Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Cəbhə təxribatları Ermənistanda vəziyyəti qarışdırdı - Paşinyana qarşı müxalifətin vahid bloku yaranır...

Image


Düşmənin cəbhə təxribatları növbəti dəfə Ermənistana baha başa gəldi, bu dəfə də qarşı tərəf həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çoxsaylı itkilər verdi. Əslində, Ermənistanda da yaxşı bilirdilər ki, güclü Azərbaycan ordusunun istənilən təxribata cavabı sərt olacaq. Belə olan halda düşmənin nədən bu təxribata getməsi, istər-istəməz, xüsusi maraq doğurur.

Prosesi dəyərləndirən ekspertlərin, hətta erməni mediasının yazdıqlarından belə bəlli olur ki, Nikol Paşinyan iqtidarı Ermənistan daxilində üzləşdiyi çətinliklərdən diqqət yayındırmaq üçün sələflərinin taktikasından istifadə edərək cəbhə təxribatlarına əl atıb. Bunu rus hərbi ekspert İqor Korotçenko da təsdiq edir:“Bu atışmalar vasitəsilə Paşinyan ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındıraraq xarici düşmən olaraq təqdim etdikləri Azərbaycana yönəltmək istəyirdi.Bu fənd məlumdur və dəfələrlə işə salınıb. Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır. Ona qarşı hakimiyyəti qəsb etməkdə, ölkənin idarəçiliyindəki səriştəsizlikdə, koronavirusla mübarizəni yarıtmaz aparmaqda ittihamlar səsləndirilir. Belə bir vəziyyətdə Paşinyana ictimaiyyətin diqqətini öz problemlərindən yayındırıb xarici düşmənə yönəltmək lazımdır və fikrimcə, baş verənlərin başlıca səbəbi elə budur. Sənin torpaqlarını atəşə tuturlarsa, cavab verməlisən. Ona görə də Azərbaycan Silahlı Qüvvələri cavab zərbəsi endirdilər. Bunun məhz cavab olduğunu vurğulamaq istərdim. Bununla belə, münaqişəni diplomatik yollarla həll etmək üçün addımlar atmaq gərəkdir. Rusiya olaraq biz də bu sərhəd toqquşmasının böyük müharibəyə çevrilməyəcəyinə ümid edirik”.

Ekspertlər qeyd edir ki, bununla Paşinyan həm də Rusiyaya qarşı addmlar atıb. Amma qeyd olunduğu kimi, burada əsas məsələ daxili problemlərdən diqqəti yayındırmaqdır. Bu fonda da Ermənistan rəhbərliyi cəmiyyəti sakitləşdirmək üçün itkiləri gizlədib. Bundan başqa, işğal altında olan Qarabağdan ermənilərin qaçacağından ehtiyatlanaraq baş vermiş hadisə ilə bağlı doğru məlumat verməkdən qorxur. Ona görə də sərhədin Tovuz istiqamətində baş verənlərlə bağlı məlumatları ehtiyatla yayır. Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan isə mənasız cəbhə təxribatlarının, əslində Paşinyandan narazılığı daha da artıracağını bildirir:“Bizim ali baş komandanımız haradadır, niyə mövqelərdə deyil? Başa düşdük, televiziya debatından yayındı, ancaq niyə kamuflyaj geyinmir və atəşə tutulan doğulduğu yerə getmir?. Hə, unutmuşdum. O, mövqelərə getsin, bəs polislərə insanları cərimələməyi və paylar aparmağı kim göstəriş versin, kim maska reklamı etsin və səhiyyə nazirini ləkələyərək çıxıb 1 saat koronavirus vəziyyəti haqqında danışsın?. Bu halda baş nazir yaddan çıxarır ki, cəbhədə baş verənlər onun reytinqinə daha güclü zərbədir. Cəmiyyət narahatdır. Onsuz da koronavirus hökumətdən narazılığı artırmışdı”. Yeri gəlmişkən qeyd edək ki, bu ölkədə COVID-19 virusunun qarşısının alınması istiqamətində görülən tədbirlər nəticə vermir. Hökumət vəziyyətdən çıxış yolunu yalnız fövqəladə vəziyyət rejiminin uzadılmasında və daha sərt cəza tədbirlərinin tətbiqində görür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejiminin avqustun 12-dək uzadılması barədə qərar qəbul olunub. Bu fonda diqqət çəkən həm də odur ki, pandemiya dövründə Ermənistanda müxalifət sıx birləşməyi davam etdirdiyi bir vaxtda Nikol Paşinyanın mövqeləri zəifləyib. Bu şəraitdə, qeyd olunduğu kimi, ictimaiyyətin diqqətini daxili siyasətdən xarici təhlükəyə yönəltmək sınaqdan çıxarılmış addımdır. Bu xüsusda Rusiyanın  “news.ru” saytı yazır:“2016-cı il hadisələri göstərdi ki, xarici oyunçular bu münaqişəyə müdaxilə etməyə çalışmırlar, lakin hər halda, tərəfləri hərbi əməliyyatlardan çəkindirirlər. Bakı həmişə qan tökülməsinin əleyhinə çıxış edir. Məsələn, 2018-ci ilin baharında Azərbaycan Ermənistanda iğtişaşlar dövründən Qarabağ məsələsinə təzyiq göstərmək üçün istifadə etmədi, hərçənd, artıq bir neçə ildir ki, münaqişə zonasında qüvvələrin real nisbəti İrəvanın xeyrinə deyil. 2016-cı ilin aprelində lokal məğlubiyyət Ermənistan cəmiyyətində ölkə rəhbərliyinin fəaliyyət qabiliyyətli olmamasının nümayişi kimi qəbul edildi, xüsusən ona görə ki, bu hadisələr Moskva və Bakı tərəfindən silahlar barədə müqavilələrin reallaşması fonunda baş verirdi. Bunun ardınca “Sasna Tsrer” radikal qruplaşmasının qiyamı və etiraz aksiyaları o vaxtkı prezident Serj Sarkisyanın mövqelərini yaxşıca laxlatdı və sonda onun devrilməsi ilə nəticələndi. Bu baxımdan, vəziyyəti kəskinləşdirmək Ermənistanın indiki rəhbərliyi üçün sərfəli deyil, lakin Paşinyan ölkə daxilində siyasi xal qazanmaq üçün vaxtaşırı Qarabağ məsələsində mübarizlik mövqeyi nümayiş etdirir”.

Sayt bir məsələni də bununla əlaqələndirir ki, Ermənistan Müdafiə Nazirliyi münaqişə zonasında həqiqi vəziyyəti öz vətəndaşlarından gizlədir:“İstifadəçilər döyüş mövqelərindən alınmış məlumatlara istinadla göstərirlər ki, erməni komandirləri həm canlı qüvvədə, həm də döyüş texnikasında itki verdiklərini etiraf edirlər. Ölənlərin və yaralananların sayı çoxdur. Azərbaycan Müdafiə Nazirliyi öz hərbi qulluqçularının həlak olmasını dərhal bildirib. Ermənistan isə bunu etmir”. Məqalədə vurğulanır ki, bu dəfə vəziyyətin kəskinləşməsi, münaqişənin davam etməsindən daha çox, Ermənistanın hakimiyyət orqanlarının daxili siyasətdə xal qazanmaq xatirinə xarici siyasət kartı ilə oynamaq cəhdi təsiri bağışlayır:“Koronavirus pandemiyası baş nazir Paşinyana ciddi zərbə vurub. İki il bundan əvvəl xalqın dəstəyi ilə hakimiyyətə gəlmiş bu siyasətçinin reytinqi xeyli azalıb. Həm parlament, həm də qeyri-parlament müxalifəti getdikcə fəallaşır, hətta karantin şəraitində də İrəvanda keçirilən mitinqlər isə göstərir ki, müxalifət əhalinin dəstəyini qazanıb. Xalqın Paşinyandan narazılığının səbəbləri çoxdur. Əvvələn, əhalinin bir qismi hesab edir ki, hökumət koronavirus epidemiyasına adekvat cavab verə bilməyib. Bu cür narazılıqları izah etmək çətin deyil: Ermənistan epidemioloji vəziyyət baxımından postsovet məkanında ən pis vəziyyətdədir. Ölkədə 32 mindən çox yoluxma halı qeydə alınıb. İkincisi, bu da qanunauyğun suallar doğurur ki, Paşinyan pandemiyadan öz siyasi təşəbbüslərini həyata keçirmək üçün istifadə etməyə çalışır. Ölkədə hələ mart ayında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi davam edir. İyulun 13-də hökumət bu rejimin müddətini avqustun 12-dək uzadıb. Bunu təhlükəsizlik mülahizələri ilə izah etsələr də, əslində güclənməkdə olan etiraz əhvalını yumşaltmaq imkanı kimi təsir bağışlayır. Üçüncüsü, baş nazir pandemiyadan bəhanə kimi istifadə edərək bir sıra, o cümlədən güc qurumlarında heç də birmənalı olmayan dəyişikliklər aparmaqla orada özünə loyal adamların mövqelərini daha da möhkəmlədib. Nəhayət, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi və bunun nəticəsində, məsələn, Qrayr Tovmasyanın ölkənin Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən çıxarılması da əhalinin və Paşinyanı tənqid edənlərin diqqətindən yayınmayıb.

Bu şəraitdə aşkardır ki, baş nazir sınanmış metoddan istifadə etməyi - ictimaiyyətin diqqətini xarici siyasətə yönəltməyi qərara alıb. Azərbaycanla ərazi mübahisəsi Ermənistan əhalisi üçün sınaqdan çıxarılmış birləşdirici amildir. Bu da simptomatikdir ki, sərhəddə vəziyyətin kəskinləşməsi məhz fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar qəbul edilməsi ərəfəsində baş verib. Ölkə sakinlərinin çoxu bundan narazıdır, çünki bu rejim səmərə vermir. Nəticədə hökumətin yeni qərarına, demək olar ki, əhəmiyyət verilməyib, döyüş əməliyyatları barədə xəbərlər bu qərarı gündəlikdən sıxışdırıb. Paşinyana, itkilər hesabına olsa da, öz laxlamış mövqelərini mümkün qədər tezliklə möhkəmlətmək lazımdır”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ