Bazar günü günü, 04 oktyabr 2026
     

ABŞ senatorlarından qəribə müraciət - Azərbaycana görə Türkiyə ittiham olunur…

Image


Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilib ki, bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib. Belə ki, sözügedən məktuba qol çəkən senatorlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər. Olduqca qərəzli əsasda yazılmış məktuba cavab olaraq verilmiş Bəyanatda deyilir:

“2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik: “… Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk. ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq”.

ABŞ senatorlarının bu məsələdə Türkiyəni hədəf seçməsində hansı məqsəd ola bilər və bizim buna reaksiyamız necə olmalıdır?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığında Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda önə çıxdı və bölgədə təhlükəsizliyin təmin edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini vacib etdi: “Konfliktin həllinin siyasi səbəblərindən daha güclü iqtisadi səbəbləri var idi. Münaqişəyə görə regionlararası daşınmalar baha başa gələn kanallarla, bəzi ölkələr üzərindən, sabit olmayan xətlər üzərindən həyata keçirilirdi. Xüsusən də enerji resurslarının tranzitinə mütəmadi təhlükələr dünya birliyini, Avropa İttifaqını bir faktı anlamağa sövq etdi ki, daha rahat, qısa və təhlükəsiz tranzit Azərbaycandan keçir və bu yolun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün ətraf bölgə sabit olmalıdır. Bunun üçün də Dağlıq Qarabağ məsələsini həll etmək lazımdır”.

Ekspertin sözlərinə görə, ABŞ-ın yeni prezidenti Baydenin seçki kampaniyası zamanından Amerika Erməni Assambleyası, ABŞ Konqresində fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi ilə yaxınlığı mövcuddur: ”Bu yaxınlıq yeni adminstrasiyanın təyinatlarında da özünü büruzə verir. Amma məsələ ondadır ki, ABŞ prezidentinin erməni icması ilə yaxınlığı və ABŞ erməni icmasının Konqresdə belə geniş təsir imkanlarına baxmayaraq, Ermənistan ABŞ-ın müttəfiqi deyil. ABŞ-ın Cənubi Qafqaz və ya Yaxın Şərq siyasətində, ümumilikdə ABŞ xarici siyasətində çoxlu boşluqlar mövcuddur. Bu boşluqlar üzərində isə kənar qüvvələr ABŞ-ın Türkiyə, Azərbaycan kimi strateji tərəfdaşları olan ölkələrlə münasibətlərini korlaya biləcək fəaliyyət qururlar. Buna misal kimi senatorların  ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz siyasəti əleyhinə daxildən sabotaj cəhdlərini göstərə bilərik. Çünki Azərbaycan və xüsusilə Türkiyə Amerika Birləşmiş Ştatlarının çox önəmli müttəfiqidir. Türkiyə və ABŞ həm də NATO üzrə müttəfiqdirlər. Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün davamlı səy göstərən güvənli tərəfdaşlardır”.

Politoloqun sözlərinə görə, zaman-zaman ABŞ-la Türkiyə arasında baş verən böhranlara və sanksiyalara rəğmən, Türkiyə ilə Amerika Birləşmiş Ştatları birlikdə çalışmalı və problemlərindən birgə çıxış yolu tapmalıdırlar: “Məsələ ondadır ki, Türkiyə fərqli mədəniyyətlərin bir arada yaşadığı böyük ölkədir. Ölkədəki fərqli mədəniyyət və dünyaya baxışın fərqlililiyi zaman-zaman kənar qüvvələr tərəfindən istifadə olunur. Konqresin həm demokrat, həm də respublikaçı ermənipərəst üzvləri Amerika ictimaiyyətində həmişə Türkiyəyə qarşı zəmin hazırlayır və yekun olaraq bu zəminlər də Konqresdə Türkiyə əleyhinə layihələrlə nəticələnir. Bu layihələr həmişə aprel ayı ərəfəsində baş qaldırır. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu və parlamentarilər bu sahədə ciddi və ən əsası, sistemli fəaliyyət göstərməlidirlər. Bu fəaliyyət ayda-ildə  bir dəfə gərginlik ərəfəsi fikir bildirməklə deyil, mütəmadi və faktlarla olmalıdır. Məsələn,  konqresdən maliyyələşən Amerika Erməni Milli Komitəsinin qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları ilə əlaqəsi olan rəhbərləri haqqında geniş məlumatlar ictimaiyyətə açıqlanmalıdır. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan Amerika Erməni Milli Komitəsi ABŞ-ın siyasi sabitliyinə və ABŞ üçün həssas regionlarda ortaq maraqlara xidmət edən tərəfdaşlarına qarşı daxildən fəaliyyət göstərməsi haqqında məlumatlar verilməlidir. Həmin dairələrin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdıqları izah edilməlidir.

Son layihəni təqdim edən Robert Menendez 2005-2006-cı illərdən başlayaraq müxtəlif vaxtlarda erməni lobbisi ilə yaxın təmasda olub. Bu müddətdə sözügedən lobbi təşkilatlarından və ayrı-ayrı erməni donorlardan 250 min ABŞ dolları məbləğində maliyyə vəsaiti alıb. Bütün bunları sübut edən faktglar ictimailəşməlidir. Çünki ABŞ-ın Cənubi Qafqaz siyasətində Türkiyə və İsraillə xüsusi münasibətləri olan Azərbaycanla münasibətlərin yaxşı olması prioritet təşkil edir. Bu baxımdan ABŞ-ın əsas strateji tərəfdaşı Türkiyə və Azərbaycana qarşı fəaliyyət onun bu regionda öz ziyanına olan fəaliyyətdir”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ