Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanın 106 çeşid məhsulu ilə təmsil olunduğu Abu-Dabi hərbi sərgisində Ermənistan boş stendlə rəzil oldu...

Image


Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Milli Sərgi Mərkəzində “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub. Sərgidə dünyanın 900-dən çox şirkəti iştirak edir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Sərgidə ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur. Bu fonda bir maraqlı məlumatı da qeyd edək ki, “IDEX-2021”in açılışında Ermənistan tərəfi də iştirak etsə də, ermənilərin stendi boş qalıb. Stendin icarəsinə dövlət büdcəsindən külli miqdarda pul xərclənsə də, eksponat nümayişi mümkün olmayıb. Məlumata görə, buna səbəb Akop Arşakyanın başçılıq etdiyi Yüksək Texnologiyalar və Hərbi Sənaye Nazirliyinin bacarıqsızlığı olub. Belə ki, bu nazirlik silahların sərgiyə çatdırılmasını təşkil edə bilməyib. Bildirilib ki, Ermənistan silahları hələ də Moskvada qalıb. Beləliklə, sərginin açılış günü iştirakçı ölkələr silah nümayiş etdirərkən erməni tərəfi buklet paylamaqla kifayətlənib. Azərbaycan isə, Ermənistandan fərqli olaraq, sərgidə 106 adda məhsul təqdim edir.

Ümumiyyətlə, qeyd edək ki, “IDEX” sərgisində müdafiə sənayesi sahəsində texnikanın və innovativ texnologiyaların ən son nailiyyətləri təqdim edilir. Bundan başqa, ölkələr və şirkətlər arasında qarşılıqlı əməkdaşlığa dair danışıqlar da aparılır. Azərbaycanın bu sərgidən sonra həm öz məhsullarının satışını həyata keçirməsi, həm də xaricdən yeni hərbi texnikanın alışına dair müvafiq razılaşmalar əldə etməsi gözlənilir. Bura ilk növbədə Rusiyadan alına biləcək yeni texnikalar, o cümlədən müasir T-14 tankı da aid edilir. Belə ki, Əbu-Dabidə ilk dəfə Rusiyanın ən yeni, yeganə üçüncü postmüharibə nəslinə daxil edilən T-14 “Armata” tankının xarici təqdimatı da həyata keçirilib. Maşın yüksək dəqiqlikli silahdan üst səviyyədə müdafiəyə malikdir, taktiki səviyyəli silahlarla birgə avtomatik idarəetmə sisteminə inteqrasiya oluna bilir və pilotsuz rejimdə sınaqlardan çıxarılıb. Hərbi şərhçi Aleksandr Xrolenko T-14 “Armata” tankının əsas alıcılarından birinin Azərbaycan olmasını istisna etmir: ”Tankla bağlı uzunmüddətli dövlət sınaqları geridə qalıb, çatışmazlıqlar düzəlib və “Uralvaqonzavod” konserni seriya istehsalına hazırdır. Yeni “Armata” tankı ön sırada, düşmənlə bilavasitə təmasda döyüş aparmaq üçün nəzərdə tutulub və quru qoşunları ilə birlikdə eşelon müdafiəni yarmaq qabiliyyətinə malikdir. Müxtəlif intensivlikli hərbi münaqişələrdə T-14 motoatıcı bölmələrin hücumunu effektiv surətdə dəstəkləyə, düşmənin açıq sahədə və daldadakı hərbi texnikasını və canlı qüvvəsini məhv edə bilər. Suriya torpaqlarındakı döyüş şəraitində və sərt Arktikada tank yüksək effektivliyini sübut elədi (–50-dən +50 dərəcə Selsiyədək). Rusiyanın T-14 tankı dünyanın ən inkişaf etmiş ölkələrinin, Amerikanın “Abrams”ı, fransızların “Leclerc”i və almanların “Leopard 2”si də daxil olmaqla, 12 zirehli maşınından ən yaxşısı hesab edilib.

 “Armata” yüksək texnologiyalı, daha effektiv, ən müasir texnika ilə təchiz olunmuş bahalı, amma az sayda maşınların istehsalı konsepsiyasının gerçəkləşmiş variantıdır. Bir T-14 tankının qiyməti 7 milyon dollardır və bu, hər ölkənin müdafiə büdcəsinə görə deyil. Bu qiymət uzun-uzadı sınaq və modernizasiya dövrləri əsasında formalaşır. Müasir silahlanma nümunələrinin hazrılanması o qədər çox pul tələb edir ki, bir çox inkişaf etmiş ölkələr yenidən silahlanmanı müşayiət edən böyük xərclərdən qaçmaq üçün xarici təklifləri nəzərdən keçirir. Ancaq istənilən halda, müasir dünyada mükəmməl silah əvvəlkitək bir çox dövlətin suverenliyi üçün əvəzolunmaz alət olaraq qalır. Moskva artıq T-14-ün tədarükü üçün sifarişlər alıb, ixraca Rusiya ordusunun tank bölmələri yenidən silahlandıqdan sonra başlanacaq. T-14-ün mümkün alıcıları sırasında” Forbes” jurnalı Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Əlcəzairi göstərir. Bundan başqa, MDB və KTMT-nin ayrı-ayrı ölkələri hərbi-texniki əməkdaşlıq çərçivəsində kifayət qədər hərbi büdcə və ya preferensiyaya malikdir (Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan) və Rusiya istehsalı olan ən müasir və bahalı hərbi texnikanı almaq iqtidarındadır”.

“Armata”nın kapsulu qülləsinə birbaşa mərmi dəydikdə, yaxud da hərbi komplektin alışması zamanı tankçıların sağ qalmasına imkan verir. Konstruktorlar T-14-ün qoşunlar və taktiki səviyyəli silahlarla birgə avtomatik idarəetmə sisteminə inteqrasiyasını nəzərə alıb. Robotlaşdırma və modernizasiya üçün maşının imkanları genişdir. “Armata”nın xüsusi örtüyü onu termo və radiolokasiya spektrlərində az nəzərəçarpan edir. Maşın aktiv və dinamik müdafiə ilə, güclü topu və avtomatik doldurma sistemi olan, məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Qüllə və korpusun perimetri boyunca optik-elektron müşahidə, nişanalma və təhlükənin aşkarlanması cihazları yerləşdirilib. Genilşbucaqlı videokameralar 360 dərəcə müşahidə aparmağa imkan verir və ekipajı situasiya barədə məlumatla təmin edir. Qüllə kompleksi də dairəvi müşahidə aparmağa imkan yaradır. Tuşlayıcı operatorun vizual kompleksi birbaşa görmə periskopu və görüntünün miqyasını tənzimləməyə imkan verən lazerli məsafəölçənlə təchiz olunub. Termo və infraqırmızı sensorları isə istənilən hava şəraitində, gecə və gündüz işləyir. T-14-ün eşelon müdafiəsinə passiv “Malaxit” qoruması (düşmənin raket və mərmilərinin fiziki məhvi), aktiv “Afqanit” qoruma kompleksi  daxildir. Sonuncu avtomatik rejimdə düşmənin yaxınlaşmaqda olan tankəleyhinə mərmi, bomba və raketlərini məhv edir. “Afqanit”in radarı “tankın intellektini” təhlükələr barədə xəbərdar edir, sonra isə radioelektron dəfetmə sistemi düşmənin raketlərini sıradan çıxarır. Ehtiyatda, həmçinin, “Relikt” modul kompleksi də var. Bu, rəqibin tandem tipli mərmilərinin məhv edilməsi üçündür. Mütəxəssislər “Armata”nı mümkün rəqibin tanklarından 30% daha effektli və həyatqabiliyyətli hesab edirlər. Təsadüfi deyil ki, “Armata” platformasında dünyanın ən güclü qorumasına malik T-15 piyadaların hərbi maşını yaradılıb.

Tankın korpusunun içindəki zirehli kapsulda əyləşən üç nəfərdən ibarət ekipaj 125 mm-lik hamarlüləli 2А82 topunu məsafədən idarə edir. Onun atəş gücü mümkün rəqibin bütün mövcud tank silahlarını 1,2 dəfə üstələyir. Mərmi ehtiyatı da ekipajdan aralı, təhlükəsiz zonada yerləşdirilib, avtomatik doldurulma sistemində müxtəlif təyinatlı 40 mərmi var. “Armata”nın optikası gündüz 5 km, gecə isə 3.5 km aralıda hədəfləri aşkarlamağa imkan verir. Əlli tonluq T-14 tankı 1500 at gücündə mühərriklə təchiz olunub və saatda 90 km sürətlə hərəkət edir. “Armata”nın yeni, daha möhkəm və yüngül, 900 mm-dən artıq dözümlülüyə malik zirehini Moskvanın Elmi-Tədqiqat Polad İnstitutu hazırlayıb.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ