Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya nüvə silahından istifadə ehtimalının artdığını bəyan edir...

Image


Qərb ölkələrinin bir qrupu Almaniyanın Ramştayn hərbi bazasında NATO müttəfiqlərinin Ukraynaya həsr olunan görüşündə Kiyevə misli görünməmiş hərbi yardım vədi ilə çıxış edib. Baltik ölkələri, Britaniya, Polşa, Danimarka, Çexiya, Niderland və Slovakiyanın nümayəndələri öz cəbbəxanalarından Ukraynaya ağır tanklar, piyadaların döyüş maşınları (PDM), ağır artilleriya qurğuları verməyə hazır olduqlarına dair müraciət imzalayıblar.

Britaniya Ukraynaya “Challenger 2” ağır tankları, özüyeriyən AS90 artilleriya qurğuları, dronlar, PDM-lər, artilleriya mərmiləri, GMLRS və “Brimstone” raketləri, “Starstreak” hava hücumundan müdafiə sistemləri, hərbi texnikanın təmiri üçün səyyar emalatxanalar verməyə hazır olduğunu bildirib. Polşa Ukraynaya C-60 zenit silahları, KRAB haubitsaları və sursat verəcəyini deyib. Litva Ukraynaya L-70 zenit qurğuları, iki Mi-8 helikopteri, habelə Ukrayna hərbiyyəsinin ehtiyacları üçün 40 milyon avro verilməsini planlaşdırır. Latviya isə bildirir ki, Ukraynaya səyyar “Stinger” raket kompleksləri, iki ədəd Mi-17 helikopteri, dronlar, pulemyortlar və M109 topları üçün ehtiyat hissələri verəcək. Estoniyanın yardım paketinə FH-70 haubitsaları, 155 mm çaplı artilleriya sursatı, avtomobillər və tank əleyhinə “Carl-Gustav M2” kompleksləri daxildir. Çexiya və Slovakiya bildirirlər ki, Ukraynaya ağır tankların verilməsi üçün müttəfiqlərlə danışıqları davam etdirəcəklər. Fransa Ukrayna üçün 19 ədəd “Caesar” haubitsaları hazırlayıb. Bu arada İsveç bildirib ki, Ukraynaya CV90 PDM-ləri, “Archer” artilleriya sistemləri və tank əleyhinə NLAW kompleksləri verməyə hazırdır. Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Ukrayna üçün böyük hərbi yardım paketi hazırlayıb və bu hərbi yardımın dəyəri təxminən 2.6 milyard dollardır. Bu paketə ilk dəfə olaraq 100 ədəd “Stryker” döyüş maşınları və 50-dən az olmayaraq “Bradley” PDM-ləri daxil olacaq. Almaniya bildirib ki, Ukraynaya “Marder” PDM-ləri və “Patriot” zenit-raket qurğuları verəcək. Niderland Ukraynaya Almaniya istehsalı “Leopard 2” tanklarının veriləcəyi təqdirdə bu prosesi maliyyələşdirməyə hazırdır. Niderlandın müdafiə naziri Kaysa Ollonqren xatırladıb ki, bundan əvvəl Çexiyadan Ukraynaya verilmiş T-72 tanklarının da pulunu onun ölkəsi ödəyib. Ollonqren əlavə edib ki, Polşa və Finlandiya da öz cəbbəxanalarında olan “Leopard 2” tanklarını Ukraynaya verməyə hazırdırlar. Amma “Leopard” tanklarının Ukraynaya verilməsi üçün onun istehsalçısı olan Almaniyanın razılığı lazımdır. Almaniya kansleri Olaf Şolts deyib ki, Berlin belə bir addımı ABŞ Ukraynaya özünün “Abrams” tanklarını verərsə ata bilər. ABŞ isə bu məsələdə qəti bir söz deməyib. ABŞ hərbiyyəsi bundan əvvəl bildirmişdi ki, “Abrams” çox məsrəfli, mürəkkəb və ağır tanklardır və bunların verilməsi üçün Ukraynadan böyük bir hərbi heyətin təlimləndirilməsinə ehtiyac var. ABŞ-da bir qrup konqresmen Ukraynaya ağır tankların verilməsi üçün Ağ Evə məktub yazıb. Bütün bunlar fonunda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya hərbi yardım edən Qərb ölkələrini hədələyib. O qeyd edib ki, Kiyevə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq: “Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq”.

Vaşinqton və Brüsselin öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürüklədiyini vurğulayan Volodin bildirir ki, bu ölkələr bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Buna oxşar fikirləri əvvəllər Rusiyanın digər rəsmiləri də səsləndiriblər. Həmin çıxışlarda qeyd olunub ki, Ukrayna ordusunun mümkün hücumları Rusiyanın ərazi bütövlüyünü və mövcudluğunu təhlükə altına sala bilər. Ərazi bütövlüyünə təhlükədən danışan Rusiya rəsmiləri, Kremlin mövqeyinə uyğun olaraq, Ukraynanın dörd vilayətinin və Krımın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi hesab edirlər. Rusiyanın nüvə doktrinasında belə bir təhlükə nüvə silahından istifadənin səbəblərindən biridir. Rusiya liderləri əvvəllər mümkün təhlükələrdən danışsalar da, ilk dəfədir ki, kütləvi qırğın silahlarının mümkün istifadəsini bu qədər açıq şəkildə Ukraynaya silah tədarükü ilə əlaqələndirirlər. ABŞ və müttəfiqləri Ukraynaya qarşı nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya dəfələrlə xəbərdarlıq ediblər. Təhlilçilərin fikrincə, Rusiya nümayəndələrinin son bəyanatlarından belə nəticə çıxır ki, Moskva bundan təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinin özlərinə qarşı istifadə imkanlarını nəzərdən keçirir. Rusiyanın bu hədələrinə baxmayaraq, Polşanın baş naziri Mateuş Moravetski  bəyan edib ki, Almaniya hökuməti “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinə qərar verməsə, Varşava öz arsenallarından Kiyevi müasir texnika və müasir tanklarla təmin edəcək ölkələrdən kiçik koalisiya yaradacaq. Polşanın PAP xəbər agentliyinə müsahibəsində baş nazir Almaniyanın tank tədarükü məsələsində mövqeyini tənqid edib: “Almaniyanın mövqeyi qəbuledilməzdir. Müharibənin başlanmasından, demək olar ki, bir il keçir. Günahsız insanlar hər gün ölür”. Bundan əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Almaniya hakimiyyətini Ukraynanı dərhal “Leopard” tankları ilə təmin etməyə çağırıb: “Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bir daha bildirib ki, Berlin "Leopard"larla bağlı hələ qərar qəbul etməyib. Avropa İttifaqının xarici işlər naziri Josep Borrell, əsasən Almaniyanın mövqeyinə görə Ukraynaya tankların tədarükü ilə bağlı siyasi qərarın hələ verilmədiyini təsdiqləyib. Borrell şəxsən tank tədarükünün tərəfdarı olduğunu bildirib. Daha əvvəl Ukraynaya az sayda öz tanklarının təhvil verildiyini açıqlayan Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, Ukrayna Silahlı Qüvvələri “Leopard”ları əldə edərsə London buna şad olacaq. Amma yuxarıda qeyd olunduğu kimi Qərb dövlətlərinin Ukraynaya silah tədarükünün artması ilə əlaqədar son günlər Rusiyanın yüksək rütbəli nümayəndələri kütləvi qırğın silahlarından istifadə ilə bağlı təhdidlər edirlər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ