Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Yelmar Məmmədli Vətən müharibəsinin döyüş meydanlarında... - MÜSAHİBƏ

Image


“Qismət belə gətirdi ki, müharibədə jurnalist kimi deyil, əlimə silah alıb əsgər kimi iştirak etdim...”

Əldə silah düşmən bağrı çatladan oğullarımızla fəxr edirik. Vətənin dar günündə qələmini kənara qoyib dava libasını geyib torpaqlarınızın müdafiəsinə qoşularaq, ərazilərimizin düşmən işğalından azad olunmasında əməyi olan, qanını, canını ana Vətəndən əsirgəməyən həmkarlarımız sözün həqiqi mənsında çox böyük qəhrəmanlıqlar göstəriblər.

44 günlük Vətən müharibəsində əlində silah düşmənə qarşı döyüşən və bu gün qazi adını şərəflə daşıyan jurnalistlərimizin döyüş yolunu sizlərə tanıtmaq üçün, “Bakı-Xəbər” olaraq, xüsusi layihə hazırlayırıq. Budəfəki qonağımız döyüş yolu Füzuli rayonundan başlayıb Cəbrayıla Hadruta, Xocavəndə, Şuşaya qədər davam edən Baku TV-nin əməkdaşı Yelmar Məmmədlidir.

- Yelmar bəy, xoş gördük. Nə vaxtsa ağlınıza gələrdimi ki, bir gün az müddətə olsa  da, qələmi silaha dəyişəcəksiniz, müharibənin od-alovundan keçəcəksiniz?

- Birincisi onu deyim ki, müharibənin olacağına əvvəllər elə də ehtimal vermirdim. Düşünmürdüm ki, bu baş verə bilər. Amma 27 sentyabr 2020-ci il tarixinə qədər Ermənistanın təxribatlarının intensiv xarakter alması, tez-tez təkrarlanması, eyni zamanda da müharibə vəziyyətində olan Azərbaycanla Ermənistanın bir-birinə ultimatumlar göndərməsi müharibənin baş verəcəyini göstərirdi, müharubə işartıları v var idi. Mən də aydın hiss edirdim ki, müharibə yaxınlaşır. Sözün düzü, heç ağlıma gəlməzdi ki, Vətən müharibəsində iştirak etmək üçün çağırılaram. İstəyirdim ki, bu proseslər baş verəndə orada jurnalist kimi iştirak edim. Amma qismət belə gətirdi ki, müharibədə jurnalist kimi deyil, əlimə silah alıb əsgər kimi iştirak etdim, necə deyərlər, müharibənin odundan-alovundan adladım.

- Sizin üçün müharibədə güllə yağışının, “qrad”ların ölüm saçan təhlükəsi altında reportaj hazırlamaq, yoxsa müharibənin birbaşa iştirakçısına çevrilmək əsas idi?

- Əlbəttə ki, müharibənin birbaşa iştirakçısına çevirilmək mənim üçün daha əsas və vacib idi. Çünki bu tarixdir. 44 günlük Vətən müharibəsi xalqımızın, dövlətimizin tarixinə yazılan şərəfli günlər idi. Mən bu günlərdə əldə silah Vətənin, dövlətinin, torpağının, xalıqının keşiyində duran əsgər kimi iştirak etməyi daha üstün bildim və cəbhədə oldum. Sözsüz ki, belə olmasaydı da yenə müharibədən kənarda qalmazdım, bu dəfə əlimdə mikrafon cəbhədən reportajlar, materiallar hazırlamaqla öz vəzifəmi yerinə yetirəcəkdim, informasiya müharibəsinə öz töhfəmi verəcəkdim. Bütün hallarda, mənim taleyim hər hansı formadasa bu müharibə ilə bağlı olacaqdı. Qismət elə gətirdi ki, əlində silah tutan əsgər olaraq Vətən müharibəsində iştirak etdim. Bundan da çox böyük qürur duyuram.

- Müharibənin başlandığını eşidəndə hansı hisslər keçirdiniz?

- Onu deyim ki,  müharibədən düz 6 gün əvvəl, yəni sentyabrın 21-də təlimlərə cəlb olunduq. Bizi aparıb N saylı hərbi hissədə yerləşdirdilər. Bir həftə təlimlərdə olduq. Sentyabrın 27-də artıq düşmənin təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatına qoşulan hərbi hissələrin birinin tərkibində idim. Biz də Füzuli istiqamətindən düşmənə qarşı hücuma keçdik. Müharənin başlayacağını 27 sentyabrdan əvvəl hiss etdim. Təlimlərə cəlb edildiyimiz 21 sentyabr tarixindən hara və nə üçün getdiyimizi hiss etmişdim, bunun ardı nə ola, nələr baş verə bilər? Sentyabrın 27-də bizi hərbi hissədə həyəcan siqnalı ilə oyatdılar ki, döyüş əmri verilib, döyüşə gedirik, Füzuli istiqamətində döyüşə başlayırıq. Əlbəttə, hamımız gənclər idik, müharibə görməmişdik, heç bir təcrübəmiz yoxdu. Bu səbəbdən də hər kəsin canında bir həyəcan vardı ki, görəsən bizi nələr gözləyir, başımıza nələr gələ bilər, canımızdan da ola bilərik, arxada qoyub getdiklərimiz var və sair. Amma bütün bunlara baxmayaraq, bir məqsədimiz, amalımız vardı ki, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz qorxunu da, həyəcanı da, müəyyən məsələləri də Vətən sevgisi naminə, torpaqlarımızı azad etmək naminə yenirdik və ancaq irəli getmək barədə düşünürdük. Bu amalın da arxasınca getdik.

- Döyüş yolunuz Füzuli rayonundan başlayıb Cəbrayıla Hadruta, Xocavəndə, Şuşaya qədər davam edib. Ən ağır döyüşünüz harada oldu?

- Ən ağır döyüşlərimiz Xocavənd istiqamətində, Füzulidə olub. Füzulidə müdafiə səddinin yarılması, ilk azad olunan məntəqələr... Düşmən bu istiqamətə köklənmişdi, bu istiqamətdə Azərbaycan ordusunun irəliləməsini gözləyirdi. Ona görə də ilk günlər çox çətin oldu. Müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini azad etdik. Daha sonra Xocavənddə çətin döyüşlərimiz oldu. Çünki bura başdan-ayağa dağlıq ərazilərdir. Füzuli aran idi və ardınca dağlıq ərazilərə getdikcə çətinliklər olurdu. Xocavəndin Böyük Tağlar, Tuğ kəndlərini azad etdik, Azıx istiqamətində çətin döyüşlərimiz oldu. Xocalının Çanaxçı, Sığnaq kəndləri azad olundu və Şuşaya çox az yol qalmışdı.  O istiqamətdə də gərgin döyüşlərimiz oldu.

- Qazi jurnalist olaraq sizə göstərilən münasibətdən razısınızmı?

- Ümumilikdə götürəndə bəli, razıyam. Sağ olsunlar, hörmətimizi saxlayırlar, hörmət qoyurlar. Əsasən də jurnalist fəaliyyəti ilə məşğul olduğuma görə tez-tez ezamiyyətə gedirik və sair. Hara getsək çox böyük hörmət göstərilir.

- Təbii ki, müharibə ağır məfhumdur, amma siz gənc yaşınızda müharibənin gerçək üzünü gördünüz. Vətən müharibəsində iştirak etdiyiniz üçün hardasa təəssüf hissi keçirirsizmi? Yoxsa yenə də cəbhəyə gedib əlimdə silah düşmənə qarşı vuruşaram deyirsiz?

- Heç bir təəssüf hissi keçirmirəm, əksinə xoşbəxtəm ki, Vətən müharibəsində iştirak etdim. Şükürlər olsun ki, mən Zəfər yürüşünün şahidi oldum və yazılan tarixin bir hissəsində mənim də iştirakım, payım oldu. Ali Baş Komandan əmr verərsə, yenə də əlimə silah götürüb düşmənin təxribatlarına cavab vermək üçün döyüşə gedərəm. Səfərbərlik elan edilərsə yenə də hazıram.

- Bu müharibədə zəfər qazanacağımıza inanırdınızmı və inanırdınızsa sizi bu inama hansı amillər kökləmişdi?

- Şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qələbə çalacağımıza inanırdım. Çünki dövlət ordu quruculuğuna çox böyük diqqət yetirirdi,  ordumuz günü-gündən güclənirdi. Bir jurnalist kimi də tez-tez müxtəlif təlimlərə gedirdim, işıqlandırırdım, bu hazırlıq prosesinin necə getdiyinin şahidi olurduq. Biz ordunun necə hazırlaşdığının şahidi idik. Əsgərlərin ruh yüksəkliyini, vətənpərvərliyini duyurduq. Düzünü desəm, biz bunu müharibədən əvvəl daha çox sözdə eşidirdik. Yəni sözdə hamı deyirdi ki, Ali Baş Komandanın əmrini gözləyirik, əmr versin canla-başla gedib iştirak edəcəyik. Müharibədə deyilən sözlərin əyani şəkildə şahidi olduq. Bir daha sübut olundu ki, bu söz xatirinə deyilən söz olmayıb, bu bir həqiqi istək olub. Sübut olundu ki, Azərbaycan oğulları arxalarında gözü yaşlı əzizlərini buraxaraq Vətən torpağını düşməndən azad etmək üçün gözlərini belə qırpmadan döyüşə atıldılar. Mən bunların hamısını gördüm

- Qələbəni harada eşitdiniz və zəfər müjdəsini necə yaşadınız?

- Qələbə xəbərini Daşaltı kəndində eşitdik. Artıq Şuşa azad olunmuşdu. Bizim hərbi hissənin yarısı Şuşa istiqamətinə qaldırıldı, yarımız isə Daşaltı kəndində qaldıq. Qələbə xəbərini də eşidəndə Daşaltıda idik. Müharibə bitəndən sonra isə bizi Xocalının Sığnaq və Çanaqçı kəndlərində yerləşdirdilər, həmin ərazilərin mühafizəsi ilə məşğul idik.

- Cəbhədəki günləri qələmə alsaydınız, yaxud ekrana köçürsəydiniz əsasən nələri qabardardınız?

- Müharibədə iştirak etmişik deyə, o günlərin hər bir anı, hər dəqiqəsi bizim üçün çox əzizdir. İstər döyüş vaxtı olsun, istər döyüşdən kənar cəbhə dostlarımızla söhbətlər, istərsə də şəhidlərimizlə bağlı xatirələr olsun, hamısı dəyərlidir. Ümumilikdə götürdükdə, cəbhə yoldaşlarımızla olan söhbətlərimiz, bir-birimizi motivasiya etməyimiz, ruhlandırmağımız, zarafatlarımız hamısı bizim üçün çox əzizdir. Ola bilsin ki, kənardan baxanlar üçün bizim oradakı söhbətimizin, zarafatımızın o qədər bir önəmi olmaz. Amma bizim üçün o xatirələrin hər dəqiqəsi, hər saniyəsi çox əzizdir. Əgər qələmə alası, ekrana köçürəsi olsam, əlbəttə, müharibənin ilk günündən son gününə qədər yaşadıqlarımızı canlandıraram. 2020-ci il dekabrın 26-da tərxis olunmuşam. Müharibədən sonrakı dövrdə həmin ərazilərin mühafizəsini necə təşkil etmişik, necə çətinliklər çəkmişik, ancaq o çətinliklərin öhtəsindən nə cür gəlmişik, hamısını bir-bir qələmə alardım.

- Dövlət başçısı tərəfindən təltif olunmusunuz. Bu təltiflərin mənəvi dəyəri nə qədərdi sizin üçün?

- Prezident tərəfindən 4 medalla təltif olunmuşuq. Əlbəttə, biz müharibəyə gedəndə heç o medalların siyahısı yox idi. Biz Vətən müharibəsinə medaldan, təltifdən, başqa maddi dəyərlərdən ötrü getməmişdik, torpaqlarımızı azad etmək üçün getmişdik. Bizim heç taleyimiz də məlum deyildi ki, sağ qalacağıq, yoxsa şəhid olacağıq. Dövlət başçısı tərəfindən o medallara layiq görülməyimiz, əlbəttə, bizim üçün əlavə stimuldur. Biz görürük ki, dövlət öz qazilərini, şəhidlərini, şəhid alələrini necə qiymətləndirir. Sözsüz ki, bu əlavə stimuldur, bu bizə daha da ürək-dirək verir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ