Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

Image


2018-ci ilin inqilabı ilə yeni Konstitusiya gündəm oldu. Bunu Ermənistan baş naziri Nikol Paşinyan “Real Ermənistan” ideologiyası layihəsinin müzakirəsi zamanı deyib. Məsələ ilə bağlı Paşinyan daha sonra bildirib:

“O zaman mən bunu qeyri-mümkün hesab edirdim, çünki 2019-cu il aprelin 9-da bu gün qüvvədə olan konstitusiya qüvvəyə minib. O vaxtdan bəri eyni məntiqlə yeni konstitusiyanin gündəliyi var idi, baxmayaraq ki, əsaslandırma indi zənginləşib. Həmn dövrdə cəmi iki ay idi ki, qüvvədə olan konstitusiyanın dəyişdirilməsi məntiqsiz idi. Bu niyə məntiqsiz idi? Söhbət məntiqin itməsindən deyil, yenə də eyni sualın veriləcəyindən gedir: parlament və ya yarı-prezident idarəetmə sistemi olmalı idimi? Həmin vaxt bu suala cavab vermək çox çətin olardı, çünki parlamentli sistem cəmi 1-2 ay idi ki tətbiq olunurdu. Amma indi yeni konstitusiya mövzusu çox vacibdir”.
Paşinyan qeyd edib ki, onun fikrincə, konstitusiya vətəndaşların ölkədə yaşamaq və qarşılıqlı əlaqə qaydalarına dair razılaşması olmalıdır. Bu fonda Paşinyan vurğulayıb ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır: “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”. Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, “Qraparak” qəzeti yazır ki, Paşinyan əsas qanunun preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır. Əvəzində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq. Nəşrin yazdığına görə, Paşinyanın ideyası hakim partiya daxilində dəstək almayıb, lakin onun siyasi komandasından heç kim təşəbbüsü dəstəkləməsə belə, bu planı həyata keçirmək əzmindədir. Qeyd edək ki, Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan etmişdi. Bunlar o fonda baş verir ki, Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da təsdiq edib. Mirzoyan bildirib: “Bəli, biz beynəlxalq hüquqi platformalarda mübahisələrdən, məhkəmə çəkişmələrindən və bir-birimizə qarşı şikayətlərdən imtina edilməsini müzakirə edirik”. Onun sözlərinə görə, İrəvan və Bakı arasında “Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən üçüncü tərəflərin çəkilməsi məsələsi” də müzakirə olunur. Ermənistan XİN başçısı qeyd edib ki, müvafiq konstruktiv yanaşma sayəsində Azərbaycan və Türkiyə ilə münasibətlərdə qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür. Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır. Həmçinin o əlavə edib ki, bir sənədlə hər şeyi həll etmək olmaz: “Amma bu, ikitərəfli şəkildə davam edə biləcək prosesin başlanğıcı ola bilər”.

Beləliklə, Ermənistan sülh üçün Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə hazırlaşdığını iddia edir. Burada bir məsələni də xatırladaq ki, Bakı və İrəvan Azərbaycanla Naxçıvanı birləşdirməyi nəzərdə tutan nəqliyyat xətti ilə bağlı maddəni sülh sazişi layihəsindən çıxarıb. Söhbət Zəngəzur dəhlizindən gedir. Sülh vədləri ilə bağlı səslənən fikirlər fonunda Ermənistan həm də silahlanmağa davam edir. Hətta Ermənistanın apreldə Azərbaycanla müharibə etməyə hazırlaşdığına dair məlumatlar da yayılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bildirib: “Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim”. Bu məsələyə münasibət bildirən Tofiq Zülfiqarov qeyd edir: “Ermənistan hərbi baxımdan bizdən qat-qat zəifdir və onlar bizi məğlub etmək iqtidarında deyillər. Ermənistan müharibə deyil, hərbi təxribata əl ata bilər. “Ermənistan mövzusu Tramp dövründə öz əhəmiyyətini itirib və maraq dairəsindən çıxıb. Bu marağı cəlb etmək üçün Ermənistan həmişəki kimi hansısa təxribata əl ata bilər. Bilirsiniz ki, qapalı iclasda Baş nazir Paşinyan müharibə ilə əlaqədar çağırışlar edib. Bu baxımdan hərbi təxribat törədəcəklərini istisna etmirəm. Necə ki, 2016, 2019, 2020-ci illərdə hərbi təxribatlara əl atmışdılar. Elə hərbi əməliyyatlar da bu təxribatlardan sonra başladı. Təbii ki, bu, mənim baxışımdır. İnanıram ki, Azərbaycanda xüsusi orqanlar bu məlumatı diqqətdə saxlayır və onların bu barədə səhih bilgiləri var”. Ekspert əlavə edib ki, Azərbaycan davamlı sülhün tərəfdarıdır: “Azərbaycan istəyir ki, Ermənistan şərtlərə əməl etsin. Unutmayaq ki, işğal siyasətinin təkcə hərbi yox, ideoloji, iqtisadi və digər qalıqları var ki, Ermənistan bunları aradan götürmək niyyətində deyil. Sülh prosesi də buna görə böhrandadır. Sülh davamlı olmalıdır və Ermənistan hər sahədə, o cümlədən hüquqi müstəvidə ərazi iddialarından əl çəkməlidir. Ermənistanın isə yüksək səviyyəli hüquqi sənədlərində ərazi iddiaları qalmaqdadır. Bu qəbuledilməzdir və biz bu şəraitdə sülhə nail ola bilməyəcəyik”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ