Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın formal müstəqilliyinə də son qoyulur...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti “etibarlı mənbəyə” istinadən yeni maraqlı mlumatlar paylaşıb. “Rusiya nə istəyir? Bütün ermənilərin katolikosunun, üç prezidentin və ekspert icmasının nəzərinə” adlı məqalədə iddia olunur ki, Kreml Ermənistanın onsuz da formal xarakterə malik müstəqilliyinə son qoymağı düşünür.

Ermənistanın gələcəyinin qeyri-müəyyən olduğunu vurğulayan qəzet yazır: “Rusiyanın bizim regiondakı istəkləri onun qlobal maraqlar zəncirinə uyğun gəlir. Ermənistan onun bu istəklər zəncirinin halqalarından biridir. Rusiya Ukraynadan istədiyi kimi Ermənistandan da, xüsusən də “Rusiya-Belarus” ittifaqı dövlətinin və ya Rusiyanın bir hissəsi olmasını istəyir. Ukrayna məsələsində belə bir nəticə əldə etmək üçün Moskva Rusiya və ola bilsin ki, Belarus qoşunlarından istifadə edirsə, Ermənistana münasibətdə Azərbaycan faktorundan yaralanmağa can atır və müəyyən dərəcədə də Ermənistanda yerləşən Rusiya qoşunlarından istifadə edir. Onun hərəkətlərinin mənası belədir: Ermənistanın təhlükəsizliyinin zəifliyini üzə çıxarmaq lazımdır ki, sonuncu “Rusiya-Belarus” ittifaq dövlətinə üzv olmaq üçün müraciət etsin. Bu məntiqin inkişafı üçün atılan addımlar Azərbaycanın addımları, Ermənistanda yerləşdirilən rus qoşunlarının, Rusiyanın siyasi ətaləti, Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilməməsidir. Qarabağ məsələsi də müəyyən fərqlərlə bu məntiqə uyğundur. Rusiyaya həm Ermənistana, həm də Azərbaycana təsir rıçaqı kimi Qarabağ məsələsinin nizamlanmaması lazımdır. Bu istək Qarabağ münaqişəsi zonasında onilliklərlə davam edən status-kvonun təməl daşı idi və Ermənistanın danışıqları davam etdirmək siyasəti bu təməl daşı əsasında mümkün idi. Bu, 2011-ci ilə qədər davam etdi və Rusiya addım-addım o nəticəyə gəldi ki, status-kvonu dəyişdirmək lazımdır. Rusiya bu qənaətə Qarabağ məsələsini həll etmək istəyindən deyil, status-kvonu saxlaya bilməyəcəyini anlamağa başladığı üçün gəlib. Əsas səbəblərdən biri Türkiyənin artan rolu və Rusiya Federasiyası ilə Qərb arasında onsuz da dönməz olan qarşıdurma zamanı Ankaranın az-çox balanslaşdırılmış mövqeyinin Kreml üçün əhəmiyyəti idi. Bundan əlavə, Türkiyə vasitəsilə Qərbə qurudan əlaqə indi Moskvaya çox lazımdır. Rusiya-Gürcüstan-Türkiyə marşrutu yeni quru axınları problemini həll etməyəcəkdi: Abxaziya və Cənubi Osetiyadakı münaqişələr səbəbindən onlardan keçən yolların açılması gözlənilmirdi. Yuxarı Lars isə Ukrayna münaqişəsindən əvvəl də həddindən artıq yüklənmiş şəkildə işləyirdi. Ona görə də bu məsələnin həllinin effektiv yolu Ermənistan-Azərbaycan oxundan istifadə olunması idi. Məhz buna görə də Lavrovun Qarabağ məsələsi ilə bağlı planında dəmir yolu əlaqəsini və Ordubad-Mehri-Horadiz avtomobil yolunu maneələrdən azad etmək üçün cənub rayonlarının Azərbaycana verilməsi nəzərdə tutulurdu. Bu mənada, ictimai bəyanatlara baxmayaraq, Ermənistan ərazisindən keçən dəhlizin əsas benefisiarı Rusiyadır, çünki həm Azərbaycan, həm Türkiyə, həm də Kreml özü Ermənistan ərazisindən keçən dəhlizin Rusiya Federasiyasının nəzarətində olmasını istəyir. Amma Ukraynada işlərin o qədər də uğurlu olmayan gedişi ilə Rusiyanın 2020-ci ildən sonra qurulan status-kvonun qarantı olması çətinləşib. Türkiyə və Azərbaycanın rolu daha da artıb və indi Azərbaycan Rusiyadan Avropaya  qaz və neft ixracı üçün platformaya çevrilə bilər”.

“Aykakan Jamanak” qəzetinin bu məqaləsi indi bütün Ermənistanda geniş müzakirə predmetidir. Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edir ki, Rusiyanın Ermənistanı ittifaq dövlətinin və ya Rusiyanın özünün  bir hissəsi etmək istədiyini bilmir: “Mən rusiyalı həmkarlarımla heç bir belə söhbətin şahidi olmamışam, belə bir söhbət yoxdur. İstisna edirəm ki, belə bir şey ola və mənim bundan xəbərim olmaya”. Simonyan bildirir ki, “Aykakan Jamanak”ı etibarlı mənbə hesab etmir. Amma eyni zamanda o, Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda Ermənistanın hansı qırmızı xətlərinin olduğunu açıqlamır. Hakimiyyətin əleyhdarları isə hesab edirlər ki, Paşinyan qəzet vasitəsilə hadisələrin necə inkişaf edəcəyini erməni cəmiyyətinə çatdırır. “Şərəf duyuram” müxalifət fraksiyasının deputatı Ayk Mamicanyan bu xüsusda bildirib: “Paşinyan bir neçə aydan sonra deyəcək: işlərin niyə və nə üçün belə getdiyimi bilirdiniz. Qəzet vasitəsilə bu məlumatların yayılmasında başqa məqsəd yoxdur”. Qeyd edək ki, bundan əvvəl də “Aykakan Jamanak” qəzeti Azərbaycanın sülh üçün 5 tələb irəli sürməsi barədə məlumat yayıb. Həmin tələblər bunlardır: Qarabağdakı erməni ordusunun buraxılması, Qarabağın heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanınması, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi,  Ermənistan ərazisindən keçən dəhliz, sərhədlərin müəyyənləşdirilməsi. Nəşrin yazdığına görə, Azərbaycanın istəyi sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında müəyyənləşməsidir. Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası bu əraziləri ilə 1920-ci ilin 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb. Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumatı paylaşıb: “Aykakan Jamanak”ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan delimitasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə təsəvvür edir. Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ