çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənistanda iqtidar-müxalifət ziddiyyəti silahlı müstəviyə keçmənin bir addımlığında...

Image


İctimai-siyasi müstəvidə Ermənistanda vəziyyətin yenidən kəskinləşməsi müşahidə edilir. Bu fonda 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti səbəbindən Nikol Paşinyan hakimiyyətinin ciddi təzyiqlərə məruz qalması ilə paralel olaraq cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist addımları da özünü qabarıq büruzə verir.

Artıq bəllidir ki, Ermənistanın eks-prezidenti, Qarabağdakı separatçı hərəkatın liderlərindən biri olmuş Robert Köçəryan yenidən siyasətə qayıdır. Eks-prezidentə yaxın mənbələrin bildirdiyinə görə, Köçəryan siyasətə qayıtmağa və gələcəkdə baş nazir postunu tutmağa razıdır. Mənbə bu xüsusda bildirib: “Köçəryan siyasi iddialarını xalqın onu dəstəklədiyini hiss etdikdən sonra göstərəcək. Hazırda o, həmin dəstəyin olmadığını söyləyib”. Yayılan digər məlumata görə, Nikol Paşinyana qarşı 17 partiyanın birgə başladığı mübarizə uğursuzluqla nəticələndiyi üçün müxalifət taktikanı dəyişmək qərarına gəlib. Belə ki, yanvarın 30-u “Qarabağ klanı”nın 2 əsas siması olan Serj Sarkisyan və Robert Köçəryan görüşəcək. Görüşdə, onlarla yanaşı, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının rəhbərliyi də iştirak edəcək. Əsas müzakirə mövzusu özünü doğrultmayan “Vətənin Xilası Naminə” hərəkatının yerinə yeni strukturun yaradılması və Paşinyanı istefaya vadar etmək üçün mübarizə formasının dəyişdirilməsi olacaq. Onlar bu məsələdə Rusiyadan da dəstək almağa cəhd edir. Bu fonda təsadüfi deyil ki, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarkisyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan Paşinyanın Rusiya siyasətini yenidən sərt tənqid edib. Onun iddiasına görə, artıq Soros dairələrinə anti-Rusiya ritorikasını gücləndirmək və ABŞ-la təmasları daha da sıxlaşdırmaq tapşırılıb.

Bu xüsusda keçmiş diplomat Ermənistanın ABŞ-a təyin olunacaq yeni səfirinin adını açıqlayıb: “Nikol Paşinyan Lilit Makuntsu Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin etmək qərarını verib. Makuntsun pis bir insan olmadığını düşünsək də, şübhəsiz ki, o, səriştəsiz siyasətçi, üstəlik, bacarıqsız diplomatdır. Ümumiyyətlə, diplomat belə deyil! Onun savadsızlığının sübutu olaraq, parlamentlərarası da daxil olmaqla, müxtəlif səviyyələrdə xarici siyasətdəki uğursuzluqları göstərmək olar. Ancaq Nikol Paşinyan məhz Makuntsa əvvəlcə mədəniyyət naziri vəzifəsini, sonra isə öz fraksiyasına rəhbərlik etməyi tapşırıb. Nikolun ingilis dili müəllimi kimi tanınan Makuntsun yalnız bir üstünlüyü var: Nikol ona qeyd-şərtsiz inanır. Bu səbəbdən də onu ABŞ-a göndərərək bir güllə ilə iki dovşan vurmağa qərar verdi: onu həm batan gəmidən xilas etmək, həm də iki supergüc arasındakı çirkli oyunda istifadə etmək”. Minasyan, həmçinin, bu təyinatın Ermənistana baha başa gələcəyini vurğulayıb: “Onun qarşıdakı təyinatı təkcə Ermənistan-Amerika, Ermənistan-Rusiya münasibətlərinə, Ermənistanın imicinə yox, həm də müstəqil bir ölkə olaraq varlığımıza zərbədir”. Qeyd edək ki, Minasyanın barəsində bəhs etdiyi Lilit Makunts Ermənistan parlamentindəki “Mənim addımım” fraksiyasının rəhbəridir. Makunts daha öncə ölkənin mədəniyyət naziri vəzifəsində çalışıb. Paşinyanın onu ABŞ-a səfir göndərmək niyyəti baş nazirin hələ də xarici siyasətdə ABŞ amilinə üstünlük verdiyini göstərir. Bu da Ermənistanda Rusiyaya rəğbətlə yanaşan qüvvələrin əlində Paşinyana qarşı əsas kozırlardan biri kimi istifadə olunur. Hesab edilir ki, indiki halda həqiqətən Paşinyan iqtidarı üçün ciddi təhdid yaranır.

“Joxovurd” qəzeti bu xüsusda yazır ki, indi Paşinyanın lideri olduğu “Mənim addımım” hakimiyyətdə qalma müddətini uzatmaq üçün vaxt qazanmağa çalışır. Qəzetdə hökumətin parlamentə özünü buraxma hüququ vermək niyyətinin bu məqsədə xidmət etdiyi qeyd olunur. Parlamentə veriləcək bu səlahiyyət Paşinyanın baş nazir olaraq qala bilməsi və erkən parlament seçkiləri keçirməsi zərurətindən irəli gəlir. Ancaq parlamentdə konstitusiya dəyişikliyi etmək üçün 88 səs almaq lazımdır. “Mənim addımım” fraksiyasında əvvəllər 88 millət vəkili var idi, ancaq müharibədən sonra 5 millət vəkili blokdan ayrıldı. Bu səbəbdən parlamentdə konstitusiyaya yalnız hakimiyyətin təşəbbüsü ilə dəyişiklik etmək praktiki olaraq mümkün deyil və Paşinyanın istefasını tələb etdiyi üçün parlament müxalifəti bu təşəbbüsə qoşulmayacaq. Mövcud hökumətin ömrünü uzatmaq üçün yeni fikirlər yaranana qədər yalnız layihə ilə cəmiyyətin və siyasi qüvvələrin diqqətini yayındırmaq, vaxt qazanmaq mümkündür ki, Paşinyan indi məhz bu takitadan istifadə edir. Lakin “Joxovurd” qəzeti yazır ki, Paşinyan təhdidlərin artdığını görsə, rəqiblərini yenidən həbsə atacaq. Bu da, qəzetin yazdığına görə, Ermənistanda vəziyyəti qarışdırıb, iqtidar-müxalifət qarşıdurmasının silahlı həddə qədər yüksəlməsinə kimi gətirib çıxara bilər.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ