Bazar günü günü, 04 oktyabr 2026
     

Koronavirusun yeni ştammları qlobal miqyasda ciddi təhdid mənbəyinə çevrilir...

Image


Daha yüksək yoluxma qabiliyyəti ilə fərqlənən, Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammı son bir həftə ərzində daha yeddi dövlətdə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, artıq101 ölkədə bu ştamm qeydə alınıb.

İlk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən koronavirusun digər ştammı da yayılma coğrafiyasını genişləndirib. Ötən həftə ərzində o, daha beş dövlətdə aşkar edilib, onların ümumi sayı 51-ə çatır. ÜST bu ştammda baş verən mutasiyaların virusun immunitet sisteminin reaksiyasından qaçmasına kömək etdiyini vurğulayıb. Beləliklə, bu ştamm artıq koronvirusdan sağalan və ya vaksinasiya prosedurundan keçənlər üçün də təhlükəlidir. Yaponiya və Braziliyada aşkar edilən ştamm daha səkkiz ölkədə aşkar edilib. Hazırda bu ştamm 29 dövlətdə qeydə alınıb. Azərbaycanda koronavirusun yeni ştammları qeydə alınmayıb. Lakin qonşularımızdan İran və Gürcüstanda artıq yeni ştammlardan xəstəlik qeydə alınıb. Bu da virus təhlükəsinin artıq Azərbaycan sərhədlərində olduğunu və hər an ölkəmizə keçə biləcəyini istisna etmir.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştammlarını ciddi təhdid mənbəyi olaraq qiymətləndirir. Qurum bəyan edir ki, dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır: "Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Lakin koronavirusun yeni ştammları yayılmağa davam edir. Bu da olduqca təhlükəlidir və üçüncü dalğaya səbəb ola bilər”. Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç də vəziyyətin narahatlıq yaratdığını bildirir: “COVID-19 pandemiyasının üçüncü dalğasının başlanması insanların davranışından asılı olacaq. İkinci dalğanın indi bütün dünyada azalması görünür. Lakin kifayət qədər kollektiv immunitet, baryer hələ yoxdur. Əgər ehtiyatlı olmasaq, bəli, üçüncü dalğa mümkündür”. Bəzi ölkələr artıq üçüncü dalğanın başlanması haqda xəbərdarlıq edir. Məsələn, Polşanın səhiyyə naziri Adam Nedzelski bildirir ki, Polşada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı onu da bildirir ki, dünya miqyasında virusa qarşı vaksinlərlə bağlı ayrıseçkilik problemi dərinləşdirməkdə və onun qarşısının alınmasında əngəl yaratmaqda davam edir. Bu arada yoxsulluq və qarşısının alınması mümkün olan xəstəliklərlə mübarizə üzrə “ONE Campaign” təşkilatının hazırladığı məruzədə deyilir ki, inkişaf etmiş ölkələrin aldığı COVID-19 əleyhinə vaksin dozası onların əhalisinin sayından çoxdur. Təşkilat virus əleyhinə vaksinin əldə olunması üzrə hazırkı sövdələşmələri təhlil edərək müəyyənləşdirib ki, hazırda ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya özlərini 3 milyarddan çox vaksin dozası ilə təmin edib. Bu, həmin ölkələrin əhalisinin vaksinasiyası üçün lazım olandan 1 milyard doza artıqdır. Koronavirus pandemiyasının irqi ayrıseçkiliyi yenidən üzə çıxarması da müşahidə edilir. BMT nəzdindəki İqtisadi və Sosial Şuranın (EKOSOS) son iclasında qurumun sədri, Pakistanın BMT-dəki daimi nümayəndəsi Münir Əkrəm dünya dövlətlərini pandemiya dövründə özünü daha qabarıq göstərən müasir irqçilik və ayrıseçkilik formalarına göz yummamağa çağırıb: “COVID-19 pandemiyası ərzaq məhsulları, təhsil, səhiyyə, mənzil, eləcə də ədalət mühakiməsinə çıxışda mövcud bərabərsizliyi aşkar etdi. Böhran ksenofobiya və ayrıseçkiliyi daha çox üzə çıxarır”. BMT-nin Baş katibi Antonio Quterreş isə bəzi hallarda marginal qruplardan olan insanlar arasında COVID-19-dan ölüm göstəricilərinin əhalinin qalan hissəsinə nisbətən üç dəfə çox olduğunu qeyd edib: “Pandemiyanın təsiri cinsi, yaş, sinif, kasta və dini mənsubiyyət, cinsi oriyentasiya, azlıqlara aid olması, insanların iqtisadi və hüquqi vəziyyətinə görə ayrıseçkilik səbəbindən daha da güclənir”.

Baş verənlərlə bağlı “London Post” qəzeti də yazır ki, pandemiyanın yaratdığı uğursuz meyllər arasında ən son və ən aktual olanı peyvənd “millətçiliyi”dir. Bildirilir ki, peyvəndin paylanması nə ədalətli, nə də bərabər olub, hətta inkişaf etmiş ölkələr belə peyvənd paylanması mövzusunda öz aralarında mübahisə edirlər: “İdarə olunan 128 milyon doza peyvəndin dörddə üçündən çoxu ümumilikdə 10 ölkədə tətbiq edilib. Təxminən 2,5 milyard əhalisi olan 130 ölkədə hələ də COVID-19 peyvəndi tətbiq edilmədiyi halda, digər ölkələr bütün əhalisini dəfələrlə aşılayacaq qədər peyvənd alıb. Mənəvi və iqtisadi baxımdan peyvənd “millətçiliyi” hər bir dövlətin ən yaxşı mənafeyinə qarşı işləyən, yalnız böhranı uzadan, uğursuzluğa məhkum olan bir strategiyadır”. Bu fonda xatırladaq ki, Azərbaycan dünyada koronavirusla bağlı vaksinasiya ədalətsizliyinə qarşı mübarizə aparan əsas ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX-a  töhfə verən ölkələr sırasında yer alır. Ölkədə əhalinin peyvəndləmə prosesi də hazırlanan plan üzrə gedir. Bu məqsədlə əsas etibarı ilə Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndindən istifadə olunur.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ