Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycanın Ermənistanı tam əzəcəyinə dair İrəvana çoxsaylı xəbərdarlıqlar edildi – işğalçı ölkənin KTMT ümidi də “suya düşdü”...

Image


Sirr deyil ki, son illərdə Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi pozmaqla  üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmasına çalışır. Amma indiqyə qədər bu istiqamətdə düşmənin riyakar addımları birmənalı şəkildə fiaskoya uğrayıb. Qurum özü də dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi olduğundan, məsələyə hansısa formada müdaxilə edə bilməz. Bu durumda Ermənistan Azərbaycan Silahlı Qüvvələrini sərhəd zonasında təxribata cəlb edərək, guya ərazisinə təhdid yarandığını göstərmək istəyir. Amma indiyə qədər qeyd edilən xüsusda baş verənlər Ermənistanın bu məkrli addımlarının da iflası ilə nəticələnib.

İyulun 12-də Tovuzda baş verənlər isə düşmənin hələ də prosesdən lazımı nəticələr çıxara bilmədiyini göstərir. Bu mənada təsadüfi deyil ki, cəbhə təxribatlarından dərhal sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan KTMT-nin baş katibi Stanislav Zasla telefon danışığı aparıb.  Danışıqların mövzusu açıqlanmasa da, Ermənistanın KTMT-ni münaqişəyə cəlb etməyə çalışdığı şübhəsizdir. Xatırladaq ki, cəbhə olaylarından sonra Stanislav Zas Azərbaycanla Ermənistan arasındakı gərginliklə əlaqədar KTMT-nin Daimi Şurasının təcili iclasını çağırdı. Amma bu dəfə də erməni tərəfinin sevinci gözündə qaldı. Ermənistanın cəbhə olaylarını qurumun iclasında müzakirəyə çıxarmağa hazırlaşdığı bir vaxtda məlum oldu ki, KTMT Daimi Şurasının fövqəladə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. İclas tərəflər arasında konsultasiya aparılması, həmçinin müzakirə formatının dəqiqləşdirilməməsi ucbatından təxirə salınıb. Bu xəbər artıq Ermənistanda şok effekti yaradaraq qurumun növbəti dəfə İrəvanı yalnız buraxması kimi təqdim edilir. Məsələni şərh edən erməni siyasi şərhçi Artyom Yerkanyan bildirib ki, Ermənistanın KTMT-yə ümid bəsləməsi özünü aldatmaqdan başqa bir şey deyil:“Son proseslər fonunda bu bir daha öz təsdiqini tapdı. Söhbət ondan gedir ki, Ermənistanın təşəbbüsü ilə KTMT-nin Daimi Şurasının fövqəladə iclası baş tutmalı, iclasda Tavuş vilayətində sərhəd insidentinə qiymət verilməli idi. Lakin iclas toplanmayıb. Halbuki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan məktubla KTMT ölkələrinə müraciət edib. Bundan başqa, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və KTMT baş katibi Stanislav Zas arasında telefon danışığı baş tutub. Amma KTMT növbədənkənar iclası təxirə salır, Moskva təmkinliliyə çağırış edir. KTMT göstərir ki, məsələyə qarışmaq niyyətində deyil və bu qurumda yenə Azərbaycan, üzv olmasa belə, Ermənistandan daha güclü mövqeyə sahibdir”.

Beləliklə, aydın görünür ki, Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan İrəvan bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. Amma yenə öz məkrli niyyətinə çatmır. əksinə, bir daha bəlli olur ki, KTMT-yə üzv dövlətlərlə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq erməni tərəfi üçün ciddi narahatlıq mənbəyidir. Bu fonda Moskva dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin KTMT-yə heç bir aidiyyəti yoxdur. Təhlükəsizlik və müdafiə sahələri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk da məsələyə məhz bu prizmadan yanaşır:"Ermənistan KTMT-yə həmişə ümid edə bilər, belə olmasaydı, Ermənistanın nəinki Qarabağ problemi, həmçinin Türkiyə ilə müharibəsi olardı. Amma Ermənistan öz ərazi bütövlüyünə xələl gəldiyi halda bu ümidi bəsləyə bilər. Rusiya və KTMT amili olmadan hər şey daha asan, lakin təhlükəli şəkildə inkişaf edərdi və bunu mübahisə etmək çətindir". Onun sözlərinə görə, KTMT hər şeyi çox yaxşı başa düşür və adekvat qiymətləndirmə verəcək:"Bir şeyi aydın şəkildə qeyd etmək lazımdır - KTMT Azərbaycanla müharibə etməyəcək". Elə rusiyalı hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski də bildirir ki, indiki halda Ermənistan üçün KTMT heç bir ciddi addım atmayacaq:“Çünki Tovuzda baş verənlər açıq-aydın Ermənistanın daxilində baş verən prosseslərin məntiqi sonluğudur. Nikol Paşinyan hazırki durumda ölkə daxilində baş verən hadisələrdən fikri yayındırmaq üçün ən alçaq yalanlara və təxribatlara əl atmağa hazırdır. KTMT üzvləri də artıq Ermənistanın məkrli planından xəbərdardır. Ermənistan hakimiyyəti KTMT-ni uşaq bağçası zənn edib yalan dolu məlumatlar yayır. KTMT heç bir ciddi addım atmayacaq. Bir-iki adi bəyanatla kifayətlənəcək. Ona görə ki, Ermənistan müdafiə nazirinin “faktları” gülüncdür. Necə olur, Bakı Qarabağ istiqamətində yox, Ermənistan ərazisinə hücum edir? Bakının əsas amalı işğal olunmuş Qarabağı qaytarmaqdır. Ermənistana hücum isə tam olaraq ermənilərə sərf edən ssenaridir. Özü də Azərbaycan ən güclü ordulardan birinə malik dövlət ola-ola, guya köhnə UAZ ilə hücuma keçib... KTMT baş katibi Stanislav Zas uşaq deyil bu erməni hiyləsinə aldansın. KTMT müdaxilə etməyəcək. İzah edim. Ermənistan istisna olmaqla, təşkilata üzv ölkələr bunu ikitərəfli - Ermənistan və Azərbaycan arasında münaqişə kimi tanımır. Hərbi əməliyyatların harada baş verməsindən asılı olmayaraq, bu, Dağlıq Qarabağ ətrafında münaqişədir. Özü də orada Qazaxıstan var, hansı ki, Azərbaycanın qardaşı kimi KTMT-də çıxış edir". Onun sözlərinə görə, sazişlər KTMT-nin bu bölgədəki qarşıdurmaya müdaxiləsini istisna edəcək şəkildə bağlanıb. Təşkilat Ermənistana yardım göstərməyəcək: “Üstəlik, İrəvana daim xəbərdarlıq edilib ki, Azərbaycana qarşı heç bir təcavüzkar hərəkətlər edilməməlidir. Kəskinləşmənin başladığı yerlərdə - təmas xəttində, ölkələr arasındakı sərhədə heç bir fərq olmayacaq. Bundan əlavə, KTMT baş katibi Stanislav Zasın təşkilatın baş katibi təyin olunmasına mane olan Ermənistan barədə yaxşı, yeni bir xatirəsi var”. Bu durumda Ermənistanın KTMT planlarının artıq iflasa uğradığını demək olar.

Yaranmış vəziyyətdə Ermənistanı qorxudan həm də odur ki, KTMT və Rusiya yardımı olmadan Azərbaycan hərb müstəvisində Ermənistanı əzəcək. Özü də Azərbaycan ən yüksək səviyyədə bunun anonsunu verib. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında qeyd edib:“Beynəlxalq arenada Ermənistan, demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, xülyadır, yalandır. Əlbəttə ki, məlum hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki, buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular. Mən bir daha demək istəyirəm ki, düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”. Bu fikirlərdən də aydın görünür ki, Azərbaycan düşməni cəzasız buraxmaq niyyətində deyil. Ermənistanın hamilərinin ondan imtina etdiyi bir vaxtda isə Azərbaycanın cavab zərbələri düşmən üçün daha sarsıdıcı olacaq.

Digər tərəfdən, burada beynəlxalq ictimaiyyət onu da nəzərə alır ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Gürcü hərbi ekspert, politoloq Vaxtanq Maisaya isə “Rezonansi” qəzetinə müsahibəsində bildirir ki, nəinki Rusiya, indi Qərb də Ermənistanı yalnız buraxıb və İrəvan bunu nəzərə almalıdır:“Minsk Qrupunda təmsil olunan dövlətlər bölgəyə lazımı diqqət ayırmır. ABŞ-dakı çətinliklər və Qərbin məsələyə az cəlb olunması müəyyən formada eskalasiyanın yaranmasına təsir edib”. Maisaya indiki qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsində qeydə alınan əvvəlki toqquşmalardan fərqləndiyini deyib:“2016-cı ilin aprelində dördgünlük müharibə Dağlıq Qarabağdakı separatçı bölgə ilə bağlı idi. İndi isə qarşıdurma dövlətlərarası münaqişəyə çevrilib. Toqquşmalar bilavasitə dövlət sərhədində baş verir və genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Qonşu dövlətlər arasında birbaşa müharibə baş versə, bu, Gürcüstana yaxşı heç nə vəd etməyəcək”. Politoloq Azərbaycan və Ermənistan arasında qarşıdurmanın regional xarakter alacağı, məsələyə Rusiya və Türkiyənin də cəlb olunacağını istisna etməyib. Amma onu da qeyd edir ki, Rusiya Ermənistana əvvəlki dəstəyi göstərmir, Türkiyə isə birmənalı şəkildə Azərbaycanın yanında yer aldığını bəyan edir. Bu halda güclü Azərbaycan ordusu Ermənistanı daha rahat əzmək imkanı qazanır. Indi yaranmış vəziyyətdə Ermənistan cəbhə təxribatlarını davam etdirəcəyi halda Azərbaycanın onu qısa müddətdə daha sarsıdıcı zərbələrə “qonaq” edəcəyi də qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ