çərşənbə günü, 11 noyabr 2026
     

Mirzoyanın Bayramovla Moskva görüşündən imtina səbəbi 1 ay sonra açıldı...

Image


Məlum olduğu kimi Rusiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının pozulmasına görə İrəvanı ittiham edib.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  iki tərəf arasında danışıqların pozulmasına görə İrəvanı günahlandırıb və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırıb:

“Eyni bir məsələ barədə rəsmi bəyanatları bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyinə görə İrəvanın mövqeyini qiymətləndirmək çox çətindir”.

Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi son mətbuat konfransına toxunaraq əlavə edib: “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında hazırlanmış sənədi imzalamaq niyyətindən danışıb, amma eyni zamanda Qərbin münaqişənin hansısa “kompleks həlli” barədə təklifinin üstünlüyündən söz açıb”. Erməni ekspert Davit Stepanyan bildirir ki, Rusiya artıq Ermənistana etibar etmir. Bu isə Azərbaycana Qarabağ məsələsinə birdəfəlik son qoymaq üçün əlavə şans yaradır. Onun sözlərinə görə, Qarabağ ətrafında vəziyyət getdikcə qəribə hala gəlir və mürəkkəbləşir: “Qarabağda “triarxiya” hökm sürür. Üç nəfər arasında “hakimiyyət davası” gedir. Ruben Vardanyanın nə işlə məşğul olduğu, kimin maraqlarına xidmət etdiyi bəlli deyil. Belə görünür ki, “Qarabağ hakimiyyəti” bu vəziyyətlə barışmağa çalışır”. Belə bir vaxtda Vardanyan etiraf edib ki, Ermənistan hakimiyyəti artıq onlara ciddi dəstək ifadə etmir. Qarabağ separatçılarının “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan bu fonda Qarabağdakı erməni icmasına müraciətində bildirib: “Ermənistan hakimiyyəti öz mövqeyini bildirib, maliyyə, hüquqi dəstək verir. Ancaq bundan artıq heç nə edə bilməyəcəklərini deyirlər”. Ermənistan parlamentinin spikeri Alen Simonyan da Laçın yolunda baş verənlər fonunda Vardanyanın dediklərini təsdiq edib. Simonyan İrəvanın Laçın yolu ilə danışıqlara niyə daxil olmaq istəmədiyini də izah edib. O bildirib ki, əgər Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq. Simonyanın fikrincə, Azərbaycanın bir məqsədi də Ermənistanı bu söhbətə çəkmək ola bilər ki, sonra da Ermənistan ərazisi ilə dəhliz açılması məsələsi ortaya çıxsın. Spikerin sözlərinə görə, Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb. “Azatutyun” radiosunun “Ermənistanın Laçın dəhlizi ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırmı” sualına Simonyan “məgər Laçın dəhlizini Ermənistan bağlayıb?” sualı ilə cavab verib: “Üçtərəfli razılaşmada Ermənistan tərəfinin Laçın dəhlizi ilə bağlı hər hansı addımları nəzərdə tutulubmu? Yox, tutulmayıb. Onda biz ermənilərin Qarabağda yaşamasına, Qarabağ adına və başqa şeylərə əsas verən üçtərəfli razılaşmanı niyə öz hərəkətlərimizlə ləğv etdirək? Yəni siz bu söhbətə tərəf kimi qoşulan andan 10 noyabr bəyanatını ləğv edirsiniz”. Beləliklə, bütün bunlar iki mühüm nəticəni meydana çıxarır. Əvvəla, Azərbaycanın gedişləri Rusiya və Ermənistan arasında münasibətləri daha da gərginləşdirib. İkincisi, Azərbaycan Ermənistanla Qarabağ separatçı rejimi arasında da əlaqələrin ziddiyyətlər müstəvisinə keçməsinə nail olub. Hətta iş o yerə çatıb ki, Paşinyan Qarabağ ermənilərini vəziyyəti daha da gərginləşdirəcək açıqlamalardan çəkinməyə çağırıb. O, Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası fonunda bölgədəki ermənilərin hadisələrə daha təmkinli yanaşmasının, baş verənləri analiz etməsinin önəmli olmasından danışıb. Paşinyan bir daha Qarabağ ermənilərini vəziyyəti gərginləşdirməməyə çağırıb.Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, bu hal Azərbaycana xankəndi üzərində daha tez müddətə nəzarət almaq imkanı yaradır: “Açığını deyim ki, Paşinyan çoxdan Rusiyadan imtina edərək Fransa və ABŞ-dan yapışar və Qərb qüvvələrinin Ermənistana “yerləşəcəyi” ümidi ilə Rusiya maraqlarını Qərbə satardı. Amma fransızlar və amerikalılar erməni maraqları üçün döyüşmək istəmirlər. Onların da elə Ukrayna böhranı da daxil olmaqla, bir sıra öz problemləri var, onların Ermənistandan başqa məşğuliyyətləri var. Elə həmin Fransa prezidenti Emmanuel Makron indi pensiya islahatı ilə bağlı daxili siyasi böhran içərisindədir, reytinqləri düşür və sair. Bu isə bugünkü prosesin əsas intriqasıdır. Ən böyük ehtimal odur ki, Qərbdə heç kim heç nə etməyəcək, Paşinyan Fransa ilə Rusiya arasında vurnuxmağa davam edəcək. Amma 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, onlar regionu tərk edəcəklər, Azərbaycan ordusu sakitcə ora daxil olacaq. Bu, hadisələrin ən çox ehtimal olunan inkişafı olacaq”.

Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov da proseslərin Azərbaycanın istədiyi məcrada inkişaf etdiyini vurğulayır: “Azərbaycan prezidenti İlham Əliyevin son müsahibəsindəki mesajlar göz qabağındadır. Görünür, onun çıxışı Nikol Paşinyan rejiminə son xəbərdarlıq olacaq. Bu, təhdid deyil, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ildə üçtərəfli bəyanat imzalamasından sonra keçən müddət ərzində yekun nəticədir. Əliyev diqqətə çatdırdı ki, Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmədi və sülh müqaviləsinin imzalanması prossesi bir addım belə irəli getmədi. Əsas nəticə ondan ibarətdir ki, regionda yalnız Azərbaycan və Rusiya sülh istəyir. Xüsusilə Rusiyanın xüsusi hərbi əməliyyat keçirdiyi bir vaxtda Kremlə yeni bir münaqişə lazım deyil. Artıq əminliklə demək olar ki, 2023-cü il Azərbaycan Qarabağın qalan hissəsini, Xankəndi də daxil olmaqla, öz nəzarətinə qaytaracağı il ola bilər. Ermənistan ardıcıl olaraq Azərbaycan və Rusiya ilə bağlı təxribatlar törədir. İrəvan bizim sülhməramlılarımızdan razı deyil. Bu baxımdan Fransanın Qarabağa missiyasının yeridilməsi ilə bağlı çağırışları da təsadüfi deyil”. Digər rusiyalı politoloq Vitali Arkov bu xüsusda qeyd edir ki, Paşinyan özünü məktəbli və xuliqan kimi aparır: “Onun siyasi imicini İlham Əliyevin imici ilə müqayisədə müsbət xarakterizə etmək olmaz. Buna bir nümunə iki liderin verdikləri müsahibələri göstərmək olar. Əliyev Ermənistana son xəbərdarlıq etdi. Hesab edirəm ki, Bakı və Moskva bu mövqeləri razılaşdırıblar. İrəvan Rusiya ilə münasibətlərdə artıq bütün sərhədləri keçdi və bu yalnız Bakıya sərf edir. Paşinyan nə deyir-desin, Qarabağ məsələsi artıq bağlanıb. Və onun qarışıq tezisləri yalnız bütün qüvvələri bir anda sevindirmək istəyinin sübutudur. İstərdim ki, 2023-cü il Azərbaycan və Ermənistan arasında gedən döyüşlərlə yadda qalmasın, sona qədər siyasi-diplomatik metodlara əməl edilsin. Lakin Ermənistan tərəfindən təxribatlar mümkündür və bu böyük savaşa yol aça bilər”.
Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ