi və şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz həmin maarifləndirmə və təbliğatın rolu olduqca böyükdür. Məhz 44 günlük Vətən müharibəsi zamanı vətəndaşlarımızın vətən uğrunda, ali dəyərlər naminə necə mübarizə apardığını gördük. Nəticədə və bir daha əmin olduq ki, xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği çox vacib məqamdır. Bu vaxta qədər heç zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəslin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən qısa zamanda Zəfərə imza atması da məhz elə mənəvi dəyərlərin təbliği, milli ruhda, dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyənin məntiqi nəticəsi sayılır. İşğal altında olan torpaqlarımız uğrunda döyüşən, canlarını, qanlarını əsirgəməyənlər dövlətçilik tariximizə, dəyərlərimizə, ənənələrimizə necə bağlı olduqlarını bütün dünyaya sübut etdilər. Vətən torpağının hər qarışı uğrunda canını fəda edənlər göstərdilər ki, vətəni sevmək, dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq necə olur. Bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan xalqı öz dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə, özünə məxsus olana böyük hörmətlə yanaşır və hər zaman da ali dəyərlərin, öz ənənələrinin keşiyindədir. Azərbaycan əsgərinin döyüş meydanında necə böyük ruh yüksəkliyi ilə döyüşməsi, vətən uğrunda, vətən torpağını işğaldan azad etmək uğrunda hansı həvəslə vuruşması bütün dünya ictimaiyyətinin diqqətindən yayınmayıb və yaddaşlardan da silinən deyil. Vətən müharibəsi və bu müharibədə əsgərlərimiz tərəfindən göstərilən şücaət bir daha təsdiq etdi ki, həmin torpaqların sahibi o torpaqları qoyub qaçanlar yox, məhz həmin torpaqların hər qarışı uğrunda canından keçməyə hazır olanlardır və onlar Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin, bizə məxsus olanın keşiyində duran, onu qoruyan, dəyər verən azərbaycanlılardır. Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət danılmazdır. Əxlaqi və milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən məqamın da elə ilk növbədə, adət və ənənələr olduğu təkzib edilə bilməz. Ona görə də cəsarətlə deyə bilərik ki, hər bir dövlətin gücü məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır və qırılmaz bağlılıq, vəhdət də elə buradan təzahür edir. Heç şübhəsiz ki, güclü və qüdrətli dövlətin meydana çıxmasında məhz adət-ənənələrin vacib rol oynadığı artıq zərrə qədər də şübhə doğurmur.

Ermənistan şərtlərimizi qəbul edib

Bu arada məlum olub ki, Ermənistan sülh danışıqları ilə bağlı Azərbaycanın şərtlərini qəbul edib. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Azərbaycan və Ermənistan arasında sülh danışıqları təkliflərin 12-ci dəfə mübadiləsindən sonra başa çatıb. Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib: “Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir”. Rəsmi İrəvan bu açıqlamaya cavab verib və Bayramovun bəyanatını təsdiqləyib.

Ermənistanla sülh sazişi üzərində işin başa çatdırılması Azərbaycan dövlətçiliyi tarixində necə bir fakt kimi qalacaq?

Bu, Zəfər tariximizin yaratdığı hərbi-siyasi proseslərin önəmli bir halqasıdır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bu, Azərbaycan tarixində çox önəmli bir hadisə olaraq qalacaq: “Bu, Zəfər tariximizin yaratdığı hərbi-siyasi proseslərin önəmli bir həlqəsidir. Məsələ ondadır ki, 200 ilidi biz torpaqlarımızı bu və ya digər şəkildə itirirdik. 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən üzü bəri Azərbaycan torpaq itkisi ilə üzləşirdi. 1813-cü ildə imzalanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Ondan sonra Rusiya imperiyasının apardığı mənfur siyasətin nəticəsi olaraq tarixi Azərbaycan ərazilərində süni Ermənistan yaradıldı. Bolşevik Rusiyası 1920-ci ilin dekabrında Göyçə və Zəngəzur daxil olmaqla 20 min kvadrat kilometr ərazilərimizi Ermənistana hədiyyə etdi. Bütün bunlar azmış kimi, Qarabağda etnik ermənilərə 1923-cü vilayət statusu verib onları başımıza bəla etdilər. Bunun kulminasiya nöqtəsi olaraq 1988-ci ildə Ermənistandan bütün azərbaycanlılar deportasiya edildi. 1994-cü ilin 12 may atəşkəsinə qədər Qarabağ və ətraf 7 rayon işğal edildi. 2020-ci ilin 44 günlük şanlı Vətən müharibəsi illərlə davam edən torpaq itkisinə son qoydu. Ərazilərimiz işğaldan azad edildi. Müharibədən sonra yaranan reallıqlar 2022-ci ilin oktyabrında Praqada Ermənistanı rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur etdi. 2023-cü ilin sentyabrında Xankəndi, Xocalı, Xocəvənd, Əsgəran və Ağdərə daxil olmaqla Qarabağda suverenliyimiz tam bərqərar olundu. 2024-cü ilin aprelində Qazaxın 4 kəndi işğaldan azad edildi. Azərbaycanla Ermənistan sərhədinin 13 kilometrə qədər olan hissəsi delimitasiya edildi. Proses bu gün də davam edir. Bugünə qədər Ermənistan 17 maddəlik sülh sazişinin 15 maddəsinə razılıq vermişdisə, artıq yerdə qalan 2 maddəyə də razılıq verdi. Bu o deməkdir ki, iki ölkə arasında sülh sazişinin imzalanması uzaqda deyil”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ