çərşənbə günü, 14 oktyabr 2026
     

Atəşkəsin ardınca Qərbin Azərbaycana başlatdığı təzyiqlər diasporumuzun qarşısında yeni vəzifələr qoyur...

Image


Müasir müstəqil Azərbaycan dövləti hazırda tarixinin ən şanlı günlərini yaşayır. Otuz ilə yaxın müddətdə mənfur erməni işğalçıların tapdağı altında olan Qarabağ torpaqları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müdrik siyasəti, yenilməz cəsarəti, sərkərdəlik və diplomatik məharəti sayəsində şücaətli ordumuz tərəfindən azad edildi, nəhayət ki, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Azərbaycan Bayrağı  işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Müharibə  dayandı, Azərbaycan hərbi məqsədlərinə çatdı. Bundan sonra isə olduqca ağır, hətta uzun bir diplomatik prosesin başladığını elan etmək üçün kifayət qədər əsaslarımız var. Ermənistanda vəziyyət gözlənildiyindən daha gərgindir: orda Paşinyanın hakimiyyətdən getməsi və rusmeyilli qüvvələrin ölkənin sükanı arxasına keçməsi prosesinə start verilib. Bütün siyasilərin təmasları başlayıb,  hamısı ordunu daha da gücləndirmək, “keçmiş səhvlərdən” nəticə çıxarmaq, ciddi şəkildə hazırlaşmaq, hərbi-siyasi gücü ən qısa müddətdə bərpa etmək, Rusiya ilə əlaqələri maksimal səviyyəyə qaldırmaq və Qarabağa dönmək kursunu götürüb.

  • Minsk Qrupu indi oyanıb...

Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən ermənipərst dairələr və ölkələr açıq şəkildə bizim üzərimizə hücuma keçib, diplomatik təzyiqlər göstərməyə başlayıblar. Uzun müddət heç bir uğura imza ata bilməyən ATƏT-in Minsk Qrupu da  fəallaşmağa başlayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvətilə Moskvada səfərdə də olub. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, ABŞ və Fransadan olan həmsədrlər, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Rusiya XİN-də məsləhətləşmələr aparb. Həmsədrlər, eləcə də Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə görüşüblər. Həmsədrlərin atəşkəs sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı müzakirə olunub. Prosesdə açıq şəkildə Ermənistanın tərəfini saxlayan bəzi həmsədr ölkələr prosesdən kənar qalmalarından narahat olduqlarını bildiriblər.

  • Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır

Ölkəmizə edilən açıq təzyiqlərin “yuvası” Fransa sayılır. Verilən məlumatlarda bildirilir ki, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə məlumatı diplomatik mənbələr də təsdiqləyib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.

  • Prezidentin Niderland səfirinə sərt etirazı...

Bunun ardınca məlum oldu ki, Niderland parlamenti Azərbaycanın qazandığı uğurlardan dərhal sonra  ölkəmizə qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul edib. Bu barədə ciddi narahatlığını ölkə başçısı Niderlandın ölkəmizə akkreditə olunan səfirinin etimadnaməsini qəbul edərkən ifadə etdi: “Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı, əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra – Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan, ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq”.

  • Fransa Senatı ermənipərəst qərar qəbul etməyə hazırlaşır...

Həmçinin məlum olub ki, Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğu iddiasının lobbiçiliyi üzərində qurulub. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən, bu yalnız bir qətnamədir və onun icrası məcburi deyil. Ümumilikdə, Fransanın Vətən müharibəsi başladığı gündən etibarən ATƏT-in həmsədr ölkələrindən biri kimi Azərbaycana qarşı sərgilədiyi mövqedə nümayiş etdirdiyi qərəz hər kəsə məlumdur. Şübhəsiz ki, bu qətnamə də erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlib və onu növbəti təxribat adlandırmaq olar. Məlumdur ki, bu ölkədə bəzi siyasətçilər, parlament üzvləri erməni lobbisinin təsir dairəsindədirlər. Ermənilər onların vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Qondarma qurumu tanımaqla bağlı qətnaməni irəli sürənlərin nəzərinə Ali Baş Komandan, Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirləri bir daha çatdırmaq yerinə düşər. Ölkə başçısı müsahibəsində bildirmişdi ki, Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər: "Marsel şəhərində ermənilərə Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları, Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".

Görünən budur ki, bizi qarşıda ciddi  diplomatik təzyiqlər gözləyir. Təbiidir ki, biz Azərbaycan xalqı olaraq bütün bunlara qarşı mübarizəmizi daha da intensivləşdirməliyik. Azərbaycan dövləti bu istiqamətdə üzərinə düşən nə varsa edir.

  • “Müharibə zamanı gördük ki, bizim dostlarımız bizi istəməyənlərdən qat-qat çoxdur”

Bəs dünyanın digər ölkələrində olan diaspor təşkilatlarımız bu  cür təzyiqlərin neytrallaşdırması istiqamətində hansı addımları atmalıdır?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  müharibənin silahlı hissəsi dayansa da,  diplomatik və informasiya sahəsində müharibə uzun illər davam edəcək: “Azərbaycanın  bu məsələdə iki üstünlüyü var. Birincisi budur ki, Qarabağ tarixi ərazisimizdir. İkincisi isə, BMT və digər qurumlar Qarabağı  Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Bütün beynəlxalq konvensiyalarda sərhədlərin toxunulmazlığı xüsusi müddə kimi qəbul edilir. Bu həqiqətləri dünyaya çatdərmaq çətin olmayacaq.  Ermənistanın baş naziri Paşinyan hazırda legitim erməni hakimiyyətini təmsil edir. Onun statusu atdığı imzanı şübhə altına sala bilməz. Bu amil də bizim üstünlüyümüzü təmin edir. Biz müharibədən əvvəl çox yaxşı diplomatik əlaqələr qurmuşuq.  Dünyanın supergücləri və yaxın qonşularımızla  normal münasibətimiz var. Hollandiya, Fransa kimi ölkələrin reaksiyaları bu prosesdə nəyisə dəyişə bilməyəcək. Onlar, əsasən də Türkiyənin buradakı rolundan qıcıqlanaraq belə münasibət sərgiləyirlər. Müharibə zamanı gördük ki, bizim dostlarımız bizi istəməyənlərdən qat-qat çoxdur. İsrail və Pakistan  kimi ölkələrin bizə dəstəyi bu cür Avropa ölkələrinin təzyiqlərini tam kompensasiya edə bilir. Azərbaycan diasporu yeni təşkilatlanma işinə getməməlidir. Bunu etmək çətin olar. Bütün fəaliyyət əvvəldən olan köklü diaspor təşkilatlarımızın üzərində qurulmalıdır. Xüsuslə də cənublu soydaşlarımız və türk diasporu ilə sıx  işləməlidirlər.  Bu diasporların birgə səyi ilə diasporumuz müxtəlif tədbirlər vasitəsilə real vəziyyəti təmsil olunduqları ölkələrin ictimaiyyətinə, dövlət qurumlarına çatdırmalıdır. Biz  dünyaya Azərbaycan xalqının necə  dozumlu xalq olduğunu, başqa millətlərlə hansı səviyyədə mehriban yaşamağı bacardığımızı nümayiş etdirməliyik. Xüsusilə də həmin ölkələrin mediası ilə sıx təmaslar qurulmalıdır. Onların vasitəsilə müraciətlər olunmalıdır. Qısametrajlı təbliğat rolikləri hazırlanıb nümayiş edilməlidir”.

Müsahibimiz bildirdi ki, bu işdə Azərbaycanın əlaqədar dövlət qurumları da diaspora lazımi dəstəyi verməlidir: “Söhbət maddi dəstəkdən yox, təşkilatı, ideoloji və  lazımi təbliğat vəsaitləri ilə təmin olunmaq baxımından olan dəstəkdən gedir”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ