şənbə günü, 03 oktyabr 2026
     

Bakıdan İrəvana verilən sonuncu şans – Zəngəzur dəhlizi və … ölkənin xilası…

Image


Postmüharibə dövründə Azərbaycan üçün əsas vacib məqamlardan biri də regionda qarşılıqlı münasibətlərin inkişafı və bunun davamlı sülhün bərqərar olmasına öz töhfəsini verməsidir. Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, tarixin ziddiyyətlər səhifəsini çevirib, regionda əməkdaşlıq qurulması mərhələsinin başlamasına hazırdır. Bu mənada Bakı indi İrəvanın da analoji addımlar atıb qarşılıqlı əlaqələrin qurulmasına daha çox diqqət yetirilməsini istəyir.

Region ölkələri Azərbaycanın yanaşmasını təqdir edir

Sözsüz ki, Azərbaycanın yanaşması Qarabağ münaqişəsinin fəsadlarının aradan qalxması, Ermənistanın gələcəyi baxımından böyük önəmə malikdir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan əməkdaşlıq məsələsində maraqlıdır və belaruslu həmkarı Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən bu xüsusda Prezident İlham Əliyev mühüm fikirlər səsləndirdi: “Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.

Bu açıqlamalr bir daha Azərbaycanı indi daha çox əməkdaşlıq məsələlərinin maraqlandırdığını qabarıq şəkildə nümayiş etdirir. Ekspertlər də qeyd edir ki, Qarabağ münaqişəsi bitdikdən sonra bölgədə yaranmış yeni geosiyasi və iqtisadi reallıq regional əməkdaşlığın yeni fazaya keçməsini şərtləndirir. Elə bu fonda Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq üçün regional səylərin birləşdirilməsinə çalışır. Dəhlizin yaradılması prosesində İrəvan da fəal iştirak etməlidir. Ən azı o baxımdan ki, Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın Rusiya ilə quru əlaqəsi yaranacaq və bu, Azərbaycan üzərindən keçən dəmir yolu vasitəsilə reallaşacaq. Eyni zamanda, Ermənistanın qonşusu İranla dəmir yolu əlaqəsi yaranacaq. Xatırladaq ki, İran da Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır, çünki sanksiyalar altında qalan bir ölkə yeni regional əməkdaşlıq platformasından özünə pay götürmək istəyir. Burada qeyd edək ki, hələ bir neçə il öncə Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxışında buna toxunan Prezident İlham Əliyev bildirib: “Onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər”. İndi bu fonda İran üçün Zəngəzur dəhlizinin reallaşması mühüm önəm kəsb edir.

Burada onu da xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son Rusiya səfəri fonunda Moskvanın Qafqazda  kommunikasiya xətlərinin mümkün qədər tez işə düşməsində xüsusi maraqlı tərəflərdən biri olması növbəti dəfə öz təsdiqini tapdı. Rusiya prezidenti Vladimir Putin bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edərək, bunun Ermənistanın inkişafı üçün də mühüm əhəmiyyət daşıdığını bəyan etdi. Beləliklə, Azərbaycan, Türkiyə, Rusiya, İran postmüharibə dövrünün regional əməkdaşlığı məsələsində eyni mövqeni nümayiş etdirir. Cənubi Qafqazda yaranan geniş əməkdaşlıq formatında iştirakı regionun digər ölkəsi olan Gürcüstana da ciddi dividend gətirəcək. Bütün bunlar fonunda Ermənistanın da Zəngəzur dəhlizinin reallaşmasına hansısa müqaviməti mümkün hesab edilmir.

Azərbaycan Minsk Qrupunu kənarda saxlamır, amma...

Bu gün Azərbaycan regionda qarşılıqlı etimad mühitinin yaradlmasında ATƏT-in Minsk Qrupunun da müvafiq rol oynaya biləcəyini istisna etmir. Bakı bu xüsusda Minsk Qrupundan konkret təkliflər gözlədiyiini də açıq bildirir. Azərbaycanın yanaşması bundan ibarətdir ki,  Minsk Qrupunun postmünaqişə vəziyyətində rol oynaya biləcəyi konkret sahələr ola bilər. Bura, ilk növbədə Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar bəyanatlarında təsbit edilmiş məsələlərin icrası aid edilə bilər. Bu kontekstdə əsas diqqət həm də Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası, delimitasiyası, qarşılıqlı etimadın, əməkdaşlıq münasibətlərinin yaradılması, bu ölkələrin regional, xüsusən kommunikasiya layihələrində birgə iştirakının təmin edilməsinə yönəldilməlidir. Azərbaycan Minsk Qrupunun münaqişədən sonrakı dövrdə göstərilən istiqamətlərdə fəaliyyətində maraqlıdır və qrupdan bu xüsusda konkret təkliflər gözlədiyini ən yüksək səviyyədə bəyan edir.

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru Çağrı Arhanın sualını cavablandırarkən Prezident İlham Əliyev bununla bağlı konkret mövqe ifadə edib: “Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər. Lakin hesab edirəm ki, ciddi danışsaq, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər. Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk Qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu onun həll olunduğu deməkdir. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz olub, bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Ermənistanla gələcək sülh razılaşması haqqında danışanda, yəni əgər Ermənistan belə bir variantı nəzərdən keçirərsə, bu halda beynəlxalq tərəflər üçün çoxlu imkanlar ola bilər. Demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələləri var”. Minsk Qrupunun həmsədrlərinin  aprelin 13-də yaydığı bəyanat onların Azərbaycan və Ermənistan arasında postmüharibə dövründə qalan problemli məsələlərin həlli və davamlı sülhə kömək edən qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı tərəf qismində çıxış etmək niyyətlərinin göstəricisi kimi qəbul edilə bilər. Azərbaycan üçün maraq doğuran məsələ Minsk Qrupunun həmsədrlərinin sözdən əmələ keçməsi, yeni reallığa uyğun konkret təkliflərlə çıxış etmələridir. Postmüharibə dövrünün reallıqlarına uyğun şəkildə fəaliyyətlərinin davamı üçün Minsk Qrupunun həmsədr ölkələrinin proseslərə ədalətli və beynəlxalq hüquq çərçivəsində yanaşması da zəruri şərtdir. Qarabağ münaqişəsinin sona çatmasına rəğmən, rəsmi Bakının  Minsk Qrupunun fəaliyyətindən imtina etməməsinin əsas səbəbi həmsədrlərin regionda davamlı sülhün bərqərar olmasına öz töhfələrini verə biləcəklərinə olan inamdır. Bu inamı doğrultmaq  Minsk Qrupunun öz əlindədir.

Azərbaycan istədiyinə nail olacaq

Ekspetlər hesab edir ki, müvafiq beynəlxalq təzyiqlər də olacağı halda Ermənistan özü də Azərbaycanla sülhə xidmət edən əməkdaşlığın qurulmasında maraqlı olacaq. Amma burada ən əsas məqamlardan biri də odur ki, Ermənistan Azərbaycana verilmiş bütün vədlərə sadiq qalsın. Əks yanaşmanın Ermənistan üçün hansı fəlakətlərə gətirib çıxaracağı 44 günlük Vətən müharibəsinin timsalında özünü tam aydın şəkildə büruzə verdi.

Ermənistanın “Qraparak” nəşri də yazır ki, İrəvanın Bakı ilə oyun oynaması artıq mümkünsüz hala gəlib: “Bunun sübutlarını göstərən faktlar yetərincədir. Məsələn, Nikol Paşinyan İlham Əliyevə verdiyi vədləri yerinə yetirmədiyi üçün Bakı saxladığı erməni “əsir”ləri qaytarmır. Ortada iki məsələ var. Birincisi, erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasıdır. Bu məsələ artıq həll olunmaqdadır, ona görə tələb kimi əhəmiyyətini itirib. İkinci məsələ Tavuşla bağlıdır (Qazaxın 7 kəndi). Bizə bilgi ötürən mənbənin məlumatına görə, kəndlərin qaytarılması ilə bağlı şifahi razılaşma 11 yanvar Moskva görüşündə əldə olunub. Paşinyan isə seçki ərəfəsində bunu etmək istəmir”. Nəşr qeyd edir ki, Azərbaycana verilən vədlər yerinə yetrilməsə, İrəvan yenə çətin duruma düşəcək. O da bildirilir ki, Qazaxın 7 kəndi ilə bağlı vədlərin icrası Zəngəzur dəhlizinin işə düşməsinin tezləşməsində də mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistanın “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakına zəmin yarada bilər. “Qraparak” yazır ki, bu, Ermənistan üçün yeni fürsətlər olacağından İrəvan bunu əldən qaçırmaq istəmir: “Bu səbəbdən Azərbaycanın istəyinə nail olacağını, Zəngəzur üzərindən Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcəyini demək olar”.

Bütün bunlar bir daha postmüharibə dövründə proseslərin, əslində, Azərbaycanın istədiyi çərçivədə cərəyan etdiyini nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ