Bazar günü günü, 04 oktyabr 2026
     

Qarabağa əcnəbi ölkələrdən ermənilərin gəlişinə son qoyulur, diaspor “qapı arxasında”...

Image


Qarabağda ermənilər qalan ərazilərə Azərbaycanın müvafiq razılığı olmadan xaricilərin gəlişi artıq mümkünsüz hala gəlməkdədir. Bundan erməni tərəfi narazılıq etsə də, reallıqla barışmaqdan başqa çıxış yolu da yoxdur.

Hadisələrin gedişi göstərir ki, xaricdə yaşayan ermənilər daha əvvəlki kimi Qarabağa istədikləri vaxt gedib-gələ bilməyəcək. Çünki Azərbaycan buna icazə vermir. Qeyd edilən məsələ BBC radiosunun rus xidmətinin Laçın dəhlizi ilə bağlı hazırladığı reportajda da öz əksini tapıb. Burada qeyd edilir ki, Azərbaycan Qarabağ sıra dağlarının cənub-qərb yamacında yerləşən kiçik Laçın şəhərinin qaytarılmasını az qala 30 il gözləyib: “Şəhər bu regionda Dağlıq Qarabağın "paytaxtı" Xankəndini Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın bir neçə il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək”. Reportajda o da qeyd edilir ki, kiçik Horadiz şəhərindəki hərbi nəzarət-keçid məntəqəsi sanki Azərbaycanın qaytarılmış ərazilərinə açılan darvazadır: “Laçına qabaqcadan razılaşdırmadan yalnız Ermənistan pasportu olanlar gedə bilər. Başqaları xüsusi icazə almalıdırlar. Həftədə üç dəfə Laçın dəhlizindən Azərbaycan hərbi maşın karvanı keçir, onlar Şuşada və indi Bakının nəzarətində olan başqa məntəqələrdə yerləşən bölmələr üçün təchizat aparırlar. Laçında qalan ermənilər deyirlər ki, azərbaycanlılar tez-tez buraya kimin sahib olduğunu nümayiş etdirməyə çalışırlar - Laçından keçərkən maşının pəncərəsindən Azərbaycan bayrağını asırlar”.

Bu arada erməni tərəfinin yaydığı açıqlamalar bir daha təsdiq edir ki, Azərbaycan ərazilərinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına aid hissəsinə, yəni Qarabağın ermənilər yaşayan rayonlarına xarici ölkələrdən ermənilərin və digər şəxslərin buraxılması dayandırılıb. İndi bu ərazilərə kimin daxil ola biləcəyi barədə əvvəlcədən Rusiya sülhməramlılarına siyahı verilməlidir, həmin siyahı isə həm də Azərbaycanla razılaşdırılmalıdır. Ermənistanın diaspor işləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan bildirib ki, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşündə müzakirə edib: “Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan şəxslər bununla bağlı problem yaşamağa başlayıblar. Bizim böyük diasporumuz var, onlar yayda Ermənistana gəlməyə vərdiş ediblər, Dağlıq Qarabağa da baş çəkməyi sevirlər. Amma bu yay gəlmək istəyənlər indiki rejimə görə bunu edə bilməyəcək”. Onun sözlərinə görə, indiki rejimdə həmin ərazilərə getmək istəyən xarici ölkə vətəndaşları yeddi gün əvvəldən ərizə verməlidir. Həmin ərizələr əsasında siyahı tərtib olunur və Rusiya sülhməramlılarının qərargahına təqdim olunur: “Sonra isə kimin gələ biləcəyi, kimin gələ bilməyəcəyi həll edilir”. O əlavə edib ki, artıq bir çox xarici təşkilatların və vətəndaşların Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə daxil olmaq barədə müraciətlərinə rədd cavabı verilib. Bunun əsas səbəblərindən biri Bakının həmin şəxsləri öz ərazisində görməmək istəyi olub.

Digər tərəfdən, Qarabağda qalan ermənilərin də böyük əksəriyyəti buradan köç etməyi düşünür. Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən belə bir məlumat yayılmışdı ki, postmüharibə dövründə Qarabağa qayıdan erməni əhalinin sayı siyasi məqsədlər üçün qəsdən şişirdilir. Bunun ardınca Rusiya mediasında BMT-yə istinadən məlumat yayılıb ki, 20 yanvar 2021-ci il tarixədək Qarabağa cəmi 20 min erməni qayıdıb. Məlumat BMT-nin Ermənistandakı müvafiq qurumlara sifariş etdiyi araşdırma hesabına təsdiqlənib. Araşdırmada qeyd olunur ki, müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Aparılan sorğu nəticəsində məlum olub ki, müharibə zamanı Qarabağdan Ermənistana gedən ermənilərinin yarıdan çoxu ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmür: “Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan bir çox Qarabağ ermənisi indi çətin vəziyyətdədir. BMT-nin sifarişi ilə 22 yanvar 2021-ci il tarixli bir araşdırmaya görə, “qaçqın” vəziyyətinə düşən erməni ailələrinin 85 %-dən çoxu indiki halda Qarabağa qayıtmaq istəmir. Qalan 15% -nə gəldikdə isə, onlar Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar”. Burada xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi son günlər Qarabağa qayıdan ermənilərin sayı barədə açıqlama vermir. İndiyə qədr təqdim edilən rəqəmlər isə reallıqdan uzaqdır. BMT-nin apardığı araşdırmada deyilir ki, ermənilər yalnız Xankəndi və Xocavənd şəhərlərinə qayıtmaq istəyirlər. Çünki digər ərazilərdə normal həyat şəraiti yoxdur. Amma Xankəndi və Xocavənd şəhərlərinə qayıtmaq istəyən ermənilərin də sayı azdır və getdikcə azalmaqda davam edir.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ