şənbə günü, 14 noyabr 2026
     

Soçi görüşü indidən Ermənistanı isterik vəziyyətə saldı

Image


Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev , Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə görüşü gözlənir. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüş ötən il İkinci Qarabağ müharibəsindən sonra noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanın ildönümü məqsədilə Rusiya prezidentinin təşəbbüsü ilə keçirilir.

Açıqlamaya görə, görüşdə üçtərəfli razılaşmanın gedişatı, regionda bundan sonra sabitliyin gücləndirilməsi və sülhün bərpası məsələləri müzakirə olunacaq. Məlumatda o da vurğulanır ki, görüşdə iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri əsas diqqət mərkəzində olacaq. Bildirildiyinə görə, V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşü də nəzərdə tutulur. Bundan əvvəl oktyabrın sonlarında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmadı. Belə bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri ilə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb. Paşinyan bunun səbəbini belə izah edib: ”9 noyabrda videokonfrans formasında təklif edilən üçtərəfli görüşdən müəyyən səbəblərdən imtina etdim. Mən dedim ki, bu ideya bizim üçün problemlidir, çünki 9 noyabr Ermənistan üçün ağır gündür (9-10 noyabrda kapitulyasiya aktını imzalamasını nəzərdə tutur). 9 noyabr görüşünə hansısa konkret, məsələn, “əsirlərin” (erməni terrorçuları nəzərdə tutulur) qaytarılması qərarı olacağı halda qatıla biləcəyimi bildirdim. Ancaq aydın oldu ki, belə bir qərarın qəbulu mümkün deyil. Onda mən görüşün 15 noyabra keçirilməsini xahiş etdim. Daha sonra görüşün 26 noyabrda əyani keçirilməsi təklif edildi və mən razılaşdım”. Xatırladaq ki, Soçi görüşündən sonra dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı”nın sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü də gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq. Amma əsas qərarların məhz Soçi görüşündə qəbulu gözlənilir. Maraqlıdır ki, erməni tərəfi Soği görüşü ilə bağlı artıq isterik bir vəziyyətə düşüb.

Ermənistanın “Milli Mühafizəkarlar Hərəkatı 5165” partiyası bu görüşlə bağlı bəyanat yayaraq bildirib ki, Soçi görüşündən sonra Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq. Bəyanatda bildirilir ki, baş nazir Nikol Paşinyanın masasında Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyasına dair sənəd var və məzmunu gizli saxlanılır. Qeyd edilir ki, sənəddə Azərbaycanın həyati əhəmiyyət daşıyan əraziləri, strateji kanalları və yüksəklikləri alacağı, Ermənistanın isə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağı ilə bağlı şübhələr var. Bu şübhələr onunla əsaslandırılır ki, sənədi parlament və parlamentdən kənar təşəbbüslər üzə çıxara bilmir. Yəni sənəd məxfi xarakterə malikdir. Erməni hüquq müdafiəçisi Avetik İşxanyan da bildirir ki, Azərbaycan istədiklərini alacaq: “Müəyyən ümidlərim var idi ki, vəziyyəti dəyişmək üçün real imkan yaranıb, çünki vəziyyətimiz doğrudan da ölümcüldür. Ümid edək ki, bəlkə bu dəfə müxtəlif siyasi qüvvələr, nəinki ictimai xadimlər, Ermənistandakı vəziyyətdən ciddi narahat olan bütün insanlar, kortəbii şəkildə də olsa da, küçələrə çıxacaq, müqavimət hərəkatı başlayacaq. Buna sonradan təşkilati xarakter verilə bilər. Amma son aksiyalara toplaşanların say azlığı bu ümidlərindən üzərindən xətt çəkir”. Hüquq müdafiəçisinin sözlərinə görə, müqavimət hərəkatı yetişsə belə, artıq gecdir, çünki ötən il noyabrın 10-da üçtərəfli bəyanatdan sonra Paşinyan hakimiyyətinə qarşı tədbirlər görülməli idi. Lakin müqavimət baş tutmadı və bu gün Zəngəzur artıq təhlükə altındadır. Zəngəzur təhlükəsi isə Ermənistanın sonu deməkdir. Zəngəzurdan sonra dilim dönmür deyim ki, Tavuşu da geri alacaqlar. Ala-ala gəlirlər, bir sözlə, Ermənistan qalmayacaq. Ona görə də, bu gün hamı Ermənistanın məhv edilməsinin qarşısını almaq üçün rəğbət və inciklikləri, təhqirləri, keçmiş və indiki təsəvvürləri bir kənara qoymalıdır. Lakin bunu edə bilmirik”. Hesab edilir ki, Soçi görüşündə ilk növbədə kommunikasiyaların açılması ilə bağlı qrafik təsdiqlənəcək, sərhədlərin delimitasiya və demarkasiyasına başlamaqla bağlı razılıq əldə ediləcək. Bu məsələdə Rusiya da maraqlıdır. Çünki Soçi görüşündə konkret sənədlər imzalanmasa, gələn ay baş tutacaq Brüssel görüşü ruslar üçün risq olaraq qalacaq. Rusiya isə öz imici xətrinə bunu istəmir. Yeri gəlmişkən qeyd edək ki, Nikol Paşinyan onlayn platformada sualları cavablayarkən bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin demarkasiya və delimitasiyası yönündə komissiyanın yaradılması ilə bağlı sənəd imzalaya bilər: “Suallardan belə başa düşürəm ki, demarkasiya və delimitasiya sənədlərinin imzalanacağı ilə bağlı təəssürat yaranıb. Belə bir şey yoxdur. Yeganə sənəd o ola bilər ki, Azərbaycan və Ermənistan demarkasiya və delimitasiya ilə bağlı komissiyanın yaradılması üçün sənəd imzalasın”. Ermənistanda müxalif siyasi qüvvələr hesab edir ki, sərhədlərin müəyyən edilməsi İrəvanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması deməkdir. Elə bu səbəbdən Soçi görüşü ərəfəsində Ermənistanda isterik vəziyyət müşahidə edilir.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ