şənbə günü, 14 noyabr 2026
     

Ermənistan parlamentariləri Xankəndiyə niyə gəlir?..

Image


Ermənistan siyasiləri, deputatları Qarabağa qanunsuz səfər etməkdə sanki yarışa giriblər. Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizi ermənilər “su yoluna” döndərib. Azərbaycanın rəsmi etirazlarına, narazılıqlarına baxmayaraq, Ermənistan siyasiləri, parlamentariləri, QHT təmsilçiləri gah aşkar, gah da gizlin şəkildə Azərbaycan ərazisinə qanunsuz səfər edirlər.

Ermənistan parlamentinin deputatları qanunsuz olaraq Xankəndiyə səfərə gəlib. Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Bununla bağlı spiker Alen Simonyan sərəncam imzalayıb. Nümayəndə heyəti Xankəndiyə gəlib. Dekabrın 3-5 tarixlərində burada separatçı qrupla birgə dinləmələrdə iştirak edəcək. Deputatların sırasına komissiya sədri Sisak Qabrielyan, deputatlar Taqui Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Knyaz Həsənov və ekspertlər daxildir.

Erməni parlamentarilər Xankəndiydə niyə gəlib? Məqsəd nədir? Rus sülhməramlılari niyə onların qanunsuz səfərinə imkan yaradır?

“Azərbaycan XİN öz kəskin reaksiyasını göstərəcək”

Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a bildirdi ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın və deputatlar qrupunun 44 günlük Qarabağ müharibəsindən sonra ilk dəfə Xankəndiyə səfərləri və qondarma rejimin “parlamentində” saxta “dinləmələrdə” iştirak etməsi xəbəri həqiqətən də Azərbaycan cəmiyyətində hiddət və qıcıq doğuracaq bir haldır. “Özü də bu informasiyanın erməni mediasında az qala “qəhrəmanlıq”, “şücaət” kimi təqdim edilməsi artıq belə bir qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan rəhbərliyi heç nəyə məhəl qoymadan Qarabağa qarşı ərazi iddialarından əl çəkməyib və yenidən gərginliyin yaradılması üçün cəhdlər göstərir. Baxmayaraq ki, ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda, həmçinin, bu ilin yanvarında qəbul edilmiş qərarlarda, eləcə də Soçi görüşündə qarşıda dayanan problemlərin həll edilməsi istiqamətində gəlinən ortaq məxrəcdə, o cümlədən, komissiyaların yaradılması və işçi qrupun fəaliyyəti ətrafında müəyyən fikirlərlə bağlı razılaşmalar mövcuddur, İrəvan yenidən öz kirli siyasətindən əl çəkməyəcəyini məhz bu cür davranışları ilə nümayiş etdirir”.

R.Rəsulovun sözlərinə görə, xüsusilə Brüssel görüşü ərəfəsində Ermənistan hakimiyyətinin belə bir addıma getməsinin arxasında daha bir marağın dayanması da şübhə doğurmur – bugünə qədər Rusiyanın təşəbbüsü ilə keçirilmiş bütün görüşlərdə əldə olunmuş razılaşmaları kölgədə qoymaq və istiqaməti Qərbə tərəf yönəltmək. “Çünki bildiyimiz kimi, Nikol Paşinyan bilavasitə Qərbin uşağıdır və sirr deyil ki, Ermənistanın əvvəlki cinayətkar Serj Sarqsyan rejiminin taxtdan salınması üçün ona dəstək göstərən də Qərbin siyasi dairələri, eləcə də Soros fondu olub. Hazırda Qərb, xüsusilə ABŞ-ın və Avropanın siyasi məkanı Qarabağ münaqişəsinin başa çatması yönündə regional güclərin, Türkiyənin, ələxüsus Rusiyanın fəaliyyətini həzm edə bilmir, çünki Cənubi Qafqaz kimi mühüm siyasi-iqtisadi regionundakı nəzarətləri itirilir. Ona görə də, Soçi və ondan əvvəlki mühüm təşəbbüsləri silməkdən ötrü Brüssel görüşünü qabardaraq orada nəticələr əldə etmək planlaşdırılır. Lakin bəri başdan daha bir faktoru da vurğulamalıyıq: sadaladığımız faktlar belə bir proqnozlar səsləndirməyə imkan verir ki, Brüsseldəki görüş əsnasında Ermənistanın maraqları öndə tutulacaq. Yəni Qərb öz uşağının ayağını bada verməyəcək.

Daha bir faktı da xatırlatmaq istərdim. Bir müddət əvvəl məhz həmin Alen Simonyan keçirdiyi mətbuat konfransında Rusiyanın “Moskovski Komsomolets” qəzetinin jurnalistinin suallarını cavablandırarkən birbaşa Rusiyanı, Kremli ittiham atəşinə tutdu, Qarabağın itirilməsində Moskvanı, hətta Vladimir Putini günahlandırdı. Dedi ki, Ermənistan KTMT-nin üzvü kimi Rusiyadan böyük dəstək gözləyirdi və həmin dəstəyi ala bilmədi, nəticədə işğal altında saxladıqları Azərbaycan əraziləri öz sahiblərinə qayıtdı. Halbuki, Alen Simonyan da yaxşı bilirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində Rusiya öz hərbi müttəfiqinə qucaq-qucaq silah-sursat göndərirdi, Rusiyadan qalxan hərbi-yük təyyarələri gecə-gündüz Zvartnots və Erebuni hava limanlarına enirdi. Bütün bunlardan sonra onun Rusiyanın siyasi hakimiyyətini hədəfə almasını isə Kreml əsla bağışlamayacaq. Artıq Rusiya XİN-i Simonyanın həyasız ittihamlarına müvafiq cavabını verib və bildirilib ki, Ermənistan sülh yolu ilə nizamlanma üzrə xeyli sayda imkanlarını əldən verib və bu, Rusiya Federasiyasının günahı üzündən baş verməyib. Yəni İrəvan bugünə qədər onun üçün yaradılmış imkanları istifadə edə bilməyib və nəticədə Azərbaycanın tükənmiş səbri qarşısında diz çöküb”.

Ekspertin sözlərinə görə, qaldı ki, Rusiya sülhməramlılarının Ermənistanın nümayəndə heyətinin səfərlərinə müdaxilə etməmələrinə və Azərbaycanın ərazisinə qanunsuz səfərlərinə göz yummalarına, bu məsələdə ilk növbədə rəsmi Bakı sərt münasibətini açıqlayacaq və açıqlamalıdır da. “Azərbaycan XİN öz kəskin reaksiyasını göstərəcək. Unutmamalıyıq ki, Ermənistanın sabiq müdafiə naziri Xankəndiyə səfərini gerçəkləşdirdikdən sonra Azərbaycan Ordusu öz sözünü dedi və əməli şəkildə də sübuta yetirdi. Görünür, İrəvan artıq sadomazoxizm siyasəti yürütməsindən xoşlanır və Bakı hər dəfə ona qarşı sərt addımlar atdıqca o daha da azğınlaşır.

Lakin hər şeyə rəğmən, Azərbaycanın mövqeyi yalnız Ermənistanın qanunsuz və həyasız davranışlarına qarşı deyil, həm də Rusiyanın bu kimi məsələlərə etinasız yanaşmalarına qarşı da istifadə olunmalıdır. Hazırkı dövrə qədər Qarabağda, Rusiya sülhməramlıları kontingentinin nəzarəti altındakı ərazilərdə erməni silahlılarının qalması, təxribatların baş verməsi kimi hadisələrə birdəfəlik son qoyulması üçün Moskva üzərinə götürdüyü öhdəliklərə əməli qaydada riayət etməlidir. Əks halda, Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi və ətraf bölgələrdə, öz suveren ərazilərində antiterror əməliyyatları keçirməsi tələbi daha da artmağa başlayır. Moskva bunları nəzərə almazsa, Qərb qarşısındakı mövqeyini itirməli olacaq. Bu isə Cənubi Qafqaz regionundakı situasiyaya öz mənfi təsirlərini göstərə bilər. Hesab edirəm ki, Rusiya bir əldə iki qarpız tutma siyasətini kənara qoymalı və mövcud problemlərin birdəfəlik aradan qaldırılması üçün Bakı ilə müntəzəm və birgə iş aparmalıdır. Əlbəttə ki, Türkiyə faktorunu da unutmamalıyıq”- deyə R.Rəsulov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ