Cümə axşamı günü, 12 noyabr 2026
     

Erməni hərbçiləri Qarabağdan təcili çıxmağa başladı...

Image


Avqustun 3-də Qarabağda baş verənlər bir daha təsdiq etdi ki, 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq qanunsuz erməni hərbi birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir. Əks təqdirdə Azərbaycan, hərbi güc tətbiqi də daxil olmaqla, istənilən  yolla məsələyə müdaxilə hüququnu özündə saxlayır.

Burada xüsusi vurğulamaq lazım gəlir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması son döyüş əməliyyatlarının başlanmasının başlıca səbəbidir.

Əməliyyatın nəticələri düşmən üçün sarsıdıcı olub. Belə ki, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı bölmələrinin bir neçə döyüş mövqeyi tam dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə qanunsuz erməni silahlılarının xeyli canlı qüvvəsi məhv edildi və yaralandı. Həmçinin düşmənə aid bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları da məhv edildi. İndi analoji hadisələrin təkrarlanmaması üçün ekspertlər 10 noyabr bəyanatının şərtlərinin icrasını vacib hesab edirlər. Xüsusən də qanunsuz erməni hərbi birləşmələri Qarabağı tərk etməlidir. Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında etdiyi paylaşımda bu mövzuya xüsusi toxunur: “10 noyabr 2022-ci ilə qədər Ermənistanın bütün qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun bölmələri tam tərkibdə Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın Qarabağ iqtisadi zonasında yerləşməsi daimi qeyri-stabillik, provokasiya və diversiya mənbəyidir – bu haqda ilk dəfə deyil ki, danışıram. Bu qeyri-qanuni silahlı birləşmələr Nikol Paşinyanın imzası olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda onların çıxarılması ilə bağlı açıq şəkildə nəzərdə tutulan öhdəliklərə zidd olaraq separatçıların nəzarətində olan ərazidə qalır. Bundan başqa, bir qədər əvvəl rəsmi İrəvan da etiraf etdi ki, qeyri-qanuni silahlı birləşmələrlə yanaşı, Qarabağdakı separatçı rejimi Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti də müdafiə edir - bununla da Azərbaycan ərazisində erməni işğalçı kontingentinin olması rəsmən təsdiqlənir - yenə də Paşinyan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur. Erməni silahlılarının növbəti təxribatı Azərbaycan ordusunun əsgərinin ölümü ilə nəticələndi. Azərbaycan Müdafiə Nazirliyinin buna cavabı tamamilə qanunauyğun oldu, qisas qərarı verildi.

İndi erməni separatçıların bəzi nümayəndələri “sülhməramlılar” adı altında regiona ABŞ və Fransa hərbi kontingentlərinin yeridilməsinə çağırışlar edir. Təbii ki, Rusiya və Azərbaycan buna imkan verməyəcək. 27 sentyabrda İkinci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümü olacaq. Bu tarix Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Qarabağ bölgəsindən praktiki olaraq çıxarılmasının başlanması ilə əlamətdar olmalıdır - elə bir hesablama ilə və elə templə ki, 2022-ci il noyabrın 10-dək orada onlardan heç kim qalmasın. Bu, çoxdan gözlənilən və davamlı sülhün nəhayət regiona gəlməsi üçün əsas şərtdir”. Digər ekspertlər də hesab edir ki, “Qisas” əməliyyatının keçirilməsində bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Çünki Azərbaycan rəsmi səviyyədə həm Ermənistan, həm də Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi zəruridir. Buna əməl edilməməsi məlum nəticələrə gətirib çıxarıb. Erməni politoloq Sergey Melkonyan bildirir ki, Bakı istədiyini alacaq: “Azərbaycan heç kimdən çəkinmədən orada öz addımlarını atır. Bizimkilər isə rusiyalı sülhməramlılardan acizanə kömək gözləyirlər. Hətta Ermənistan hakimiyyətinə yaxın “telegram” kanalları Rusiya sülhməramlılarının timsalında yeni günahkarlar axtarmağa başlayıb. Bir çoxları hələ də düşünür ki, Kreml, Moskva gəlib Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşəcək. Əmin olun, bu baş verməyəcək. Qarabağdakı ermənilərin “təhlükəsizliyini” oradakı “müdafiə ordusu” və Ermənistanın silahlı qüvvələri qoruya bilərdi. Amma indiki halda bu da mümkün görünmür”. Erməni deputat Tiqran Abramyan da baş verənlər fonunda maraqlı açıalmalar verib. O qeyd edib ki, Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar. Abramyan Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir: “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələrin buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”. Qeyd edək ki, Ermənistanda valideynlər də övladlarını Qarabağda xidmətə göndərməyə kəskin etiraz edirlər.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ