Cümə günü, 13 noyabr 2026
     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Image


Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edirlər. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.

Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. deyilənlərə əyani sübutdur. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsil də önəmli yer tutur. Digər tərəfdən, bunlar bir-birilə mütləq uzlaşmalıdır.

Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada, ilk növbədə, hər bir valideyn məsuliyyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq, ilk növbədə, ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. Daha sonra təhsil aldığı müəssisə və idmanla məşğul olduğu cəmiyyət və ya klub gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Valideynlərlə olduğu kimi, müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar.

Son illər sadalananlarla bağlı bir çox irəliləyiş müşahidə olunur. Təhsil sistemində aparılan islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir.

Uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoymasından başlayır. Bununla hər bir uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daxil edir. Bu zaman cəmiyyətlə uşağın - şəxsiyyətin xarakteri arasında toqquşma baş verir. Məktəb bunu necə tarazlamalı, şagirdlə cəmiyyətin mənəviyyatı arasında necə körpü yaratmalıdır? Əlbəttə, bu, ağır və uzun vaxt tələb edən, özü də şagirdin cəmiyyətə tədricən uyğunlaşması əsas götürülən bir prosesdir. Bu prosesdə təhsil ocaqlarının rolu danılmazdır. Məktəbin pedaqoji kollektivi hər bir şagirdin ailədə formalaşan xarakterini öyrənməli, cəmiyyət üçün qəbul olunmayan xüsusiyyətləri islah etməli, ona gələcəkdə vətəndaş kimi yetişməkdə lazım olanları aşılamalıdır. Bu baxımdan məktəblərin, orada tədris işi ilə məşğul olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Ailənin təməlinin möhkəm qoyulmasında, iki insan - qadın və kişi arasında bağlanan nikahın uzunömürlü olmasında, sözsüz ki, ailədə doğulan körpənin əvəzsiz rolu var. Körpə gülüşü ata-anaya sevinc bəxş edir, onları birgə yaşamağa ruhlandırır, ailəyə xoşbəxtlik gətirir. Valideyn ağır iş günündən sonra nə qədər yorğun olursa-olsun, körpəsinin baxışlarına təbəssümlə cavab verir, onun qayğıları ilə maraqlanır. Bu, valideynin mənəvi rahatlığına səbəb olur. «Kiçik dövlət» sayılan ailənin sağlam, fiziki cəhətdən gümrah, mənəvi cəhətdən kamil olması günümüzün vacib məsələlərindəndir. Bu vacib məsələnin həlli üçün, ilk növbədə, ailə, bağça, məktəb, ali təhsil ocaqları, ümumilikdə, bütün cəmiyyət var-qüvvəsini səfərbər edir. Uşaqları kiçik yaşlarından düzgün tərbiyə etmək, onların əqli və fiziki imkanlarını yüksək səviyyədə inkişaf etdirmək, gələcəkdə vətənə, xalqa layiq övlad kimi yetişdirmək ən vacib amildir. Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi, onların inkişafına göstərilən diqqət, gənc nəslin üzləşdiyi problemlərin həlli istiqamətində atılan məqsədyönlü addımlar, görülən tədbirlər dövlətimizin əsas prioritet vəzifələrindəndir. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, intellektual və mədəni səviyyəsinin yüksəldilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə, vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın rolu əvəzsizdir. Dünya təcrübəsi əsrlər boyu sübut edib ki, fərdin mənəvi və fiziki sağlamlığı son nəticədə xalqın ümumi sağlamlığı, millətin bu günü və gələcəyidir. Uşaq və gənclərin tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, bu sahədə kütləviliyi təmin etmək üçün Azərbaycanda məqsədyönlü və hərtərəfli işlər görülür. Təbii ki, idmanın inkişafı həm də sağlam həyat tərzinin təbliğinə xidmət edir.

Məlum məsələdir ki, sağlam millət sağlam gələcək deməkdir. Azərbaycan dövləti sağlam gələcəyin təminatçısıdır. Bu baxımdan deyə bilərik ki, paytaxt və bölgələrdə tikilib istifadəyə verilən olimpiya idman kompleksləri, idman zalları, stadionlar Azərbaycan xalqının sağlamlığına xidmət edir. Bu cür idman qurğuları həm də Azərbaycanın idman ölkəsi kimi uğurlarında əhəmiyyətli rol oynayır. Dövlət qayğısı ilə əhatə olunan idmançılarımızın dünya arenalarında əldə etdikləri uğurların sayı ildən-ilə artır. Ölkəmizin beynəlxalq yarışların mərkəzinə çevrilməsi də təsadüfi deyil. Beynəlxalq idman qurumları mötəbər yarışları Azərbaycana həvalə edirlər. Çünki bu qurumlar yaxşı bilirlər ki, ölkəmiz belə tədbirlərin təşkilində kifayət qədər təcrübəyə malikdir. Dörd ildən bir keçirilən və möhtəşəmliyi, səviyyəsinə görə digər yarışlardan fərqlənən olimpiya oyunlarında idmançılarımızın əldə etdiyi nəticələr, qazandıqları uğurlar ürəkaçan və sevindiricidir. Bütün bunlar sağlam gəncliyin formalaşmasına öz müsbət təsirini göstərir. Hazırda Bakıda 5, regionlarda isə 40 olimpiya idman kompleksi fəaliyyət göstərir. İdman infrastrukturunun gücləndirilməsi ölkəmizdə aparılan uğurlu idman siyasətinin bir hissəsi olmaqla yanaşı, gənclərin fiziki hazırlığının yüksək səviyyədə olmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət göstərir.

Azərbaycanda idman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlər iri idman obyektləri ilə məhdudlaşmır. Son 10 ildə təkcə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, mini futbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaları tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

İdman sağlamlığın rəhnidir. Eyni zamanda, idman ölkənin təbliği, yeni dostlar və iqtisadiyyat mexanizmidir. Bütün bunları nəzərə alsaq, ölkəmizdə idman infrastrukturunun gücləndirilməsi respublikamızda idmanın kütləviliyinin təmin edilməsində, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi keçirməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır.

Bununla belə, mütəxəssislər uşağın mənəvi inkişaf prosesinin böyük əhəmiyyət daşıdığını bildirirlər. Çünki onun gələcəkdə necə insan (xeyirxah, səmimi, başqasının fikirlərinə hörmət edən) olması, cəmiyyətə xeyirli bir fərd kimi yetişməsi, kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır. Həyat təcrübəsi göstərir ki, insana elmi, ensiklopedik biliklərdən başqa, həyatda çətinliklərə dözmək, qarşıya çıxan maneələrdən keçə bilmək üçün təcrübə, dözüm, iradə kimi yüksək keyfiyyətlər də lazımdır.

Ölkəmizdə gənclərin sosial problemlərinin həlli də diqqət mərkəzində olub. Burada həmişə gənclərə dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun hər zaman diqqət mərkəzində saxladığı kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil olunur, xəstə və imkansız vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilir. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Ölkədə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Respublikada intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə gənclər arasında müxtəlif intellektual oyun növləri təbliğ edilir, ənənəvi oyun növləri üzrə respublika və beynəlxalq səviyyəli çempionatlar, yarışlar, turnirlər təşkil edilir, respublikanın regionlarında intellektual klublar yaradılır.

Ən nəhayət, onu da qeyd edək ki, ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq olunub. İlk dəfə olaraq, strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etmək və yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Əminliklə demək olar ki, ölkəmiz hazırda bu strategiyanı uğurla davam etdirir.

Vidadi XUDAŞOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ