Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazaxın 7 və Naxçıvanın 1 kəndi də erməni işğalından Azərbaycana qaytarılır

Image


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin cari ilin sonuna kimi imzalanması ilə bağlı hər iki ölkə rəsmiləri tərəfindən müvafiq açıqlamalar verilir. Lakin hələlik bu istiqamətdə əməli addım atan yeganə tərəf Azərbaycandır. Ermənistanda siyasi qüvvələr arasında sülhə yanaşmada hələ də vahid mövqe sərgilənmir.

Məsələn, ölkə müxalifəti hakimiyyəti Azərbaycanla sülh müqaviləsindən imtina etməyə çağırır.  Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan baş nazir Nikol Paşinyanın ölkənin İctimai televiziyasına müsahibəsində  sülhlə bağlı fikirlərini tənqid edib.

Erməni deputat Paşinyanın müsahibəsinə toxunaraq bildirib ki, Azərbaycanın onilliklər ərzində tirajladığı tezisləri iki saat dinləmək çox çətindir: “Qarabağın “müstəqil” ola bilməyəcəyi, Qarabağ sakinlərinin “öz müqəddəratını təyin etmək hüququ”nun olmaması, danışıqlarda “Qarabağın statusu” ilə bağlı heç bir müzakirə aparılmaması tezisləri Nikol Paşinyan tərəfindən yenidən yazıldı, erməni xalqına göndərildi. Patoloji yalançı, savadsız və sadəcə Azərbaycanın Ermənistandakı qeyri-rəsmi nümayəndəsidir. Mən ona bu üç formulu verə bilərəm”. Ermənistan hakimiyyətinin özü də sülh məsələsinə yanaşmada ardıcıl siyasət yürütmür. Belə ki, Nikol Paşinyan  parlamentdə hökumət saatında son çıxışında bu dəfə Azərbaycanla çərçivə sülhü bağlamaq niyyətini dilə gətirib. Paşinyan  iddia edir ki, detallı sülh sazişi Ermənistana çətinliklər yarada bilər. O, çərçivə sazişi modeli yanaşmasını, böyük konkretlik olmadan cızılan çərçivə sənədini nəzərdə tutduğunu sözlərinə əlavə edib. Baş nazirin sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də İrəvanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir: “Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”. Baş nazir Qarabağın statusu məsələsinin niyə təhlükəsizlik və hüquq məsələsinə çevrildiyini də dolayısı ilə qeyd edib: “Bizim status deyil, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsi irəli sürməyimizin səbəbi Rusiyanın mövqeyini qəbul etməyimizdir”. Rusiyanın təkliflərinə gəlincə, Paşinyan deyir ki, bu məsələdə hakimiyyətin mövqeyi müxalifətlə, Qarabağda səslənən mövqelərlə oxşardır və Ermənistan bu təklifə daha öncə razılaşıb. Təklif isə belədir: Qarabağ məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq: “Hakimiyyət bu razılaşmanı çoxdan, 2021-ci ilin yanvarından qəbul edib. Ancaq korrektlik səbəbindən bu haqda danışmırdı. Rusiya Federasiyası prezidentinə minnətdaram ki, bizə mövzunu izah etmək imkanı verdi”.

Paşinyan ümidvar olduğunu deyib ki, KTMT-nin noyabrın 23-də İrəvanda keçiriləcək sammitində Rusiyanın başçılıq etdiyi bu hərbi blok Ermənistanın mövqeyini aydın dəstəkləyəcək, Azərbaycan silahlı qüvvələrindən 2021-ci ilin mayında tutduğu mövqelərdən, Ermənistan ərazisindən çıxmasını tələb edəcək. Azərbaycan isə Ermənistanın ərazisinə girmədiyini, mövqelərini dəqiqləşdirdiyini bildirir. Paşinyan bildirir ki, KTMT-dən son iki ildə də dəstək ala bilməyiblər: “KTMT bizə aydın dəstək verməliydi... Biz indi KTMT-Azərbaycan müharibəsini təhrik etmək istəmirik. Xeyr. Ermənistan vətəndaşlarının KTMT-yə münasibəti və əlaqələrimizin gələcəyi məhz bu məsələyə bağlı olacaq”. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sentyabrın ortasında baş verən sərhəd toqquşmalarından sonra KTMT sərhədə faktaraşdırıcı missiya göndərməklə kifayətləndi. Çünki Azərbaycanın haqlı mövqedə olması bu qurumda da qəbul olunur. “Azatutyun” radiosu yazır ki, Paşinyan parlamentdəki çıxışında Azərbaycanın tutduğu ərazilərdən çıxması qarşılığında tələbini də açıqlayıb: Bakı tələb edir ki, Ermənistan da işğal olunmuş ərazilərdən çıxsın, ancaq Paşinyan hansı ərazilərdən söhbət getdiyini dəqiqləşdirməyib. Lakin bir daha xatırladaq ki, prezident İlham Əliyev sentyabr toqquşmalarından sonra Ermənistanın ərazi müdaxiləsi ittihamlarını rədd edib, sərhədlərin delimitasiya olunmadığını bildirib. Bu fonda Azərbaycan Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılmasını tələb edir. Parlamentdəki çıxışında da Paşinyan, anklav adı çəkməsə də, şimal-şərq hissədən söhbət getdiyini, Ermənistanın bu məsələdə həll variantına hazır olduğunu deyib: “Bunu rədd etmirik. Biz bu həll variantlarına getməyə hazırıq, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Xatırladaq ki, Qarabağ müharibəsi başlayanda Azərbaycana aid Qazaxın yeddi və Naxçıvanın bir kəndi Ermənistanın nəzarətinə keçib. Beynəlxalq Böhran Qrupu bir müddət öncə yazırdı ki, Azərbaycan sentyabr toqquşmalarından sonra hazırda Ermənistanın nəzarətində olan səkkiz kəndi geri almaq üçün İrəvana təzyiq göstərə bilər.Azərbaycan hesab edir ki, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq. Hələ 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı imzalananda geniş ictimaiyyətə bəlli olmuşdu ki, Azərbaycanın Qarabağdan kənarda işğal olunmuş kəndləri də qaytarılacaq. Söhbət Qazağın 7 və Naxçıvanın 1 kəndindən gedir. Bu barədə üçtərəfli bəyanatın ilk variantında açıq-aydın yazılmış və bu mətn də yayılmışdı. Lakin qısa müddət sonra Bəyanatın bu hissəsi çıxarıldı. Yayılan məlumatlarda iddia olunurdu ki, ilk anlaşılan və imzalanan, daha sonra isə yayımlanan Üçlü Bəyanatın yazılı elan olunan hissələrindən başqa, yazi ilə ifadə olunmayan, şifahi razılaşdırılan mühüm məqamları da var. Qazaxın kəndləri və Kərki kəndi bu cür anlaşmanın içərisindədir.  İndi Azərbaycan bu razılaşmaların yerinə yetirilməsini tələb edir. Bu tələbi yerinə yetriməmək üçün Paşinyan iddia edir ki, guya Azərbaycan Ermənistanda hansısa əraziləri tutub: “Konkret nümunə çəkə bilərək. Tavuş rayonunun Berkaber kəndinin əkin sahələrinin 70 faizə yaxını işğal olunub. Bu, 1991, 1992-1994-cü illərdə baş verib. Sərhəd xəttini, göstərdiyinuz xəttin hüquqi əsaslandırmasını göstərib. Bu halda biz də sərhəd boyunca nə Azərbaycan, nə də Ermənistanın işğal olunmuş ərazisinin qalmamasına gedə bilərik”. Təbii ki, bu cəfəng iddiadır və Azərbaycan Qazağın 7 və Naxçıvanın 1 kəndini də mütləq geri qaytaracaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ