şənbə günü, 24 oktyabr 2026
     

Avropa İttifaqının Qarabağ siyasəti Qərb üçün də problemə çevrilir...

Image


Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun dünyanın əsas iqtisadi güc mərkəzlərindən biri sayılan Avropa İttifaqı üçün artıq strateji əhəmiyyət kəsb etməsi birmənalı həqiqətdir. Xüsusən qarşıdakı dövr ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bu regionun, Azərbaycanın həyata keçirdiyi transmilli layihələrin əhəmiyyəti xeyli dərəcədə artacaq. Belə vəziyyətdə ekspertlər hesab edir ki, regionda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqının məsuliyyəti də artmış olur.

Ermənistana qarşı real təzyiqlər işə salınmalıdır

Real vəziyyət göstərir ki, indiyə qədər Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli istiamətində aktiv rol oynamır. Düzdür, qurum müxtəlif vaxtlarda sözügedən konfliktlə bağlı qərar və qətnamələr qəbul edib, burada Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyi ön plana çıxarılıb. Elə bir müddət əvvəl Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə magistral yolun çəkilməsi ilə əlaqədar Avropa Parlamenti üzvlərinin birgə bəyanatı bu xüsusda növbəti mühüm sənəd oldu. Eləcə də Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa Komissiyasına və Komissiyanın vitse-prezidentinə “Şərq Tərəfdaşlığı“ ilə bağlı tövsiyələr” adlı qətnamə Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir. Qətnamədə dövlətlərin ərazi bütövlüyü prinsipinə üstünlük verilir, bu prinsipin tətbiq olunması üzərində daha israrla dayanılır. Amma ekspertlər hesab edir ki, ən azından öz enerji təhlükəsizliyinin təmini və digər istiqamətlərdə yarana biləcək təhdidlərin aradan qaldırılması üçün Avropa İttifaqı Qarabağ məsələsində daha qəti hərəkət etməli, Ermənistana qarşı real təzyiqlər göstərmək yolu ilə münaqişənin çözümünə öz töhfəsini verməlidir. Avropanın nüfuzlu onlayn dərgilərindən olan “Modern Diplomacy” də yazır ki, Avropa İttifaqının Qarabağ məsələsinin həllini sürətləndirəcək digər imkanları da var. Dərgi yazır ki, buna rəğmən, Avropa İttifaqının siyasi cəhətdən fəal olmaması münaqişənin çözümünü uzadır:“Avropa üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqazda son illər ərzində geosiyasi mənzərə tamamilə dəyişməkdədir. Regionda yerləşən ölkələrin fərqli inkişaf göstəriciləri, həmçinin kənar xarici dövlət və təşkilatların Qafqaz siyasətində yeniliklər indi burada fərqli bir vəziyyət yaradır. Proseslər göstərir ki, Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstan Avroatlantik məkana inteqrasiyada yenə əsas maraqlı ölkələrdir. Bu halda, xüsusən də Azərbaycanın Avropanın enerji təminatında və təhlükəsizliyində əhəmiyyəti, rolu getdikcə artır. Rəsmi Bakı iqtisadi, buna paralel olaraq siyasi, hüquqi müstəvidə Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında maraqlıdır.

Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir

Hazırda Azərbaycan Cənubi Qafqazın həlledici mövqeyə malik ölkəsidir və regionda ümumi daxili məhsulun 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkənin Qərb dövlətləri ilə tərəfdaşlıq şəraitində həyata keçirdiyi transmilli layihələr bundan sonra da Azərbaycanın mövqeyinin daha güclü hala gələcəyini göstərir. Bu məqamda regionda geosiyasi oyunçular üçün Azərbaycanla işbirliyi getdikcə daha ön plana çıxır. Azərbaycan da öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da Bakı ilə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Amma bu hal daha çox iqtisadi münasibətləri nəzərdə tutur. Halbuki, Azərbaycanın daxil olduğu Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində mühüm rol oynayır. Xəzərin və Qara dənizin Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir. Bu amil Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir. Amma buna rəğmən, Avropa İttifaqı geosiyasi aktor kimi Cənubi Qafqazda o qədər də aktiv deyil. Bu da regionda Rusiyanı şəriksiz əsas geosiyasi oyunçu edən əsas amillərdən biridir. Region ölkələri, Ermənisan istisna olmaqla, bu zaman Rusiyanın mövqeyini nəzərə almağa məcburdur. Ermənistanda onsuz da Rusiyadan gələn göstərişlə hərəkət etmək ənənəsi hələ də dəyişməyib. Regionun digər ölkələri isə Qərblə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq fonunda Rusiyanın onlarla forpost kimi davranmasını əngəlləməyə çalışırlar. Amma buna nail ola bilmək üçün onların Avropa və ABŞ-ın iqtisadiyyatla yanaşı, siyasi, hərbi dəstəyinə də ehtiyacları var. Yəni təkcə iqtisadi əməkdaşlıq yetərli deyil. Nəzərə almaq lazımdır ki, təkcə ABŞ və Qərb ölkələrinin deyil, Asiyanın sürətlə inkişaf edən dövlətlərinin də neft-qaza tələbatı günbəgün artmaqdadır. Küveyt, Meksika, Şimal dənizindəki karbohidrogen ehtiyatları ilə müqayisə olunan Xəzər dənizi hövzəsi Orta Asiya enerji ehtiyatları bölgəsini nəhəng dövlətlərin həyati mənafe zonasına çevirir. Bu enerjinin Qərbə təhlükəsiz axını Cənubi Qafqazda sabitlikdən asılıdır. Burada sabitliyin təminat yolu isə regionda mövcud münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Çünki Rusiya regionda təsirlərini məhz bu münaqişələr vasitəsilə saxlayır. Onların həllində aktiv iştirak etməklə Avropa strateji əhəmiyyətli regionda həlledici mövqe sahibinə çevrilə bilər.

Qərb dövlətləri hələ də regionda siyasi müstəvidə aktiv deyil

Regiona giriş qapısı Azərbaycan olduğu halda Rusiyanın təsir dairəsində qalan Ermənistan Qərb dünyasının Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rol oynayır. Ərazisində Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkmir. Qeyd edilən amillər Cənubi Qafqaz regionunun müasir siyasi mənzərəsinin canlandırılmasında müəyyən rol oynayır. Mövcud geosiyasi reallıq ondan ibarətdir ki, Qafqazda heç bir unikal təhlükəsizlik sistemi mövcud deyil. Hər şeydən öncə, Cənubi Qafqazda kəskin münaqişə ocaqlarının olması, xüsusilə də Azərbaycanın ədalətsiz şəkildə cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi bu sistem üçün əsas maneədir. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Qlobal iqtisadi layihələrdə iştirak sıradan biri kimi deyil, əsas aparıcı dövlətlərdən biri kimi Azərbaycana aid edilə bilər. Digər amil isə regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edən, lakin konkret təklif və modellərə baxmayaraq bu istiqamətdə ciddi addımlar atmayan Avropa İttifaqı, ABŞ amilidir. Halbuki, Azərbaycan həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçirilən transmilli layihələr məhz Azərbaycanın əsas iştirakçılığı ilə reallaşır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Azərbaycanın əvəzolunmazlığı təkcə istehsalçı olması ilə deyil, həm də tranzit ölkə kimi Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olması ilə bağlıdır. Bunu Qərb dövlətləri də anlayır, amma onlar hələ də regionda siyasi müstəvidə aktiv deyil. Bu ilin iyul ayında Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalar zamanı da Qərb ölkələri regionda hadisələrin sonrakı axarında aktiv iştirak etmədilər. Əvəzində Rusiya yenə Cənubi Qafqazda həm Dağlıq Qarabağ münaqişəsi, həm də digər siyasi proseslər baxımından fəallıq nümayiş etdirir. Belə vəziyyət isə Azərbaycan və Gürcüstan kimi ölkələrin Avroatlantik məkana inteqrasiyasının sürətlənməsinə ciddi maneədir. Bu, Avropa və ABŞ-ın maraqları baxımından da qəbuledilməz haldır. İndi Avropa İttifaqının regionda daha aktiv olması, münaqişələrin həllinə töhfə verməsi vacibdir və bunun üçün aktiv siyasi addımlara ehtiyac böyükdür. Əks halda Avropa İttifaqı burada Rusiyadan bir addım geridə qalmaqda davam edəcək. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının sülhyaratma missiyası ilk növbədə Avropaya inteqrasiya prosesinin sürətlənməsi üçün olduqca vacibdir. Avropa İttifaqı həm münaqişələrin tənzimləyicisi, həm də diplomatik danışıqların iştirakçısı kimi böyük təcrübəyə malikdir. Son 20 ildə Avropa İttifaqı 30-a qədər sülhyaratma əməliyyatında iştirak edib. Onun bu fəaliyyəti Avropa təhlükəsizlik strategiyası, Amsterdam müqaviləsi, Petersberq və Helsinki bəyannamələri ilə tənzimlənir. Bununla Avropa İttifaqı regional münaqişələrin tənzimlənməsi, Avropa və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əsas güc mərkəzlərindən biri olduğunu göstərib. Bu mənada, təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yardım etməklə Cənubi Qafqazda geosiyasi cəhətdən də daha güclü mövqe sahibi ola bilər. Azərbaycan üçün də regional səviyyədə təhlükəsizlik sisteminin formalaşdırılması və bu zaman Avropa İttifaqı ilə çoxtərəfli əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bu qeyd edilənlərdən bir daha bəlli olur ki, Avropa İttifaqının Qarabağ münaqişəsinin çözümü ilə bağlı indiki siyasəti Qərbdə də narazılıq yaradır. Elə buna görə qurumun Qarabağ məsələsində daha aktiv olması getdikcə ön plana çıxır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ