Bazar günü günü, 15 noyabr 2026
     

Yeni qorxulu Kreml-Kazan qarşıdurması başlanır, Rusiya iç savaşa sürüklənir…

Image


Heç kimə sirr deyil ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Çeçenistan, Tatarıstan, Başqırdıstan, Yakutiya respublikaları Rusiyadan ayrılmağa, müstəqil olmağa can atıb. Lakin 1992-ci ildə sözügedən respublikalar müəyyən şərtlərlə ittifaq müqaviləsinə imza ataraq, Rusiya Federasiyasının tərkibində qalıb.

Daha sonra Tatarıstan və Çeçenistana xüsusi status verilib. Çünki Rusiyanın bu iki subyekti onun tərkibində qalmaq üçün yeni federasiya müqaviləsini imzalamaq istəmirdi. Onları yola gətirmək üçün 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində “xüsusi status” əldə etdi. Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başladı. Nəhayət 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında “idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşılmasına” dair müqavilə imzalandı. Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın, hətta

vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı. Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli haklimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutdu. 2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu saatlı bomba ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır. Həmin vaxtdan etibarən Kreml tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.

Belə bir vaxtda Moskva ilə Tatarıstan arasında yeni ziddiyyətin yaranması müşahidə edilməkdədir. İndi hər şey Rusiya Dövlət Dumasının yenicə seçilmiş heyətinin atacağı ilk addımdan daha çox asılı olacaq. Bu seçkilərdən əvvəl Dumaya baxılmaq üçün təqdim olunmuş qanun layihələrindən birində Rusiyanın bütün regionlarının “icra hakimiyyətlərini eyniləşdirən tədbir”

nəzərdə tutulur. Sözügedən qanun layihəsi qəbul olunarsa, bundan sonra Rusiyanın, ilhaq olunmuş Krım yarımadası da daxil, 83 regionunun hamısında merlər, qubernatorlar və prezidentlər yox, sadəcə olaraq icra başçıları olacaq. Bu qanun layihəsi Duma spikerinin müavini Pavel Kraşennikov və Federasiya Şurasının üzvü Andrey Klişas tərəfindən təqdim olunsa da, sənədin prezident Vladimir Putinin aparatında hazırlandığına və buna görə də onun mütləq qanuna çevriləcəyinə inanılır. Tatarıstanda bir çoxları yeni qanunun məhz onları hədəflədiyini düşünür. Onların fikrincə, məqsəd 2024-cü ildə Putinin dördüncü müddətinin başa çatmasından əvvəl şaquli hakimiyyətin gücləndirilməsidir. Lakin Kremlin bu niyyəti Tatarıstan Konstitusiyasının 1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır. Konstitusiyaya görə, bu maddə parlament tərəfindən dəyişdirilə

bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələbi mövcuddur. Amma ruslar məsələni parlament vasitəsilə həll etmək istəyir ki, bundan da tatarlar narazıdır. Kazan Universitetinin siyasət elmi professoru Midxat Farukşin “Azadlıq” radiosuna bildirir ki, Tatarıstan “prezidentinin” sadəcə “başçıya” çevrilməsi əmri birbaşa Rusiya prezidentinin ofisindən verilib. Bu təşəbbüs barədə hələlik nə Tatarıstan parlamenti, nə də prezident Rüstəm Minnixanov şərh verib. Bir daha qeyd edək ki, əhalisi 3.8 milyon nəfər olan Tatarıstan Rusiyada hakimiyyətin federal subyektlər arasında bölüşdürülməsinə çox ciddi baxan muxtar respublika olub. Tatarlar Rusiyada ruslardan sonra sayca ikinci xalqdır.

1992-ci ilin martında, SSRİ-nin çökməsindən üç ay sonra Tatarıstan parlamenti bölgənin suverenliyi barədə qanunu səslərin üçdə ikisi ilə qəbul edib.

Həmin qanuna görə, Tatarıstan Rusiya və federasiyanın başqa subyektləri ilə eyni hüquqlara malikdir. Putinin hakimiyyəti illərində, 2000-ci ildən bəri Kremlin federal regionlarla münasibəti və parlamentin yuxarı palatası Federasiya Şurasının formalaşması, region başçılarının seçilməsi qaydasının dəyişdirilməsi ilə federalizm xeyli aşınıb. Məsələn, 2015-ci ildə regional başçılara “prezident” titulundan istifadə qadağan edilib. Kremlin iddiasına görə, Rusiyada yalnız bir prezident ola bilər. Lakin Tatarıstandan gələn təzyiqlər Putini bu bölgəyə istisna verilməsinə məcbur edib. Amma indi yeni qanunla ruslar Tatarıstana verilən istisnanı da aradan qaldırmağa hazırlaşır. Bu sonuncu qanun layihəsi ilə bağlı Dünya Tatar Gənclər Forumu Moskvaya və Kazana müraciət edərək, onları Tatarıstan başçısının “prezident” titulunun saxlanmasına çağırıb. Müraciətdə deyilir ki, Tatarıstanda prezident titulu saxlanmalıdır, çünki bu, “siyasi statusu, respublika imicini və federalizmi” əks

etdirir: "Tatarıstanda prezident postu təkcə respublika başçısının postunu yox, həm də dünya boyunca 7 milyon tatarın liderliyini, Rusiyanın başqa regionlarında, 30-dan çox ölkədə yaşayan tatarların birliyini simvolizə edir”. Praqada mənzillənmiş regional və etnik münasibətlər eksperti Vadim Sidorov deyir ki, Moskva da Tatarıstanda “prezident” titulunu məhz buna görə ləğv etmək istəyir. Sidorov bildirir ki, Putin hakimiyyəti liberal təsisat islahatlarının və respublika millətçilyinin sintezindən qorxur, çünki o bunu 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabının” və Ukraynada 2013-2014-cü illərdəki Avromaydan kimi hərəkatların hərəkətverici qüvvəsi kimi görür.

Görünür, məhz bu ehtiyatlanmalara görə siyasi bloger Valeri Karpenkov iddia edir ki, Dumaya təqdim olunmuş qanun kifayət qədər kəsərli deyil və Rusiyanın birliyini o qədər də gücləndirməyəcək. Bloger qeyd edir ki, Rusiyada bütün regionların

bələdiyyələri üçün universal vahid bir termin tətbiq olunmalıdır. Onun fikirincə, başqırdlar, tatarlar, buryatlar və Rusiyadakı başqa dillərdə işlədilən türk sözü “qurultay” və başqa “çətin tələffüz olunan” terminləri aradan qaldırmaq lazımdır: "Federal mərkəzin səlahiyyətləri milli və ya respublika konstitusiyaları ilə məhdudlaşdırılır. Bütün bunlar Rusiya xalqlarına, diqqət edin, dövlət suverenliyi verir. Rusiya milli-ərazi quruluşuna görə əsl həftəbecərdir və konstitusiya səviyyəsində 20-dən çox kvazidövlətdən ibarətdir”. Karpenkov belə bir nəticəyə gəlir ki, bu vəziyyət “separatçı meyllərə” rəvac verir. Lakin Tatarıstan suverenliyinin bəzi müdafiəçiləri üçün Dumaya təqdim olunmuş layihə “ölüm-qalım” məsələsidir. 2018-ci ildə həbsxanadan azad edildikdən sonra Londona mühacirət etmiş tatar fəal Rafis Kaşapov bildirir: "Prezident titulu olmadan respublikanın özünə də son qoyulacaq. Bundan sonra nə gerbə, nə bayrağa, nə də himnə ehtiyac qalacaq. Tatarıstanı

dəstəkləyən insanların isə biz sürgündəkilərə qoşulmaqdan başqa seçimi qalmayacaq. Amma düzünü desəm, inanmıram ki, bu çoxlarının vecinədir”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ