Bazar ertəsi günü, 02 noyabr 2026
     

Təcrid vəziyyəti Ermənistanın işğal siyasətini dalana dirəyir - hökumət daxilində çatlar dərinləşir, iqtisadi çöküş xaotik vəziyyət alır və... koronavirus...

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qarşıdakı dövr ərzində daha zəif mövqe sahibinə çevrilməsi qaçılmaz hal sayılır. Məsələ burasındadır ki, son vəziyyətin təhlili  Ermənistanın çöküş dinamikasının daha intensiv xarakter aldığını üzə çaxarıb. Koronavirus epidemiyası isə, öz növbəsində, prosesin daha dinamik getməsinə rəvac verib.

Qeyd edilənlərlə ilgili Ermənistanın “politik.am” nəşri yazır ki, ölkəni mümkün çöküşdən xilas etmək üçün hakimiyyət hansısa real siyasət və proqrama malik deyil. Nəşrdə qeyd olunur ki, bugünə qədər acınacaqlı kadr vəziyyəti, anlaşılmaz iqtisadi siyasət, ayrı-ayrı nazirlərin və nazirliklərin birinin digərindən “bixəbər” vəziyyəti, bir sözlə, bu gün hökumət daxilində mövcud olan, demək olar ki, xaotik vəziyyətin “pullu feyklər” ordusunun yaydığı “tüstü örtüyü” ilə görünməz olmasına çalışılırdı: “Pandemiyanın bütün bu acınacaqlı uyuşma qoxusunun havaya səpilməsini sürətləndirdiyini söyləmək olar. Təsadüfi deyil ki, zaman-zaman mətbuat, hətta Ermənistanın və bu hakimiyyətin siyasi həyatı ilə maraqlanan ayrı-ayrı ölkələrin səfirliklərinin və ya super güclərin öz sorğularını keçirməsi və nəticələrdən narahat olması, Paşinyanın söylədiklərini etməməsini qınayan materiallar dərc edir, məcazi mənada “Qız vaxtları” olan reytinqə hələ sahib olmadığını göstərirlər. Hökumət daxilindəkilər də reytinqdə nəzərəçarpacaq dərəcədə azalma olduğunu görürlər. Əlbəttə ki, yaxın günlərin birində Paşinyanın “gəmisinin batacağını” başa düşürlər və o üzdən lazımi anda xilas olmaq üçün batan gəmidən atlaya biləcəkləri “torpaqlar” tapmağı bacarmalıdırlar”.
Yazıda yer alan fikirlərə  görə, Paşinyanla batmağın heç bir mənası yoxdur:“Bu dövrdə onsuz da komandadakı gizli çatlar daha da dərinləşir və hakim piramidanın bir çox nümayəndəsi ayaqda qalmaq üçün gələcək siyasi tənzimləmə mərhələsində öz yerlərini tapmağa, su üzərində qalmağa çalışır. Bunun özü ümidsizliyə və çaxnaşmaya səbəb olur və dilə gətirilməsə də, yenə də hər şeyə təsir edir. Əlbəttə, Paşinyan da bütün bunları başa düşür. Üstəlik, bu barədə hətta ona məruzə edildiyi də məlum olub. Başqa cür ola da bilməzdi, çünki Vanetsyan və Osipyanla bağlı baş verənlərdən sonra Paşinyan ilkin turda komanda yoldaşlarının etimadını itirdi və hətta mediada yayılan məlumatlara görə, nəzarətin qurulmasını və xüsusi qovluqların tərtib edilməsini əmr edib. Bu nəzarətin daha da gücləndirildiyi deyilir. Axı Paşinyan başa düşür ki, parlament respublikası şəraitində komandanın dağılması onun uğursuzluğuna səbəb ola bilər. Pandemiya dövründə, bəlkə də ağlasığmaz bir şəkildə sərt siyasi addımlar atmayacaq, ancaq mümkündür ki, virusu aradan qaldırdıqdan sonra, əlbəttə ki müvəffəq olsa, vəziyyəti cilovlamağa çalışacaq, çünki pandemiyanı dəf etdikdən sonra başqa bir dünyada və Ermənistanda yaşayacağımız göz qabağındadır. Baş qaldıracaq proseslər Paşinyanın məğlubiyyətini daha da yaxınlaşdıracaq”.  Yazıda qeyd edilir ki, belə vəziyyətdə Paşinyanın rəqibləri daha da fəallaşaraq, elə baş nazirin yanında yer alanlarla hökumət rəhbərini devirməyə çalışacaqlar. Maraqlıdır ki, yaranmış vəziyyətdə “Qarabağ klanı”  Nikol Paşinyanı daha çox hədələməyə başlayıb. Ermənistanın “İrates” nəşri isə yazır ki, Paşinyanın komandasında yer alanların bir çoxu da artıq baş nazirə qarşı olanlarla bir sırada yer almaq niyyətindədir:“Elə bu səbəbdəndir ki, Paşinyan indi daha tez-tez  dövlət idarəetmə sisteminin hələ də  inqilaba müqavimət göstərməsindən  dəm vurur.  Əslində, nəinki bütün sahələrdə “inqilab”ın başa çatması, həmçinin dövlət sisteminin fərqli bir məntiqlə işləməyə başlaması Paşinyanı narahat edir. “Mənim addımım” fraksiyasında olduğu kimi, idarəetmə dairələrində də Paşinyanın tərəfdlarları yoxdur”. Erməni siyasi şərhçi Aram Amatuni də məsələyə bu prizmadan nəzər salaraq bildirir:“Hakimiyyət dəyişikliyindən sonra Ermənistanda formalaşan hakimiyyət bir kollektivlikdir, bəzən bir-birinə zidd olan elementlər toplusudur”. Erməni politoloq Armen Badalyan isə bildirir ki, Paşinyanın davranşıları onun komanda üzvlərini də bezdirib. Onun sözlərinə görə, Ermənistan Respublika Partiyasının artıq iki ildir hakimiyyətdə olmamasına baxmayaraq, Ermənistan hələ də investisiyalara malik deyil:“Bu durumda Paşinyanın reytinqinin düşməsi təbiidir. Belə vəziyyətdə Paşinyan vəziyyəti lehinə dəyişmək üçün yeni düşmənlər axtarır. İndi bu “düşmən” rolunda onun bəzi komanda üzvləri çıxış edir. Paşinyanın qəzəbinə tuş gələn məmurlar keçmiş hakimiyyəti istəyirlər. Məhz bu fonda da ölkədə yeni hakimiyyt çaxnaşması tamamilə gözləniləndir”. Ölkədə açır sosial-iqtisadi durum da əhali tərəfindən Paşinyana dəstəyin daha da azalması ilə müşayiət olunur. Ermənistan Konstruktiv Partiyasının sədri Andreas Qukasyan bildirir ki, yaranmış problemlərin həlli istiqamətində ortaya real iş qoymaq əvəzinə,  Nikol Paşinyan sosial şəbəkədə canlı yayıma çıxaraq cəfəng açıqlamalar verir. Qukasyanın sözlərinə görə, Paşinyan ölkənin iqtisadi fəlakətə sürükləndiyini hələ də dərk edə bilmir. Bunu erməni iş adamı Norayr Qevorkyan da xüsusi vurğulayır. O bildirir ki, Ermənistanın iqtisadi həyatı üçün çox vacib olan məsələlərdən baş nazirin xəbəri yoxdur:“Məsələn, cənab Paşinyan hələ də bilmir ki, Ermənistana tranzit baxımından vacib olan Yuxarı Lars keçidində acınacaqlı vəziyyət hökm sürür. Ermənistandan Rusiyaya doğru və əks tərəfə hərəkət edən heç bir yük, heç bir erməni yük avtomobilinə üstünlük yoxdur. Paşinyana ya nə baş verdiyi barədə məlumat verilmir, ya da o hansısa rel iş görmək iqtidarında deyil. Məsələ nə hava, nə də karantindir. Osetiya gömrükçüləri istədiklərini edirlər, hər avtomobildən 10000 rubl istəyirlər ki, pul qazansınlar, kim pul vermirsə və ya az ödəyirsə, günlərlə burda dayanıb qalır, 9 gündür dayanıb burda qalan erməni maşınları var. Demək olar ki, bütün spirtli içkilər yoxlanılır və yoxlama təhdidi altında hər maşından kağız olmadan və heç bir səbəb olmadan bir neçə qutu  spirtli alkoqol içkisi götürülür. Ermənistan Respublikasına hörmətsizlikdir, yaşıl dəhliz yoxdur,  bu işlə məşğul olunmasa, Ermənistanda durum daha da pisləşəcək”. İş adamı vurğulayır ki, Ermənistanın iqtisadi inkişafı adi vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə təsir etmir. Belə vəziyyətdə Ermənistanın təcrid durumunun genişlənməsi isə sadə vətəndaşlara, iş adamlarına, idxal və ixracatla məşğul olanlara, onun  fikrincə, əhəmiyyətli dərəcədə pis təsir edəcək. O, vəziyyətdən çıxış yolu olmadığını da bildirib və bu durumda ölkədə sosial narazılığın daha da dərinləşəcəyini vurğulayıb. Beləliklə, həm komandası daxilində ziddiyyət yaşayan, həm də ölkəni dərin böhrana sürükləyən mövcud Ermənistan hakimiyyətinin işğal siyasətini davam etdirməsi də mümkünsüz sayılır. Bu durumda təcrid vəziyyəti də Ermənistanın işğal siyasətini davam etdirməsini mümkünsüz edir. Bütün bunlar bir daha təsdiq edir ki, Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın durumunu pisləşdirir, iqtisadiyyatını boğaraq onu inkişafdan məhrum edir. Halbuki, belə vəziyyətdə Azərbaycan bütün regional layihələrin aparıcı qüvvəsinə çevrilir. Bununla Azərbaycan və Ermənistanın inkişaf göstəriciləri arasında fərq də artır. Ermənistan üçün yeganə çıxış yolu münaqişənin kompromislər əsasında tezliklə həlli istiqamətində müvafiq addımlar atmasıdır. İndilikdə isə Azərbaycanın Ermənistanı təcrid siyasəti öz müsbət nəticəsini verir. Real vəziyyət həm də onu göstərir ki, təcrid vəziyyətinə düşməsi səbəbindən Ermənistan ötən dövrdə daxili iqtisadi potensial hesabına deyil, xaricdən verilən ianələr hesabına mövcud olub. Belə ki, son beş ildə xaricdəki fiziki şəxslər Ermənistana 9,8 milyard dollar gətiriblərsə, Ermənistanın dövlət olaraq ixracatı həmin müddət üçün bundan 800 milyon dollar azdır. İndi əsas problem xaricdən gələn vəsaitin də azalmağa doğru getməsidir. Bu vəsait azalmaqda davam edərsə, təcrid vəziyyəti Ermənistanı daha geniş miqyasda sarsıdacaq. Vəsaitin azalması isə qaçılmaz sayılır. Belə ki erməni diaspor təşkilatlarının Ermənistana yardımı son illər daim azalmaqdadır. Artıq Amerikadakı diaspor qurumları, demək olar ki, bu ölkəyə çox az miqdarda yardım göstərir. Rusiyadakı diaspor isə Moskvadan gələn göstərişlə Ermənistana pul ayırmır. Erməni mediası yazır ki, bu durumda ABŞ hökumətinin yardımı azaltması ölkə üçün daha bir zərbədir. Erməni ekspert Qarpis Paşoyan bu vəziyyəti Ermənistan hökumətinin ən böyük məğlubiyyətlərindən biri kimi qiymətləndirir: “Son iki ildə Vaşinqtonla konstruktiv dialoqa başlamaq üçün faktiki olaraq heç bir iş görülməyib. Üstəlik, Paşinyanın kabineti ardıcıl fəaliyyəti ilə Ermənistan-Amerika əməkdaşlığının ən pis və əlverişsiz mərhələsinin şahidi oldu. Dövlətlərarası münasibətlər heç vaxt belə soyuq və qeyri-müəyyən olmayıb. Ermənistanın məğlubiyyəti, şübhəsiz ki, Azərbaycanın qələbəsidir. Bu vəziyyətin yaranmasına Azərbaycan lobbi təşkilatları da böyük rol oynayıb. Lakin Ermənistan və ümumilikdə erməni amili öz yerində olsaydı, Azərbaycan lobbisi heç vaxt bu şəkildə irəliləyiş əldə edə bilməzdi”. O etiraf edir ki, Vaşinqton üçün Azərbaycanın həmişə Ermənistana nisbətən daha vacib əhəmiyyəti olub: “Bütün bunlarla yanaşı, bu geosiyasi üstünlük keçmişdə erməni amili olan tarazlıq maneəsi ilə müqavimətlə qarşılaşıb. Tramp prezident olduqdan sonra Azərbaycanın əhəmiyyəti iki dəfə artdı, tarazlaşdırıcı erməni amili isə zəiflədi. Yəni ABŞ-ın üstünlüyü, Azərbaycan lobbiçiliyinin fəallaşması və erməni amilinin passivləşməsi kontekstində Vaşinqton erməni  tərəfinə ciddi zərbə vuran yeni bir siyasət ortaya qoydu”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ