şənbə günü, 14 noyabr 2026
     

Vətənpərvərlik haqqında qanun olar?

Image


Məlum olduğu kimi, Azərbaycan parlamentində “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi hazırlanır. Qanunun hazırlanması işinin parlamentin Elm və təhsil komitəsinin 2022-ci il yaz iş planına daxil edildiyi bildirilir. “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacağı ilə bağlı məsələ həm sosial şəbəkə seqmentlərində, həm elm aləmində, həm də siyasi dairələrdə ciddi müzakirə edilir.

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanunun hazırlanmasına nə ehtiyac var? Vətənpətvərlik tərbiyəsi mənəvi məsələdi, bunu qanunla tənzimləmək olmaz. Ümumiyyətlə, vətənvərlik məsələsini qanunla necə tənzimləmək olar? Vətənpərvərlik hissi qanunla necə aşılana bilər? Vətənpərvərlik də qanunla olmalıdır?

  • Gülağa Aslanlı: “Hesab edirəm ki, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanuna ehtiyac yoxdur”

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı “Bakı-Xəbər”ə bildirdi ki, qanunla vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, vətənpərvərlik tərbiyəsi yaratmaq mümkün deyil, vətənpərvərlik insanın qanunda, canında olmalıdır. “Məncə, vətəni sevmək üçün qanuna ehtiyac yoxdur. Vətən sevgisi insana valideynlərindən genetik olaraq gəlir. Bu həm ailədə olan təbliğatla, həm də nümunələrlə özünü ifadə edir. Uşağın dünyaya gəldiyi ailədə, ata-anasında, ondan böyük bacı və qardaşlarında vətən sevgisi varsa o da vətənpərvər olacaq. Vətənpərvərlik sözlə deyil, əməllədir. Vətənin dağını da, daşını da, çəmənini də, qumsal torpağını da, bir sözlə, hər şeyini sevmək lazımdır. Yenə də deyirəm ki, o sevgi genlə gəlir. Əgər valideynlərin genində vətən sevgisi, vətənpərvərlik yoxdursa, hər şey varidatla, pulla ölçülürsə o uşaqda vətən sevgisinin yaranması çox çətin olur. Düzdür, sonradan məktəblərdə də xüsusi nümunələrlə yarana bilər. Vətənpərvərlik, vətən sevgisi ən çətin məqamlarda özünü büruzə verə bilir. Bu bir anın hadisəsidir. İnsan bir anın içində qəhrəman ola bilir, amma 50 il o qəhrəmanlıqla yaşaya bilir”.

Məhəmməd Peyğəmbərin “Vətəni sevmək imandandır” kəlamını xatırladan G.Aslanlının sözlərinə görə, əgər bir insanın mayasında, canında, qanında vətənpərvərlik hissi, Vətən sevgisi yoxdursa, yüz qanun qəbul edilsə belə, yenə də onda bu hissləri yarada bilməyəcək. “Vətəni sevmək üçün mütləq sənin imanın olmalıdır. Sən bu torpağa bağlı olmalısan, anlamalısan ki, mən bu dünyaya gəlmişəm, məni dünyaya gətirən vasitəçi atam-anamdır, bunun üçün ilahi bir varlıq var, bu torpaqda yaşadıqdan sonra yenidən bu torpağa dönəcəyəm. Sən dönəcəyin torpağı sevməlisən. Bu baxımdan hesab edirəm ki, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanuna ehtiyac yoxdur. Bu qanunu necə yazacaqlar? Bu qanunla mənə vətənpərvərliyi, Vətəni sevməyi necə öyrədəcəklər? Bir insanın vətənini sevməsini müəyyənləşdirmək üçün meyarlar necə olacaq? Onu kim müəyyənləşdirəcək? Fikrimcə, vətəni sevmək qanunla yox, insanın içindən gələn hisslərlə olmalıdır, bu, insanın geni ilə gəlməlidir. Digər tərəfdən də bu onun ailədə gördüyü tərbiyə ilə bağlı olmalıdır. Əgər övladın doğulduğu ailədə ata və ananın vətən sevgisi varsa, ola bilməz ki, övladda bu sevgi olmasın. Bu, qanda olsa canda da olacaq”- deyə G.Aslanlı bildirdi.

  • Aqşin Kərimov: “Qanun layihəsi hazırlansa, vətənpərvərliyin barometri, ölçü meyarları o sənəddə necə göstəriləcək?”

Siyasi icmalçı Aqşin Kərimovun fikrincə də, bu mənəvi məsələdir və vətənpərvərlik tərbiyəsinin qanunla necə tənzimlənməsinin özü suallar yaradır: “Vətənpərvərlik yaxşı hissdir, qürurvericidir, amma nəzərə alaq ki, hərə vətənpərvərliyi fərqli baxış bucağından dəyərləndirir. Vətənpərvərliyin meyarları çoxdur, bu, ictimai fikir və ictimai münasibətlərlə tənzimlənir. İndi sual edirik: Qanun layihəsi hazırlansa, vətənpərvərliyin barometri, ölçü meyarları o sənəddə necə göstəriləcək? Elm və təhsil komitəsinin üzvləri, hörmətli millət vəkilləri! Axı vətənpərvərlik və ya onun tərbiyəsini qanunla tənzimləmək o ülvi hissləri çərçivəyə salmaq anlamına gəlmirmi? Nədənsə, mənim baxış bucağım belədir, vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. İndi biz hansı ailəyə deyə bilərik ki, uşağı bu qanun çərçivəsində tərbiyə et, etməsə belə, buna inzibati nəzarəti həyata keçirmək praktiki olaraq da mümkün deyil”.

A.Kərimovun sözlərinə görə, Vətən müharibəsində Azərbaycanın qələbəsi, yaranan yeni geosiyasi reallıq, əlbəttə ki, qanunvericiliyə də dəyişikliklər tələb edə bilər. “Amma vətənpərvərlik, onun tərbiyəsi, tənzimlənməsi nə deməkdir? Açığı bu, hələ ki, populizm kimi səslənir. Hər bir qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Buna görə də digər sual ortaya çıxır: qanun layihəsi qəbul edilsə, onun maddələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət necə müəyyən ediləcək? Axı elə məsələlər var ki, onları qanunla tənzimləmək mümkün deyil, Vətən müharibəsindən sonra heç buna ehtiyac da duyulmur”- deyə A.Kərimov qeyd etdi.

  • Rövşən Məhərrəmov: “Kiməsə zorla bu hissi aşılamaq, qanunla qəbul etdirmək mümkün deyil”

Hərbi ekspert Rövşən Məhərrəmovun isə məsələyə münasibəti belə oldu: “Vətənpərvərlik mənəvi-psixoloji bir məsələdir. Kiməsə zorla bu hissi aşılamaq, qanunla qəbul etdirmək mümkün deyil. Düzdür, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün istər bağçalarda, istərsə də məktəblərdə müəyyən maarifləndirici işlər aparılmalıdır. Ailədə kiçik yaşlarından hər kəsə Vətəni sevməli olduğunu öyrətmək lazımdır. Buna yalnız tərbiyəvi-psixoloji, maarifləndirmə yolu ilə nail olmaq mümkündür. Gənclərin vətənpərvər ruhda tərbiyəsi işini daha da genişləndirmək, səmərəli etmək məqsədilə bununla bağlı qanun layihəsi hazırlana bilər. Həmin qanun layihəsi bu sahədə maarifləndirmə işini kütləviləşdirmək baxımından fayda verə bilər. Nəticədə azyaşlıların, gənclərin vətənpərvər ruhda tərbiyəsinə nail olmağın yolları, üsulları nəzarətdə saxlanılar. Bu sahədəki boşluqlar aradan qaldırılar. Vətənpərvər nəslin yetişdirilməsi üçün hansı üsulların daha effektiv olması müəyyənləşdirilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ