Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycanın Türkiyədən hansı dronlar alacağı bəlli oldu

Image


Məlum olduğu kimi, son günlərdə Azərbaycanın Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları  (PUA) alması gündəmdədir. Azərbaycan müdafiə naziri Zakir Həsənov da bir müddət əvvəl Türkiyədən yeni silahların alınması üçün iş getdiyini bildirib. Bunlar fonunda şübhəsizdir ki, tezliklə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran "ağıllı" raketlərlə təchiz olunmuş pilotsuz döyüş sistemləri Azərbaycan ordusunun silahlanmasında yer alacaq.

Məhz belə bir vaxtda qardaş ölkənin Azərbaycana konkret hansı pilotsuz uçuş aparatlarını sata biləcəyi bəlli olub. Məlumata əsasən, Türkiyə hazırda Azərbaycana kəşfiyyat və zərbə təyinatlı pilotsuz uçuş aparatlarından yalnız “Anka”nı və ya peyk idarəetməli “Anka-S” variantını ixrac etməyə hazırdır. Məsələ ilə ilgili “azeridefence” saytına məlumat verən Türkiyənin müdafiə sənayesindəki mənbənin sözlərinə görə, “Bayraktar TB2” və “Karayel-SU” PUA-larda xaricdən idxal edilən komponentlərlə dəstləşdirildiyindən, onların Azərbaycan kimi ölkələrə ixracında problemlər var:“Bunlar mühərrik, peyk rabitəsi və faydalı yük kimi kritik komponentlərdir. Bu komponentlər Qərb ölkələrinin istehsalı olduğundan, üçüncü ölkə üçün ixrac icazəsi lazımdır. Əvvəlki illərdə bir neçə xarici ölkə ilə PUA-ların ixracına dair müqavilələr mühərrik və digər kritik sistemlərdə xaricə bağlılığımıza görə reallaşmadı. Pilotsuz uçuş aparatlarının daşıdığı döyüş sursatları 100 faiz Türkiyə istehsalı olduğundan, onların ixracı ilə bağlı hər hansı maneə yoxdur”. Mənbə qeyd edib ki, həm “Anka”, həm də “Bayraktar TB2” Türk Silahlı Qüvvələri tərəfindən 2015-ci ildən döyüş əməliyyatlarında zərbə PUA kimi istifadə olunur. Artıq hər iki PUA fərqli coğrafiyalarda döyüşlərdə sınaqdan keçib və özünü sübuta yetirib:“İndi Azərbaycan tərəfi həm “Bayraktar TB2”, həm də “Anka”nı nəzərdən keçirir. Azərbaycan Silahlı Qüvvələri ehtiyacına uyğun seçimi edərək qərarını açıqlayacaq”.

Qeyd edək ki, “Bayraktar TB2” PUA Avstriya istehsalı olan bir ədəd 100 at gücündə “Rotax 912iS”, “Anka” isə yeni versiyaları Türkiyə istehsalı olan 1 ədəd 170 at gücündə PD170 mühərriki ilə təchiz olunub. “Bayraktar TB2” 100 kq, “Anka” isə 230 kiloqram faydalı yük qabiliyyətinə sahibdir. “Bayraktar TB2”nin faydalı yükünə ABŞ-Kanada “L3 Wescam” şirkətinin istehsalı olan MX15HD, Almaniyanın “Hensoldt” şirkətinin “GosHawk II” və ya ABŞ-ın FLIR şirkətinin “StarSafire 380” elektro-optik kamera dəsti, “Anka-S” PUA-nın faydalı yükünə isə ABŞ-Kanada “L3 Wescam” şirkətinin MX15HD, yaxud Türkiyənin ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kamera dəsti, SAR radarı, “ViaSAT” və ya Türkiyənin “CTech” şirkətinin istehsalı olan SATCOM peyk rabitəsi, yerli istehsal olan IFF və radiolink daxildir. Məlumat üçün bildirək ki, bu yaxınlarda Kanada mediası  “L3 Wescam” şirkətinin Türkiyəyə PUA-larda istifadə olunan elektro-optik kamera dəstlərinin ixracına qadağa qoyduğunu yazıb. Amma barələrində yuxarıda bəhs edilən “Anka” və  peyk idarəetməli “Anka-S”in alınmasında heç bir problem yoxdur.

Hazırda indiki dövrdə əsas güc silahlı PUA-lar hesab olunur. Türkiyənin “Anka” PUA-larının istehsalına 2011-ci ildən başlanıb. İlk dəfə 2017-ci ildə onlara silah daşımaq funksiyası əlavə olunub. Hazırda “Anka”PUA-larında raket daşımaq və onları hədəfə almaq funksiyaları yaradılır. “Anka”lar “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) şirkəti tərəfindən istehsal olunur. “Anka”PUA-ları 200 kiloqrama qədər mərmi daşıya bilir. Bu silahlar, əsasən “Roketsan” şirkətinin istehsal etdiyi “ağıllı” mərmilərdən ibarətdir. “Anka-S” isə kəşfiyyat, izləmə, hədəf təyin etmə imkanlarına malik, döyüş tapşırıqları yerinə yetirən PUA-dır. Bu PUA-lar gecə-gündüz, hər cür hava şəraitində kəşfiyyat, izləmə, sabit hərəkətli hədəfi müəyyən etmə, tanıma və görüntülü məlumat toplama imkanlarına malikdir. Kifayət qədər yüksəkliyə qalxa bilən, 200 kiloqram mərmi daşımaq imkanına və 24 saat havada qalma kimi inkişaf etmiş xüsusiyyətlərə sahibdir. Hərbi və strateji məsələlər üzrə türkiyəli ekspert Yusuf Alabarda qeyd edir ki, Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm də Liviyada Türkiyənin döyüş pilotsuz təyyarələri hərbi əməliyyatlar səhnəsində vəziyyəti Ankaranın xeyrinə dəyişə bilib. Qeyd edək ki, Suriyadakı döyüşlər zamanı Türkiyənin sürü halında istifadə edilən zərbə dronları Bəşər Əsədin İdlibi tutmaq üçün hücum edən iri qoşun qruplaşmasını ciddi itkilərə məruz qoyub. Nəticədə Əsəd və ona dəstək verən Rusiya atəşkəsə razılaşıb. Liviyada isə Milli Birlik Hökumətinin qüvvələri qiyamçı feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı Türkiyənin pilotsuz aparatlarını tətbiq edərək onu ciddi itkilərə məruz qoyub. O cümlədən, Haftarın Rusiyadan aldığı 10-dan çox “Pantsir” zenit-raket kompleksi vurulub. Nəticədə Haftarın ordusu paytaxt Tripoli üzərinə hücumu dayandıraraq geri çəkilib. Azərbaycan bu döyüş təcrübələrini öyrənməklə yanaşı, Türkiyə PUA-larını almaqla Ermənistan üzərində üstünlüyünü daha da artırır. Bu məsələdən erməni rəsmiləri və ekspert dairələri artıq dəfələrlə narahatlıqlarını ifadə edib.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ