Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan ərazi iddialarını bu dəfə Gürcüstan istiqamətinə yönəldir…

Image


Ermənistanın Gürcüstan üçün də ciddi təhdid mənbəyi olması, bu ölkəyə qarşı ərazi iddialarında bulunması heç kimə sirr deyil. Son dövrlərdə Gürcüstan ərazisindən keçən erməni yük avtomobilləri ilə bağlı problemlər Ermənistanın iddialarının daha açıq müstəviyə keçməsinə səbəb olub.

Xatırladaq ki, bu ayın əvvəlindən ermənilər Gürcütan ərazisindən yüklərin daşınmasının onlar üçün çətinləşdiyindən şikayət edir. Bu xüsusda “news.am” portalı yazır: “Ermənistanın yük maşınları hələ də Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda qalır. Bunun bir izahı var - ermənilər üçün yol bağlıdır. Gürcü və Azərbaycan nömrəli maşınlar keçib gedir, ermənilərə isə icazə verilmir”. Elə bundan sonra erməni mediasında, ekspert dairələrində Gürcüstan hədəfə çevrilib. Tiflis erməniləri sıxışdırmaqda ittiham edilir. Erməni mədəniyyət xadimi Qaqik Qinosyan bu xüsusda bildirir: “Mən 1980-ci illərdə Gürcüstandan Ermənistana gəlmişəm, o vaxt orada təxminən 50 faiz erməni yaşayırdı, indi isə 30 faiz erməni yaşayır, bu cür qadağa və sərtləşdirmələrin niyə edildiyi ilə bağlı nəticələri sizə buraxıram”. Onun sözlərinə görə, vaxtilə doğulduğu yerdə erməni məktəblərinin sayı beş olub, indi isə yalnız bir məktəb var. Qinosyan qeyd edib ki, kilsələrin vəziyyəti ilə bağlı da eyni vəziyyət var, erməni kilsələrinin sayı ildən-ilə azalır. Bununla o iddia edir ki, Gürcüstan ermənilərə qarşı ayrıseçkilik siyasəti yürüdür. Xatırladaq ki, Qinosyanın Gürcüstana girişi qadağan edilib. Onun sözlərinə görə, Gürcüstanın Axalkələki bölgəsinə anasının qəbirini ziyarətə getmək istəyib, amma sərhəddən geri qaytarılıb. O deyib ki, Gürcüstan sərhədçiləri buna səbəb kimi koronavirus pandemiyasını göstəriblər. Onu da xatırladaq ki, Qinosyan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarının işğalında iştirak edib. Samsxe-Cavaxetiya diyarının Axalkələki şəhəri isə Gürcüstanın ermənilərin sıx məskunlaşan bölgəsidir. Erməni separatçıları zaman-zaman bu bölgənin Gürcüstandan ayrılması iddiası ilə çıxış edirlər. Qinosyan da  separatizmi dəstəkləyən erməni ziyalılarından biridir. Ermənistan mətbuatı dolayısı ilə onun Gürcüstana buraxılmamasını bununla, yəni indiyə qədər olan fəaliyyəti ilə əlaqələndirib. Erməni yazarlar iddia edirlər ki, Tiflisdəki hazırki hökumət türkyönlü siyasət yürüdür və Qinosyanın Gürcüstana buraxılmaması da bununla bağlıdır. Ermənistanın siyası şərhçisi Tevos Arşakyan isə bu fonda qeyd edir ki, Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir Cavaxetiyanı yada salsın. Onun sözlərinə görə, “qədim erməni torpağı” olan “Cavakx”ın 99.9%-ni ermənilər təşkil edir: “Bu bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz “Cavakx”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”. Qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxetiya torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşıb. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiyə o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və mesxeti türkləri isə 1944-cü ilə qədər Cavaxetiyadan deportasiya edilmişdi. Beləliklə, indi Gürcüstanın Azərbaycan və Türkiyə ilə dostluq, mehriban qonşuluq münasibətləri ermənilərin Cavaxetiya hədəsi ilə cavablandırılır. Bu xüsusda “armenianreport” portalı qeyd edir: “Gürcüstanda nahaq yerə hesab edirlər ki, bənzər antierməni davranışları onların rahatlığını pozmayacaq. Bu gün Gürcüstanın dövlət rəhbərliyinin Azərbaycanla əlaqələrini möhkəmləndirməsi, eləcə də bir çox sahələrdə əməkdaşlıq etməsi açıq-aşkar erməniləri hiddətləndirir. Ermənistanın satqın gürcüləri yerində oturtmaq üçün kifayət qədər rıçaqları və vasitələri var. Onlardan biri  Cavaxetiyadır. 30 illik müstəqilliyi dövründə İrəvan “Cavakx” fəallarının orada yaşayan köklü çoxluq üçün milli-mədəni muxtariyyət tələblərinə nail olmaları cəhdlərindən doğan atəşlərini söndürməklə məşğul olub. Ermənistanın onsuz da kifayət qədər problemləri olub və bizim hakimiyyətlər, “Cavakx” icmasının çoxsaylı xahişlərinə rəğmən, Tiflislə münasibətlərini pozmaq istəmirdilər. İrəvan, hətta Saakaşvili “Cavakxda” bu torpaqların Ermənistana məxsusluğunu, dilini və dilini unutdurmaq üçün dinc əhaliyə qarşı kütləvi repressiyalar aparanda da susurdu. Ancaq indi azərbaycanlılar tərəfindən pulla alınan gürcülər bizi məcbur edirlər ki, “Cavakx” ermənilərinin zülmlərinə nəzər salaq və bu regionun Ermənistana inteqrasiyası məsələsi ilə məşğul olaq Tiflisdə anlamalıdırlar ki, “Cavakx” erməniləri Ermənistana birləşmək haqqında referendum keçirsələr, onun nəticələri gürcülər üçün məyusedici olacaq. Əgər daha da dərinə gedərsək, Tiflis bilməyə məhkumdur ki, “Cavakx” ərazisindən qonşuları üçün mühüm strateji əhəmiyyətə malik Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi keçir və yerli ermənilər İrəvanın delikat xahişi ilə onu blokadaya sala bilərlər. Bəs onda kim pis vəziyyətdə qalacaq?”

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ