Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyanla Putinin 1 ay əvvəlki telefon danışığının məzmunu açıldı - Münhendə "Ermənistansız Ermənistan müzakirələri"...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər etsə də böyük fiasko ilə üzləşib. Ölkənin xarici işlər nazirinin keçmiş müavini Avet Adonts qeyd edir ki, bu səfərdən heç bir əməli fayda olmayıb.

Adonts ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Münhendə keçirilən görüşə diqqət çəkib, görüşdə ABŞ-Türkiyə münasibətləri və Suriya ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub: "Qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı vəziyyətin Türkiyə ilə müzakirəsi zamanı Cənubi Qafqaz ölkələrindən birinin rəhbəri, yəni Nikol Paşinyan öz nümayəndə heyəti ilə zalda oturmuşdu. Mən demirəm ki, görüş üçtərəfli olmalı idi. Amma normal şəraitdə Ermənistan lideri ölkənin perspektivi baxımından çıxış etməli idi. Görünən odur ki, Ermənistansız Ermənistan müzakirə edilir”. Parlamentin “Şərəfim var” müxalifət fraksiyasından olan deputat Tiqran Abramyan da öz növbəsində ona diqqət çəkib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının genişlənməsi məsələlərinə həsr olunmuş panel müzakirəsində Ermənistan və onun Aİ-yə qəbulu prosesinin “başlanması” barədə bir kəlmə də deyilməyib. Digər paradoks isə odur ki, baş nazir Nikol Paşinyan Aİ-yə daxil olmaq istəyən ölkənin lideri kimi bu müzakirədə iştirak etməyib. Eyni zamanda, Abramyanın sözlərinə görə, Albaniya, Monteneqro, Moldova və Ukraynanın mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr aparılıb: “Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin pisləşməsi fonunda sonuncunun da adı çəkildi, lakin Ermənistanla bağlı bir kəlmə də deyilmədi, heç bir eyham da edilmədi, hətta Ermənistanın Aİ-yə daxil olmaq istəyini heç kim rəsmi şəkildə alqışlamadı”. Onun sözlərinə görə, hakimiyyətin öz vətəndaşlarına Aİ-yə daxil olmaq ideyasını “satmaq”, ölkəni “işıqlı gələcəyə” aparmaq istəyi nümayiş etdirmək istəyi Avropa rəsmiləri tərəfindən sıfır reaksiya ilə qarşılanır: “Bu, bir daha sübut edir ki, xarici siyasətdə Ermənistan hakimiyyəti öz avantüra yolunu davam etdirir. Ermənistan Aİ istiqamətində deyil, Türkiyəyə doğru irəliləyir - bu, ölkənin xarici siyasət oriyentasiyasından görünür”. “Qraparak” nəşri yazır ki, bütün bunlar heç də təsadüfi olmayıb. Məsələ burasındadır ki, Rusiya konkret şəkildə Ermənistanı hədələyib: “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında yanvarın 17-də baş tutan telefon danışığının təfərrüatları bəlli olub. Tərəflər, xüsusilə “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini, mümkün referendum məsələsini müzakirə ediblər. Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib. “Rusiyadan cavab addımları olacaq. Bütün nəticələr barədə xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir”, – deyə o bildirib. Paşinyan isə bunun Avropa İttifaqına qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb: “Deməyə sözüm yoxdur, xalq özü Avropa İttifaqına qoşulmaq istəyir və nəticələrə hazırıq”. Amma Münhendə baş verənlər Putinin xəbərdarlıqlarının artıü nəticə verdiyini götərir”. “Qraparak” nəşri daha sonra yazır ki, Münhendə üç günlük səfərdə olan Nikol Paşinyan məyus olub: “Paşinyan gözləyirdi ki, Avropa İttifaqı Ermənistanın üzvlüyünü müzakirə edəcək, lakin Münhen konfransı fiaskoya uğradı. Paşinyan isə bunu gizlətmək üçün Aİ üzvlüyünü parlamentdə ikinci oxunuşda qəbul etməmək və Rusiya ilə əlaqələri bərpa etmək xəttini önə çıxarır”. Erməni politoloq Suren Zolyan hesab edir ki, baş verənlər Ermənistan üçün xoşəgəlməz perspektivlər vəd edir.

Onun fikrincə, Tramp Administrasiyası Azərbaycanla daha çox əməkdaşlığa üstünlük verəcək: “Yaxın Şərqdə eskalasiya gözləniləndir. İranla problemlər yaranarsa, ABŞ-ın Türkiyə və Azərbaycana üz tutması ehtimalı da yüksələcək”.

Ekspert inanmır ki, Ermənistan hakimiyyəti baş verənlərdən dərs çıxaracaq: “Doğrudur, bəzən müəyyən situasiyalarda həll yolları təklif edirlər, amma əminəm ki, bunlar haradansa göstəriş verilir. Fikrimcə, hakimiyyət bu dəfə göstəriş almadı, ona görə də həm ABŞ-da, həm Davosda, həm də Münhendə absurd vəziyyətə düşdü. Misal üçün, Tramp USAİD-ə qarşı sərt hücuma keçən vaxt Ermənistanın ABŞ-dakı səfiri bu təşkilatın rəhbərinin şərəfinə ziyafət verir. Belə absurd nümunələr çoxdur”. “İravunk” qəzeti də hökumətdəki mənbələrinə istinadən Paşinyanın Münhendən mənfi əhval-ruhiyyə ilə qayıtdığını yazıb: “Münhenin ümumi ab-havası göstərdi ki, Qərbin Ermənistana dəstəyi əvvəlki kimi deyil. Bu dəstək parçalanıb, üstəlik, son dərəcədə aldadıcı tələblər var. Gözlənilir ki, Avropa Nikolu “Zelenski-2”yə çevirərək, taleyin ümidinə buraxacaqlar. Buna görə yaxın çevrəsi Paşinyana öz siyasətinə, o cümlədən, kadr təyinatına ciddi şəkildə yenidən baxmalı olduğuna eyham vurublar. Misal üçün, Böyük Britaniya kəşfiyyatına bağlı olan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan yaxa qurtarmaqla amerikalıların xoşuna gəlməyə çalışa bilər”. bununla yanaşı, ona da diqqət edilir ki, tədbirin bağlanışında çıxış edən Münhen Konfransının rəhbəri Kristof Heusgen öz emosiyalarını saxlaya bilməyib – siyasətçi ABŞ-ın vitse-prezidenti Ceyms Vansın çıxışından sonra ABŞ və Aİ arasında münasibətlərdəki problemlərə görə səhnədə göz yaşlarına boğulub. Heusgen bundan sonra əsas Avropa və Amerika dəyərlərinin ortaq olmadığına diqqət çəkib: “Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ özünü sanki “başqa planetdə” tapıb. Buna görə də Münhen sammiti bütün avropalılar üçün bir qədər ayıq-sayıq hadisə oldu. Müəyyən mənada bu, Avropanın qorxulu yuxusu idi”. Hesab edilir ki, bütün bunlar dünyanın digər ölkələrinə, o cümlədən Ermənistana da təsir edəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ