Cümə günü, 13 noyabr 2026
     

Dünyadan çox gözəl bir insan getdi

Image


Bu dünyaya gələnin bir gün bu dünyadan gedəcəyi yaranışdan üzü bəri insanlığa məlumdur. Lakin bu zaman kəsiyində heç bir Allah bəndəsi bu həqiqətlə barışa bilmir. Daha doğrusu, hər birimiz üçün barışmaq çətindir. Hər bir insanın itkisi ürəkləri göynədir, doğmalarına və yaxınlarına acı-ağrı, nisgil gətirir. O da ola bu həyatın çətin yollarından, sınaqlarından üzüağ çıxan, bütün nəcib insani keyfiyyətləri özündə cəm edən, qəlbində mərhəmət, ləyaqət, sonsuz sevgi gəzdirən, evinə, ocağına bağlı olaraq şərəfli ömür yaşayan və hər kəsin ürəyində özünə taxt-tac qura bilən ana itkisi. Analar ölmür, onlar cismən ayrılırlar bu dünyadan və sevdiklərindən. Ürəklərdə əbədi yaşamaq haqqı qazanaraq, xatirələrimizdə var olaraq nəfəs aldıqca bizimlədirlər.

Telli xanım! Cəfakeş ana, sevimli bacı, fədakar ömür-gün yoldaşı, xala, bibi, nənə, candan yanmağı bacaran qaynana, dost, qohum, həmkar... Bu insanın evində-ocağında olub, onunla tək bircə dəfə ünsiyyətdə olanlar bura daha çox insanlığa xas olan gözəl keyfiyyətləri əlavə edərdilər. Mən isə otuz ilə yaxındır ki, tanıdığım, sadəliyinə, səmimiliyinə və təmkinliyinə vurulduğum Telli xanımın – bacımın, sirdaşımın, hər zaman xeyrimdə-şərimdə yanımda olanın aramızdan getdiyini qəbul edə bilmədiyimdən düşüncələrimi olduğu kimi qələmimə tam söyləyə bilmir və ürək ağrısıyla, onun yoxluğuna inanmadan bu cümlələri vərəqə köçürürəm.

O, kitab aşiqi idi, kitabxana işçisi idi, kitab sevən idi. Onu çox sevən şagirdləri də, həmkarları da bu sevgidən bəhrələndilər. Telli xanım yeddi övlad anası idi. Bütün analar kimi sonsuz sevgiylə bərabər, təhsil də verdi övladlarına. Bu gün onun yoxluğuyla barışa bilməyən övladları öz çalışdıqları sahələrdə də başıuca, ləyaqətlə fəaliyyət göstərirlər və valideynlərinin verdiyi öyüd-nəsihəti ətraflarında olan hər kəsə sərgiləyərək analarına rəhmət oxudurlar. Məni bu ailənin yaxını edən, doğma üzvünə çevirən Esmirama (keçmiş tələbəmizə) - Esmira Çərkəzqızına minnətdarlıq borcum ondan ibarətdir ki, bu ailədən, bu ocağın istisindən çox şeylər görüb-götürüb, əxz edə bildim özümə. Telli xanımla ömür-gün yoldaşı Çərkəz qardaşım mənim üçün həyatda örnək bildiyim cütlüklərdən - ailələrdən oldular. Onların bir-birinə səmimi münasibətləri, övladlarına olan sonsuz diqqətləri və ən əsası zəhmətsevərlikləri həqiqətən nümunəyə çevrildi mənim gözlərimdə. İlahi, bu insanlarda nə qədər sadəlik, təvazökarlıq və insansevərlik ola bilər? Nə qədər qohum-əqrəbaya qucaq açmaq bacarığı olar? Bu yazını böyük məmnunluqla, lakin o qədər də böyük təəssüf hissi və ürək sızıltısıyla yazdığımı tək özüm və kədəri bir ömür içində gəzdirən ürəyim bilir. Keçmiş zamanda yazdığıma görə özüm-özümü tənbeh edirəm və peşmançılığım boğazımda qəhərə dönür.

Telli xanımla son görüşümüz Novruz bayramında oldu və yaxşı ki, oldu bu görüş. Qardaşım Füzulinin faciəli itkisi, acı-ağrısı məni uzun müddət bu kədərdən sıyrılmağa, sevdiyim ailələrlə görüşməyə belə sədd qoydu. Lakin illər sonra həssas ürəyim məni o gün Telli xanımla və Çərkəz qardaşımla görüşməyə götürdü. Bu saf və müqəddəs ocağa getməyə canla, ürəklə qərar verdim. Səliqə-səhmanlı bu evə, bu istiliyə, ən doğma insanları görməyə, onlarla ünsiyyətdə olmağa çox ürəklə və istəyərək getdim o gün, çünki çox darıxmışdım. Bu evin baş uca edən övladları – Xatirə xanım, Səmayəm və Xalidəm bayram şirniyyatı hazırlayırdılar. Məni bütün evdəkilər o gün o qədər sevgiylə və mehribanlıqla qarşıladılar ki, çoxdan bu evə gəlmədiyimi belə unutdum. Yəni unutdurdular. Söhbət elədik. Esmiramızdan başladı söhbətimiz. Onun cəmiyyətimizdə tanınmağı, sevilməsi, Azərbaycan Televiziyasındakı misilsiz fəaliyyəti barədə heç bir şey demək fikrim yoxdur. El gözü tərəzidir çünki. Bir də atalar demiş, görünən dağ bələdçi istəməz. O, nəinki Azərbaycan Televiziyasının səmimi və gülərüzlü diktoru, həm də evlərinin nəşəsi olan bir övladdır. Ata-anasına əsl övlad olan və qürur yaşadan, yetərincə cəfalarına qatlaşan bu qızımızdan, bu gün ailəsi və övladları ilə xaricdə yaşamağından, lakin ürəyi ilə yenə ata-ana yanında olmağından çox danışdıq o gün Telli xanımla. Nə gözəl ki, övlad olaraq ata-anaya bu sevinci yaşada biləsən. Esmira, ananın südü, atanın haqqı min halalın olsun. Hər övlad bu haqqı qazana bilmir nə yazıq ki.

Bu ailənin səadəti və xoşbəxtliyi ondadır ki, buradakı övladların hər biri valideynlərinə əbədi ehtiram, sonsuz sevgi bəsləməklə Tanrının sevmlisidirlər. Qəlbimin dərinliyində öz ata-anama, sevdiklərimə əbədi ehtiram və sonsuz məhəbbət hisslərini yaşadan biri kimi bu övladların nə qədər ata-ana canlı olduqlarını görmüşəm hər zaman. Və bir daha bunları Telli xanımın dilindən duyanda fəxarət yaşayaraq ayrıldım o gün onlardan. Bu evin, bu ocağın qeyrətli qızlarının da, tək oğullarının da valideynlərinə olan hörməti, izzəti bir yazıya sığmaz. Bunu demək, hər yerdə bu ailəni nümunə göstərmək isə bizlərin - bu ailəni yaxından tanıyıb, doğma bilənlərin mənəvi borcudur, məncə. Qırx gündür Telli xanım cismən bizdən ayrılıb, haqq dünyasına qovuşub. Ömür-gün yoldaşı isə bu yoxluqla barışa bilmir, övladları göz yaşlarında boğulur, nəvələri darıxır. Bizlərə, bu ailəni sevənlərə düşən isə hər zaman onların yanında olmaq, təsəlli verə bilməkdən ibarətdir.

Telli xanıma Allahdan rəhmət diləyirəm. Məkanı cənnət, ruhu şad olsun. Həqiqətən cənnət anaların ayaqları altındadır...

Analar ölmür, onlar sadəcə əbədi yuxuya gedirlər. Heç zaman əzizlərini, gözü yolda qalan balalarını tərk etmirlər... Analar onların ürəyinə köçüb yaşayır... Evin hər bucağından uşaqların gözünün içinə baxır ana... Analar yaşayır... 

Sona ÇƏRKƏZ
Bakı Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Yazıçılar Birliyininin üzvü, “Qızıl qələm” media mükafatçısı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ