Cümə günü, 13 noyabr 2026
     

İrəvandakı məşhur Göy Məscidə İran damğası vuranlarla irsimizi dağıdanlar eyni zatlardı...

Image


Soydaşlarımız indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisindən deportasiya edildikdən sonra bu ölkədə tarixi-mədəni irsimizə qarşı total saxtalaşdırma və soyqırım siyasəti həyata keçirildi. Ermənistan hökuməti Azərbaycanın tarixi irsinin izlərini silmək üçün hər cür cinayətə əl atdı. Çox təəssüflər olsun ki, bu gün Ermənistanda Azərbaycan-türk, islam mədəniyyətinin bir-iki abidəsi qalıb ki, o abidələr də başqa xalqın adına çıxılır.

Məsələn, İrəvanın məşhur Təpəbaşı məhəlləsində yerləşən Göy Məscid uzun illərdir ki, “fars məscidi” kimi qələmə verilir. Təsəvvür edin ki, ermənilər bir tərəfdən mədəni irsimizi dağıdır, o biri tərəfdən də abidəmizi başqa xalqın adına çıxırlar. Tarixi Azərbaycan şəhəri olan İrəvanda nə qədər fars yaşayırdı ki, orada “fars” məscidi olsun? Əhalisinin 90 faizini Azərbaycan türklərinin təşkil etdiyi bir şəhərdə “fars” məscidi necə ola bilərdi? İrəvandakı Göy Məscid kimindir: fars, yoxsa Azərbaycan məscididir?

Bu yöndə suallar o qədər çoxdur ki...

Dediyimiz kimi, ermənilər abidələrimizi dağıdıblar, Göy Məscidi isə “fars” məscidi kimi saxlayıblar. Məlumdur ki, İrəvan xanı Hüseynəli xan tərəfindən tikilən məscid Azərbaycan türk məscididir və burada fars izi axtarmaq yanlışlıqdır. Araşdırmaçılara görə, 1917-ci ildə İrəvanda cəmi 100 nəfər fars yaşayıb və yuxarıda qeyd etdiyimiz kimi, az sayda fars üçün də məscid tikməzdilər, özü də əhalinin 90 faizinin Azərbaycan türkləri olduğu bir şəhərdə...

Onu da vurğulayaq ki, İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb. Qeyd edilib ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət göndərilib.

  • “Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy Məscidin İran məscidi adlandırılmasına gülür”

“İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İrəvandakı Göy Məscid Azərbaycan məscididir, onun farslara heç bir aidiyyəti yoxdur və İrəvandakı Göy Məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır. S.Hüseynovun sözlərinə görə, mövzu üzrə araşdırma Strateji Kommunikasiyalar Mərkəzində bir müddət  əvvəl başlanıb. “Mərkəzin ekspert qrupunun köməkliyi ilə onun müxtəlif elmi araşdırma metodların istifadə edilərək Məhəllənin tarixi öyrənildi. Tədqiqata cəlb edilən sənədlərin araşdırılmasında Türkiyə Cümhuriyyəti Osmanlı Arxivinin,  Azərbaycan Respublikası Dövlət Tarixi Arxivinin, Rusiya Federasiyasının Tarix Arxivi və Hərb Tarixi arxivlərinin, Gürcüstan arxivində saxlanılan sənədlərdən, materiallardan istifadə edilib. Bundan başqa, ermənidilli ədəbiyyat və erməni mətbuatında yer alan mövzuya uyğun materiallar araşdırılıb. Arxivlərdə mövcud olan İrəvanın şəhər planları əldə edilib və onların Coğrafi İnformasiya Sistemi mühitində inteqrasiyası həyata keçirilib, İrəvan şəhərinin tarixi landşaftı araşdırılıb. Arxiv sənədlərinə əsasən, 1831-ci ildən etibarən İrəvan şəhərinin məhəllələri, küçələri və maddi mədəniyyət abidələri müəyyən edilib və informasiya sistemində XX əsrin 60-cı illərindən günümüzədək əldə edilən süni peyk görüntüləri ilə şəhərin dəyişmə dinamikası və Azərbaycan xalqına məxsus maddi mədəniyyət abidələrinin dağılma prosesi izlənib. Araşdırma nəticəsində İrəvan şəhəri Qala hissəsindən başqa Şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı hissəsindən ibarət olub. Hazırda tarixi İrəvan şəhərindən yalnız Təpəbaşı hissəsinin 16 hektara qədər azalan Təpəbaşı məhəlləsi qalır. 300-ə yaxın obyektdən ibarət olan bu məhəllə İrəvan şəhərinin nüvəsi sayılır. Yəni şəhər formalaşarkən mövcud olan ilk yerlərdəndir. Bu üzdən, hələ ki, məhəllədə mövcud olması müəyyən edilən memarlıq və arxeoloji abidələr XVIII - XIX əsrlərə aiddir”.

Təpəbaşı məhəlləsi barədə məlumat verən S.Hüseynov vurğuladı ki, Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən, bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir: “Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan Milli Arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi. Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci illər, 1948-1953-ci illər, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Təpəbaşı vahid tarixi-şəhərsalma mühitidir və bu yer İrəvan şəhərinin tarixi nüvəsidir”.

S.Hüseynov qeyd etdi ki, Göy Məscid İrəvan xanlığının Qacar elinin Ziyadlı oymağının rəhbəri Xəlil xanın oğlu olan Hüseynəli xanın sifarişi ilə 1762-1783 -ci illərdə inşa edilib: “Hüseynəli xan qardaşı Həsənəli xanın ölümündən sonra İrəvan xanı (1756-cı il) olub. Tarixi mənbələrdən bəllidir ki, Hüseynəli xan İrəvan şəhərinin inkişafı üçün Xoy xanı Əhməd xanın baş memarı olan Mirzə Cəfəri İrəvan şəhərinə dəvət etmişdi. Göy məscidin inşa edildiyi yerdə, XVII əsrdə İrəvanda olmuş J.Şardenin məlumatlarından aydın olur ki, Div Sultan adlı məscid olub. 1679-cu il zəlzələsindən sonra bu məscid də digər İrəvan memarlıq nümunələri kimi yer üzündən silindi. Görünür, zəlzələnin fəsadlarını aradan qaldırmaq  üçün Zal xan tərəfindən aparılan bərpa işləri zamanı məscidin də yenidən inşa edilməsinə başlanmışdı. Hüseynəli xan İrəvan şəhərində Göy Məscidi də bu həmin məscidin yerində yenidən inşa etdirib. Məscidin adı Hüseynəli xanın adı ilə adlandırılmışdı. Sonralar məcdiddə göy çinilərin çox olması səbəbindən Göy Məscid adını alıb. Məscid İrəvan şəhərinin Cümə məscidi sayılırdı. Bundan başqa, Göy Məscid XIX əsrdə həm də İrəvan şəhərinin ən iri  təhsil ocağı idi. I.Şopenin verdiyi məlumata görə, Hüseynəli xan məscidində mədrəsə də fəaliyyət göstərirdi. Bütün yuxarıda göstərilənlərlə bərabər onu da bildirmək istəyərdik ki, Göy Məscid İrəvan Quberniya Ruhani İdarəsinin mərkəzi sayılırdı.

Azərbaycan Respublikası  Dövlət Tarix Arxivində saxlanın sənədlərdə Göy Məscidin fəaliyyəti ilə bağlı yüzlərlə sənədlər saxlanmaqdadır. Bu sənədlərdə məscidin fəaliyyəti, ruhanilərin təyin edilməsi, məscidin mülkiyyətinin idarə olunması və digər sənədlər toplanıb. Məsələn, arxiv materiallarından məlum olur ki, Göy Məscidin böyük vəqf mülkləri olub. İrəvan qəzasının Yuva, Bəycəzli, Axund Buzovand, Qara Həmzəli, Caharbağ və Sarvanlar kəndində böyük torpaq ərazilərinə malik olub. Arxiv sənədlərində bu torpaq sahələrinin icarəyə verilməsi və istifadəsi haqqında müxtəlif sənədlər də yer alır. İrəvan Quberniya Ruhani Məclisinin üzvlərinin tərkibinə baxdıqda aydın olur ki, 1918-ci ilə qədər fəaliyyət göstərmiş məclis üzvlərinin hər biri azərbaycanlı türk olmuşdur. 1918-1919-cu illərdə dağıdılan Göy Məscid sonradan Ermənistan SSR dövründə öz funksiyasını itirərək 1931-ci ildə şəhər muzeyinə, sonra isə planetariuma çevrilmişdi. 1995-ci ildə İrəvan hakimiyyəti tərəfindən Göy Məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq, 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verildi. Bununla Azərbaycan xalqının maddi mədəniyyət və dini abidəsi siyasi manipulyasiyalar alətinə çevrildi. Hazırda Göy Məscid “fars və ya İran məscidi” kimi İrəvan şəhərinə gələn qonaqlara təqdim edilir. Mən sizə Göy Məscidin tarixini detallı şəkildə təqdim etdim. Əlbəttə, Göy Məscid Azərbaycan məscididir, bunun farslarla heç bir əlaqəsi yoxdur.

Əvvəlki açıqlamamda da demişəm. Yenə də demək istəyirəm ki, 1917-ci ildə İrəvanda cəmi 100-ə qədər fars yaşayıb. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy Məscidin İran məscidi adlandırılmasına gülürlər. 100 nəfərə məscid tikilməzdi, artıq Göy Məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır”.

S.Hüseynov qeyd etdi ki, memarlar, mədəniyyət xadimləri, QHT nümayəndələri daxil olmaqla ümumilikdə 102 elm adamının imzası ilə UNESCO-ya müraciət ünvanlanıb: “UNESCO-nun baş direktoruna ünvanlanan müraciətdə İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına köməklik edilməsi xahiş olunur. Ümid edirik ki, Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqəsinə malik olan UNESCO bu müraciətə həssas yanaşacaq. UNESCO-nın bu istiqamətdə addım atacağına ümid edirik”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ