Bazar günü günü, 15 noyabr 2026
     

Bəzi dövlət qurumlarının qazi jurnalistlərə yolverilməz münasibətinə etirazlar artır...

Image


Milli Mətbuat günü ərəfəsində bir sıra dövlət qurumları, nazirliklər, komitələr müxtəlif media qurumlarının təmsilçilərini mükafatlandırdılar, onlara diplomlar, hədiyyələr verdilər. Şübhəsiz, jurnalistlərin mükafatlandırılması müsbət haldır, amma bu arada qazi jurnalistlərimizin unudulub yaddan çıxarılması isə heç cür müsbət hal ola bilməz.

 

Son günlər sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində tez-tez qazi jurnalistlərə qarşı bəzi idarə və qurumların biganəliyi barədə yazılan statuslara, məqalərə rast gəlirik. Bu biganəlik özünü açıq şəkildə göstərir. Məsələn, elə idarə, təşkilat var ki, kimi gəldi jurnalist adına dəvət edib mükafat verir, amma müharibənin odundan-alovundan çıxan, bizə zəfər bəxş edənləri yada belə salmırlar. Bəzi qurumlar isə qazi jurnalistlər arasında ayrı-seçkiliyə yol verir. Qazi jurnalistlər haqlı olaraq deyirlər ki, bəzi qurumları çıxmaq şərti ilə qalan qurumlar Mətbuat Günü tədbirlərinə onları dəvət etmirlər.

Bu barədə qazi jurnalist Məğrur Əli Polad öz şəxsi “Feysbuk” hesabında iyulun 21-də yazdığı statusda bunları qeyd edir: “Qarabağda müharibə başlayanda, 46 yaşım vardı. 1 aya yaxın idi ki, kölgəsində daldalanmağa bircə ağac, kol da olmayan Haramı düzündə döyüşürdük. Sifətimin dərisi artıq ikinci dəfə idi ki, yanıb soyulurdu. Bir gün yağış yağmağa başladı. İslanmamaq üçün hərbi maşınımızın kabinəsinə qalxdım. Qapını bağlayanda, güzgü mənə sarı çevrildi və özümü gördüm. Bəlkə də inanmayacaqsız, amma diksindim... Saç-saqqal basmış, kirli, yanıb qızarmış arıq bir sifət baxırdı mənə... Burda yerləşdirdiyim şəkil həmin vaxt, amma hamam, saç kəsdirmək və üz qırxmaq xoşbəxtliyindən sonra çəkilsə də, durumumu təsəvvür etmək üçün yardımçı ola bilər.

Sabah bizim günümüzdü - Milli Mətbuat Günü. Artıq bir neçə gündür müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları jurnalistləri dəstə-dəstə toplayıb "Müharibədə xidmətlərinə görə" adı altında mükafatlandırır, plaketlər, hədiyyələr verir, təriflərini göylərə qaldırırlar. Amma Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş media işçiləri (təxminən 30 nəfər) ya bu tədbirlərdə görünmürlər, ya da az bir hissəsi görünür. Əsasən müharibə dövründə məqalələr yazmaq, süjetlər çəkməklə öz işini yerinə yetirmiş jurnalistlərdir. Bəziləri cəbhə tərəflərə yolları düşəndə hansısa əsgərin silahını alıb şəkil çəkdirəndə, biz başımızın altında avtomat, mərmi yeşiklərinin üstündə, sağa-sola uçan qəlpələrin arasında gözümüzün acısını alırdıq... Əlbəttə, onlar da təltifə, xoş sözlərə layiqdirlər. Hətta müharibə ilə heç bir əlaqəsi olmayanlar da mükafatlandırıla bilər. Milli Mətbuat Günüdür axı. Amma Vətən müharibəsinin iştirakçısı jurnalistlər olmadan "Müharibədə xidmətlərinə görə" adı ilə necə tədbir keçirmək, bu əsaslandırma ilə kimisə mükafatlandırmaq olar?! Kim kimə nə istəyir verə bilər. Öz işləridir. Amma bizim adımızı nə öz tədbirlərinə pərçim etsinlər, nə də həmin insanlar üçün səsləndirsinlər. Mənə qəribə gələn həm də odur ki, səhnəyə çıxıb bu mükafatları alan həmkarlarımız təşkilatçılara irad bildirirlərmi ki, niyə döyüşçü jurnalistlər burda yoxdur?!

Qeyd: Məni yaxşı tanımayanlar üçün deyim ki, bütün şüurlu həyatım boyu belə şeylərin həvəskarı olmamışam. Mənim ən böyük, heç nə ilə müqayisəolunmaz və yeganə mükafatım doğma kəndim də daxil olmaqla torpaqlarımızın işğaldan azad edilməsidir. Ölümü gözaltına alıb getdiyim bu müharibədə iştirak etməyimlə o dərəcədə qürur duyuram ki, bunu sözlə ifadə etmək çox çətindir.

Amma... müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər!”

  • “Qazi jurnalistlərə də bütün digər qazilərimiz kimi diqqət göstərmək hər kəsin, o cümlədən də dövlət qurumlarının borcudur”

Tanınmış media eksperti, Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bilirdi ki, qazi jurnalistlərə biganəlik yolverilməzdir: “Qazi jurnalistlərə də bütün digər qazilərimiz kimi diqqət göstərmək hər kəsin, o cümlədən də dövlət qurumlarının borcudur. Çünki bu insanlar da 44 günlük Vətən savaşında əldə silahla düşmən üzərinə gedib, canlarını faktiki olaraq təhlükə altında qoyaraq torpaqlarımızın işğaldan qurtarılmasına töhfə veriblər. Yəni bu kateqoriyadan olan jurnalistlərimiz digər jurnalistlərə nisbətdə daha artıq diqqət haqq etməkdədir. Lakin məsələnin digər tərəfi də var. Onları kimsə harasa dəvət etmirsə, mükafatlandırmırsa, buna görə üzülməyə dəyməz. Axı qazi jurnalistlərimiz də bütün digər qazilərimiz kimi, dövlətin ən yüksək zirvəsinin diqqətini görüblər, görəcəklər də. Aşağıdakı kimlərinsə jurnalistlərin bayramında da mütləq onları yad etməli olduğu haqqında qəti fikir söyləmək olmaz. Həm də nəzərə alaq ki, heç də hamı Vətən müharibəsinə qatılmış bütün jurnalistləri tanımır. Şəxsən mən bildiyim bir neçə nəfər dışında heç kim haqqında məlumatlı deyiləm. İndi bir tədbir keçirsəm və yalnız bildiklərimi dəvət etsəm, eyni qaydada tənqidə məruz qalacağam. Demək istədiyim odur ki, həmkarlarımız belə məsələlərə təmkinli yanaşsınlar. Onlara verilə biləcək ən böyük qiymət döyüş meydanında verilib. Onlar bu adı alınlarının təri ilə qazanıblar. İndi hansısa qurum onlara hansısa bir diplom versə nə dəyişəcək ki?”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ