şənbə günü, 14 noyabr 2026
     

Dilimizin izahlı terminlər lüğətinə qarşı plagiat ittihamları – İki tanınmış professorun maraqlı polemikası…

Image


Əqli mülkiyyətin toxunulmazlığı həm elm, həm də qələm adamları tərəfindən ciddi qorunmalıdır. İstənilən elmi mənbədən istifadə edilərkən istinadlar edilməlidir, edilmirsə, bu artıq oğurluq, elmi dillə desək plagiatdır. Bu gün bütün dünyada plagiatlıqla bağlı ciddi mübarizə getsə də, yenə də tam olaraq bu halın qarşısını almaq olmur. Bu gün müxtəlif elmi, bədii əsərlərin plagiat olduğu ortaya çıxır. Doğrudur, plagiatlığı təsdiq etmək xeyli zaman tələb edir, lakin israrlı şəxslər bu halı ortaya çıxara bilirlər.

Sirr deyil ki, son 15-20 ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarında elmi işlərin, dissertasiyaların, hətta hazırlanan bəzi elmi kitabların plagiat olduğu meydana çıxıb. Hətta bir neçə il əvvəl AMEA-da plagiatlığa və yalançı elmi təzahürlərə qarşı mübarizə ilə bağlı bir təsisat da yaradılıb. Buna baxmayaraq, yenə də AMEA-nın müvafiq institutlarında plagiatlıqla bağlı halların mövcud olduğu iddia olunur. Vaxtaşırı olaraq müxtəlif mətbu orqanlarda bununla əlaqədar yazılar, alimlərin fikir və rəyləri yer alır. Bu yazılarda elə konkret faktlar əks olunur ki, bu da geniş araşdırma tələb edir. Əlbəttə, bəzən elə yüksək elmi titulu olan şəxslərin, alimlərin adları plagiatlıqda hallandırılır ki, adam onların belə bir addım atdığına inanmaq istəmir.

Son dövrlər plagiatlıq məsələsində AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun da adı hallandırılır. Ölkənin baş dilçilik təsisatı, elmi mərkəzi olan Dilçilik İnstitutunda bu kimi halın baş verməsi diqqəti çəkir.  

Son günlər müxtəlif mətbuat orqanlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ilə bağlı iddialar yer alır. Mətbuatda gedən yazılara görə, sözügedən institutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” F.Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopediyası”ndan köçürülüb. Mətbuatda “İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxarmaq üçün hər üç kitabın əldə edildiyi qeyd edilir.

Doğrudanmı Dilçilk İnstitutunun nəşr etdiyi “İzahlı dilçilik terminləri lüğəti” plagiatdır?

  • Fəxrəddin Veysəlli: “Alimlərin plagiatlıqla məşğul olması çox pis hərəkətdir və bu qəbuledilməzdir”

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Fəxrəddin Veysəlli “Bakı-Xəbər"ə açıqlamasında mətbuatda yer alan faktları təsdiqləyərək bundan təəssüfləndiyini bildirdi. “İzahlı dilçilik terminləri ilə bağlı bizim kitablarımızın birinci və ikinci cildləri hələ 2006-2008-ci illərdə çapdan çıxıb. Həmin kitablar internetdə də yerləşdirilib. Alimlərin plagiatlıqla məşğul olması çox pis hərəkətdir və bu qəbuledilməzdir. Plagiat çox yaramaz hərəkətdir. Xüsusilə də özünə hörmət edən alim gərək belə hərəkət etməsin. Çünki bu bir alimin etikasına uyğun gəlmir. Eyni zamanda, qanun tərəfindən müəllif hüquqları qorunur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir. Bu biabırçılıqdır. Onlar elə-belə alim, küçədən gələn adam deyillər. Əslində, bu çox yaramaz, alçaq və həddindən artıq pis əməldir. Mənəvi haqqın, əqli mülkiyyətin oğurlanması heç cür qəbul edilən deyil. Bütün ölkə miqyasında buna lənət oxunmalıdır ”- deyə F.Veysəlli bildirdi.

Onun kitabından plagiatlıq edilməsi ilə bağlı alimin Dilçilik İnstitutuna müraciət edib-etməməsinə gəlincə, F.Veysəlli bildirdi ki, müraciətin heç bir faydası yoxdur. “Müraciət edib nə edəcəkdim? Mən müəllifəm. Ya gərək onları götürüb məhkəməyə verəydim, hər şeyi məhkəmə həll edəydi, ya da başqa hərəkətə yol verəydim, lakin mən bunları etmədim. Belə bir məsəl var: “Tülkü tülkülüyünü sübut edənə kimi çəkib dərisini boğazından çıxarırlar. Mən sözümü dedim. Yenə də deyirəm ki, mənəvi mülkün oğurlanması yaramaz hərəkətdir, bu cinayətdir. Belə iş olmaz. Burada söhbət təkcə həmkarlıqdan getmir, alim etikası da var axı. Ayıbdır. Adam gərək bir cümləni belə götürəndə istinad etsin ki, bunun mənbəyi haradır. Amma bu adamlar başdan-başa əsəri götürüb istifadə ediblər. Bu gün bəzi nəşrlərdə bu məsələ ilə bağlı silsilə yazılar gedir. Bu yazılarda Dilçilik Ensiklopediyasını hazırlayan alimlərin hamısının fikirləri var” - deyə F.Veysəlli bildirdi.      

  • Sayalı Sadıqova: “Plagiatlıq elmi əsərlərdə, monoqrafiyalarda olur, tərtib olunan əsərlərdə plagiatlıq olmur, çünki...”

Professor Sayalı Sadıqova “Bakı-Xəbər”ə açıqlamasında səsləndirilən ittihamlara cavab verdi: “Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin Veysəlli Dilçilik Ensiklopediyası yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qrammatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə isə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Bizim yazdığımız kitab Azərbaycan dilinin qramatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman bizim qarşımızda Azərbaycan dilinin qrammatikası olub. Azərbaycanda hər 5 ildən bir terminoloji lüğət yenilənir. Bizim əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu qətiyyən ola bilməz”.

O, həmçinin, qeyd etdi ki, tərtib olunan əsərlərdə, nəşrlərdə plagiatlıq axtarmaq savadsızlıqdır. “Bilirsiniz, “İzahlı dilçilik terminləri lüğəti” tərtib olunan əsərdir. Tərtib olunan əsər o deməkdir ki, orada müxtəlif elmi əsərlərdən, lüğətlərdən, dərsliklərdən terminlər toplanır. Çünki terminlər vahid, dəqiq, aydın olmalıdır. Ona görə də tərtib olunan əsərdə plagiatlıq axtarmaq düzgün deyil. Plagiatlıq elmi əsərlərdə, monoqrafiyalarda axtarılır. İzahlı lüğətlər hazırlananda elmi əsərlərdən, dərsliklərdən, lüğətlərdən bütün terminlər toplanır və izahlı lüğət hazırlanır. Lüğətdə indiyə qədər plagiatlıq məsələsi yoxdur. Müəllif Hüquqları Agentliyi də bildirib ki, əgər nəşr hazırlanarkən hansı əsərlərdən istifadə edilməsi lüğət kitabındakı ədəbiyyat siyashısında öz əksini tapıbsa, orada plagiatlıq yoxdur. Kitabda isə hansı terminin haradan götürüldüyü əks olunub. Termin anlayışı dəqiq ifadə edən sözlərdir. Termin termin səviyyəsinə yüksələnə qədər illər tələb olunur. Bu gün dilçilikdə istifadə olunan terminlərin çoxu yunan və latın mənşəli terminlərdir. Məsələn, onamastika ilə bağlı  terminlər Afat Qurbanovun və eləcə də bu sahə ilə məşğul olan alimlərin əsərlərindən toplanıb. Biz durub onunla bağlı tərif verə bilmərik. Lüğətdə müəllif olmur, lüğəti tərtib edənlər olur. Fəxrəddin Veysəllinin lüğəti beşdilli, bizim lüğətimiz isə birdilli lüğətdir. Biz stolüstü kitab hazırlamışıq. Lüğətdə elmilik yoxdur, ayrı-ayrı alimlərin gəldiyi nəticələr, fikrləri o terminlərdə öz əksini tapır. İlk növbədə termin heç bir alim tərəfindən yaradılmır, yaradılmış terminlər lüğətlərdə toplanır və izahı verilir. Tərifi olan terminlər alimlər tərəfindən müəyyənləşdirilir”. 

S.Sadıqova, həmçinin, qeyd etdi ki, F.Veysəllinin bu istiqamətdə ajiotaj yaratmasının əsası yoxdur. O hesab edir ki, V.Veysəlli şəxsi maraqları naminə Dilçilik İnstitutuna qarşı kampaniya təşkil edir. “O, bizim instituta qarşı şəxsi müstəvidə kampaniya aparır və bütün iddialarının da əsasında onun şəxsi maraqları dayanır. Bəzən iddia edirlər ki, guya bizim bu kitab qrant layihəsi hesabına hazırlanıb. Halbuki, AMEA-da müəyyən işlərin görülməsi üçün 10 ildir qrant ayrılmır. Yenə də deyirəm, plagiatlıq elmi əsərlərdə, monoqrafiyalarda olur, tərtib olunan əsərlərdə olmur. Çünki tərtib olunma o deməkdir ki, müxtəlif elmi kitablardan, dərsliklərdən, monoqrafiyalardan, lüğətlərdən hazır terminlər toplanır verilir. Əgər müxtəlif elmi kitablardan, lüğətlərdən, monoqrafiyalardan terminlər toplanırsa və onun dəqiqliyi verilirsə, o, lüğətin indiki prinsiplərini özündə əks etdirir” -deyə S.Sadıqova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ