şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ustad aşıq Cahangir Quliyev kömək və qayğı gözləyir
Tarix: 04.11.2014 / 02:36
Bölmə: Mədəniyyət
Kövrək Murad: "Təqaüd verilsəydi, o həm sənətini davam etdirərdi, həm də sağlamlığının qeydinə qalardı"
Sazsız yaşamaq çətindir türk övladı üçün. Çünki elə qara sazla bağrıbadaş doğulub türk balası. O da məlumdur ki, türkün bir əlində qılınc, bir əlində saz olub. Yəni saz türkə, türk də saza dayaq olub yaranışdan. Tarixən aşıq sənətinin çox görkəmli nümayəndələri olub. Ozanlarımız tarixin hər çağında öz sazı və sözü, hikmətli kəlamları, nəsihətləri ilə öndə olub.
XX yüzillik aşıq sənətinin yüksəliş dövrü kimi xarakterizə olunur. Bu dövrdə aşıqların meydanı daha geniş olub və onlar öz ifaları ilə dinləyicilərə təsir göstərə bilib. Klassik ənənələr üzərində pərvəriş tapan aşıq sənəti bu gün də öz yolu ilə irəliləməkdədir. Nə yaxşı ki, Azərbaycan dövləti vaxtında saza sahib çıxdı və onu yerdən göyə qaldırdı. Aşıq sənətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük qayğı və sayğı bəsləyir. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da aşıq sənətinə göstərdiyi xoş münasibət bəllidir. Azərbaycan sazının, aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınması məhz Mehriban xanım Əliyevanın səyi nəticəsində baş verib. Artıq aşıq sənəti dünyanın qiymətli incilərindən biri kimi beynəlxalq səviyyədə qorunur.
Aşıq sənətinin bu şəkildə ucaldılması günümüzün ustad aşıqlarının ürəyindən olub. Onlardan biri də ustad aşıq Cahangir Sənan oğlu Quliyevdir. Aşıq Cahangir bu gün klassik aşıq sənətinin cəfakeş təbliğatçılarından biridir. Bilirik ki, illər əvvəl saza cəmiyyət tərəfindən elə də isti münasibət yox idi. Bəslənən laqeyd münasibətə baxmayaraq, aşıq Cahangir və onun kimi dəyərli ustadları sazı yaşatdılar. Onlar sazı yüksək səviyyədə təbliğ etməsəydilər və sənəti yaşatmasaydılar, aşıq sənəti YUNESKO-ya gedib çıxa bilməzdi.
Tariximizi yaşadan saz...
Aşıq Cahangir elin səadətini də, balalarının xoşbəxtliyini də sazda görüb həmişə. Sazdan doğulanın saza etiqad və inamı da olar.
Sazdan ayrı düşsən, oğul,
Həyat üzə çətin gülər.
Yaddaşlardan, tarixlərdən
Silinərsən, kim nə bilər.
Aşıq Cahangir bu bənddə tarixi bir həqiqəti açır-saz bizim ulularımızın, əcdadlarımızın qəhrəmanlıq salnaməsini yaşadan, tariximizi qətrə-qətrə yaddaşına köçürən bir alətdir. O təkcə alət deyil, tarixin canlı obrazıdır.
Aşıq Cahangir sənəti haqda Azərbaycanın görkəmli saz biliciləri hər zaman müsbət fikirlər söyləyib, onun barmaqlarını, ifaçılığını, dastançılıq bacarığını yüksək qiymətləndirib. Bəli, aşıq hərtərəfli biliyə malik olmalıdır, savadsız adamdan böyük aşıq ola bilməz. Aşıq Cahangir aşıq sənətinin bütün qatlarına bələddir. Klassik saz havalarının mahir ifaçısı olan Cahangir Quliyev sazı doğrudan da ucalığa qaldırmağı bacaran sənətkardır.
Aşıq Cahangir haqqında Niftalı Göyçəli belə yazıb: "Ustad aşıq Cahangir dövrümüzün sazlı-sözlü və özünün ədəb-ərkanı ilə seçilən, el içində hörmətlə, ehtiramla qarşılanan şəxsiyyətdir. Onun folklorumuzun dastan janrında olan əksər ağız ədəbiyyatını yaddaşında yerləşdirib və el arasında məclislərdə dövran açıb söyləməklə yanaşı, özünün də həyata bədii münasibəti var. Ustad aşığın haqqında geniş söhbət açıb layiqli sözlər demək imkanları çox böyükdür..."
Əlbəttə, dəyərli sözlərdir və ustada layiqli fikirlərdir.
Saz yolçuluğu...
Aşıq Cahangir Quliyev 1960-cı il aprelin 4-də Gədəbəy rayonunun Şınıx mahalının Çayrəsullu kəndində aşıq Sənanın ailəsində dünyaya gəlib. Saz çalmağı atasından öyrənib. Böyük istedada, məlahətli səsə, şirin ləmisə sahib olan gənc Cahangir sadəcə saz çalmaqla kifayətlənməyib və sazın sirlərinə yiyələnmək, onun pərdələrində yatan gizli aləmi kəşf etmək üçün 1988-ci ildə türk dünyasının görkəmli aşıqlarından olan, "Abbas və Gülgəz" dastanı ilə aşıq sənətinə böyük xəzinə bəxş edən ustad Mahmud Məmmədovun yanında şəyird olub. Cahangir Quliyevin bir aşıq kimi püxtələşməsində ustadının rolu əvəzsiz olub. Bayaq qeyd etdim ki, aşıq Cahangir klassik havaları mükəmməl çalıb oxumaqla yanaşı, həm də mahir dastançı aşıqdır. Özündən eşitmişəm ki, dastanları aşıq Mahmuddan əxz edib.
Aşıq Cahangirlə söhbətlərimizdən birində aşıq sənətində öz layiqli yerini tutmasında rolu olan insanlardan biri kimi Sumqayıt şəhərində saz məktəbinin, aşıq sənətinin təməlini qoyan, tanınmış aşıq, saz bilicisi, əslən Qazaxdan olan Sədi Abbasovun adını da xüsusi hörmətlə çəkmişdi. Cahangir Quliyev Sədi Abbasovdan da çox şeylər öyrənib.
Aşıq Cahangir Quliyevin əsas bəhrələndiyi ustad aşıq Kamandar Əfəndiyev olub. Çağdaş aşıq sənətində Kamandar Əfəndiyev yolunu ləyaqətlə davam etdirən aşıq Cahangirin oxu tərzi, barmaqları, havalara yanaşması Kamandar dəsti-xəttindədir. Bildiyim qədər aşıq Cahangir Kamandar sənətinə məftun olub gəncliyindən və ustadın yaratdığı irsi tamamilə mənimsəyib.
Ustadı dünyadan köçünü çəkəndə alışıb od tutub aşıq Cahangir. Aşıq sənətinin xanı vafat etsə də, yenə də xanlıq taxtındadır əlbəttə. Ustadının ölümünə həsr etdiyi yanğılı misralarda ürəyini belə danışdırıb aşıq Cahangir:
Tanıdı dünyanı fani Kamandar,
Aşıq sənətinin xanı Kamandar.
Cahangir, axtarma, hanı Kamandar?
Yaşat sənətini, rəhmət deynən.
Bütöv Azərbaycan sevdalısı...
Aşıq Cahangir Quliyev bütöv Azərbaycan sevdalısıdır. Qolu kəməndlənən Təbrizin, başıbəlalı Dərbəndin, nisgilli Borçalının, yad nəfəsindən xilas yolu gözləyən Göyçənin, Qarabağın, Kərkükün dərdini daşıyır. Sazında bu dərdimizi dilə gətirir.
Qaradağ, Qarabağ-taleyim eyni,
Bu tale korşaldır zehini, beyni.
Bir həsrət aşığı Cavan Hüseyni
Ütü kənddə göz önünə gətirdim.
Kövrək adamdır Cahangir Quliyev. "Mansırı", "Bəhməni", "Sultanı", "Dilqəmi", "Zarıncı", "Kərəmköçdü" kimi sinədağlayan havaları dilə gətirəndə bütöv bir Vətənə çevirilir aşıq. Türk dünyasının bir çox yerlərini qarış-qarış gəzib, sazı İranda, Türkiyədə, Rusiyada və başqa ölkələrdə yüksək şəkildə təbliğ edib. Çoxları sazımızı Cahangir Quliyevə görə sevib. Konsert proqramlarında, el məclislərində, radio və televiziya verilişlərində aşıq sənətini layiqli şəkildə təqdim edən ustadın o taylı - bu taylı Azərbaycanda yüzlərlə heyranı var.
Aşıq Cahangir Quliyev son illər ağır xəstəliyə düçar olub. Çox zaman səhhətində yaranan problem macal vermir ki, ustad el şənliklərinə getsin. Aşıq Cahangirin xəstələnməsi sazsevərlər üçün çox böyük bir dərdə çevrilib. Sağlamlığında yaranan problem aşığın pərəstişkarlarını narahat edir. Çox istərdik ki, Azərbaycan dövləti aşıq Cahangir sənətinə, saz aləminin görkəmli ustadına diqqət ayırsın. Onsuz da dövlət aşıq sənətinə kifayət qədər qayğı göstərir, bu qayğıdan Cahangir Quliyevə də pay düşsə, sazsevərlərin ürəyincə olar. Düşünürük ki, səhhətinin qaydasında olmadığı bir vaxtda həm sənətinə, həm də səhhətinə görə aşıq Cahangir Quliyevə Prezident təqaüdü verilsin. O buna həm aşıq sənətinin inkişafında göstərdiyi misilsiz xidmətlərə, həm də səhhətinə görə layiqdir. Cahangir kimi sənətkarların qorunmasına böyük ehtiyac var. Qədirbilən Azərbaycan dövləti hər zaman sənətkara dayaq durub və sənət adamını qoruyub. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da aşıq sənətinə, aşıqlara qayğısı olub, bu gün də var. Mehriban xanımın da aşıq Cahangir sənətinə dəyər verəcəyinə ümid edirik. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin də aşıq Cahangir Quliyevin Prezident təqaüdü almasına yardımçı olacağını düşünürük.
"Aşıq Cahangirə Prezident təqaüdü verilsəydi, yaxşı olardı"
Tanınmış aşıq-sazbənd Kövrək Murad "Bakı-Xəbər"ə açıqlamasında aşıq Cahangir Quliyev sənətini yüksək qiymətləndirərək bildirdi ki, ustad aşığın dövlət qayğısına ciddi ehtiyacı var: "Aşıq Cahangir Quliyev dövrümüzün çox dəyərli ustad aşığıdır. Cahangirin sənəti çox yüksək səviyyədədir. Allah ustadlara rəhmət eləsin, Cahangir ustadların yolunu gedir. Klassik havaların mahir ifaçısı olmaqla yanaşı, gözəl dastançı aşıqdır. O, artıq ustadlıq mərtəbəsinə ucalıb. Ustad aşığa isə aşıq sənətində həmişə ehtiyac var. Sənətinin yüksək həddə olduğu bir vaxtda Cahangirin xəstələnməyi bizi sarsıtdı. Çox istərdim ki, Azərbaycan dövləti, Mədəniyyət və Turizm Nazirliyi Cahangirə dəstək göstərsin. Xəstəlik imkan vermir ki, məclislərə gedib ailəsinə güzəran qazansın, dərmanlarını alsın. Dövlət tərəfindən aşıq Cahangirə Prezident təqaüdü verilsəydi, yaxşı olardı. Təqaüd verilsəydi, o həm sənətini davam etdirərdi, həm də sağlamlığının qeydinə qalardı. Ümid edirəm ki, Azərbaycan dövləti aşıq Cahangirin həm sənətdəki xidmətlərini, həm də səhhətində yaranan ciddi problemi nəzərə alaraq ona Prezident təqaüdü kəsəcək. Sənətkara qayğı lazımdır. Dövlətimiz sənət adamlarına həmişə qayğı və diqqət göstərib".
Ustad aşıq Cahangirin çağdaş aşıq sənətinin inkişafında göstərdiyi xidmətlərə və səhhətində yaranan ciddi problemə görə ona Prezident təqaüdü veriləcəyinə ümid edirik. Düşünürük ki, əlaqədar qurumlar bu məsələ ilə bağlı müvafiq işlər görəcək.
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ