Cümə axşamı günü, 12 noyabr 2026
     

Elin qəhrəman oğlu…

Image


El dərdini dərdi bilən el oğlu,
El yolunda getdin dönülməz yolu...

Yaxşı insanların ardınca deyilən "Evdən deyil, eldən getdi" sözlərini tez-tez eşidirik. Bu sözü çox insanlar şəhid Vəlizadə İbrahimə də şamil edir. İbrahim sonuncu mənzilə yola salınanda ümidi olduğu çox insanlar onu bala, qardaş, dost kimi yola saldı. Bir evin kandarından çıxıb neçə-neçə evə ümid işığı saçan oğul gedişi ilə də çox ürəkləri sızlatdı. Dərdlilərin, ehtiyac sahiblərinin yol yoldaşı olan İbrahim ən böyük yaxşılığı isə Vətənə etdi. Vətəni düşmənin murder pəncəsindən xilas edən bu qəhrəman etdiyi bütün yaxşılıqların qarşılığında cənnətlə mükafatlandırıldı.

Vəlizadə İbrahim 1997-ci il aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndində anadan olmuşdu. 2003-cü ildə Yaqub Seyidov adına Yarımca kənd tam orta məktəbində təhsil almağa başlamışdı. 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi liseyə daxil olmuş, oranı bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdu. 2018-ci ildə AAHM - dən məzun olduqdan sonra təyinatla Tərtər rayonunda N saylı hərbi hissədə xüsusi təyinatlılar qrupunda xidmətə başlamışdı. Ancaq İbrahim XTQ - in əsgəri olduğunu ailəsindən gizləmişdi. İbrahimin vətən sevgisi bambaşqa idi. "Azərbaycan himni anamın bitməyən şirin laylasıdır" deyib. Hər dəfə himnimizi duyanda qüruru boy-boy olub. Hətta öz toyunda vağzalı deyil himnimizin sədaları altında sevdiyi ilə əhd-peyman bağlayıb. 2018- ci ildə Billur xanımla ailə həyatı qurduğu zaman kiçik dövlətində böyük sevgisi ilə böyüyəcək körpələrinin də özü kimi dövlətinə, millətinə bağlı olmağını arzu edib. Hətta ilk və son övladına şəhid Fərid Əhmədovun adını əmanət edən zaman bir gün Fəridin böyüyüb adını daşıdığı qəhrəmanın qisasını alacağını da dilə gətirib. 1 yaşlı körpəsini cəmi 10 gün görən İbrahim bala qoxusundan doymayıb. Elə ilk snayper atəşi ilə vurulduğu an da bunu dilə gətirib:

- Mənimki bura qədər imiş. Mən Fəridimdən doymadım. Kaş ki, bu an balamı görə bilərdim. Kaş ki, Fəridimin qoxusunu ciyərlərimə çəkib şəhid olardım. (Bunları yazmaq mənim üçün çox ağırdı...)

İbrahim Vətən müharibəsində qət etdiyi şərəfli döyüş yolu ilə yaddaşlarda qalıb. Müharibənin ilk günü mübarizəyə qoşulan İbrahimin çətin döyüş vəziyyətindən səhhətində ciddi problemlər yaranıb. Oktyabrın 1-də mədə qanaxması ilə hospitala çatdırılan İbrahimin vəziyyəti ağır olsa da həkimlərin israrına baxmayaraq hospitalda qalmaqdan imtina edib. "Gizirim şəhid oldu, döyüş yoldaşlarım döyüşdədir mən burda yata bilmərəm" deyib və gedib. Daha sonra döyüşlər zamanı ayağından yaralansa da yenə də hospitala getməkdən imtina edib. "Torpaqlar alınmayana qədər mənə dincəlmək, yatmaq haramdır" deyən əzmkar qəhrəman Murovdağ uğrunda mübarizə aparan və Murovdağa bayraq sancan qəhrəmanlardan olub. O gün Murova ümid doğdu. "Bayrağım nə gözəl yaraşır başı qarlı Murova" deyib şəhid İbrahim. Zəfər sevinci ruhunu oxşayan İbrahim daha sonra Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanı da düşmənin azğın pəncələrindən azad etdikdən sonra oktyabrın 6-da düşmənin açdığı snayper atəşi ilə şəhadətə ucalıb. 

Günlərlə İbrahimdən xəbər ala bilməyən ailəsinə onun şəhid olduğu xəbəri verilib. Naxçıvana gələn şəhidlər sırasında İbrahimin olmaması ailəni onun sağ olduğuna ümidləndirib. Bir günün min ilə bərabər olduğu zamanlarda ailə dəfələrlə İbrahimin gah şəhid olduğu gah da itkin olduğu xəbərini alıb. İbrahimin şəhid olduğunu yoldaşı Billur xanıma noyabrın 29-da yuxuda başqa bir tanıdığı şəhid bəyan edib. Günlərdi İbrahimin şəhid olduğu xəbərini hər kəs bilsə də nə Billur xanıma nə də Kifayət anaya bu barədə heç kim nəsə deməyə cürət etməyib. Sübh namazı zamanı İbrahimin şəhid olduğu və gətirildiyini eşidən anasının və yoldaşının ümidlərinə nida qoyulub. İbrahim sevdiyinin ad gününə öz şəhidliyini "hədiyyə" edib. (O anı izah etməkdə sözlər aciz qalır.) 

Son nəfəsində oğlunun həsrətini dilə gətirən İbrahimi oğlu Fərid qarşılayıb. Qəhrəman atanın qəhrəman oğlu atası kimi hərbi formada dünyadan xəbərsiz bayraqlı tabuta toxunub. Şəhid xanımı da şəhid yoldaşına layiq şəkildə onu qarşılayıb. Billurun məğrur duruşu əsil Azərbaycan xanımının əsalətini gözlər önünə gətirib. 

Vəlizadə İbrahim Malik oğlu 30 noyabrda Yarımca kənd qəbirsanlığında son mənzilə yola salınıb. Bu gediş nələri özü ilə aparmadı? Atalı arzular, sevgi dolu günlər, övlad adlı ümidlər, qardaş adlı dayaq bir məzara sığışdı. 

Leytenant Vəlizadə İbrahim Malik oğlu Prezident İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə "medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. 

ŞƏHİD İBRAHİM 

İllərin sınağından çıxan bu yenilməz xalq, 

Dünənlərdən bu günə gələn müqəddəs bayraq, 

Şəhid qanları ilə yoğrulan ulu torpaq, 

Səni bağrına basıb əziz balası kimi 

Sonuncu nəfəsində sıxdın vətən əlini. 

 

Yenilməz qəhrəmanım, düşmənə gəldin sinə,

İllər sonra çıxardın bu xalqı azad günə, 

Qətrə-qətrə damladı qanın torpaq köksünə, 

Məlhəm oldun qanınla min ilin yarasına

İbrahim, qədəm qoydun şəhidlər dünyasına.

 

Səndən qaldı bir miras azadlığın açarı,

Vətənə əmanətdir şəhidim, yadigarın.

Fərid daha yaşamaz o atalı çağları,

O körpənin atası dönüb vətən daşına 

Məzar daşın qərq olur gözdən axan yaşına. 

 

Murovun zirvəsindən silib çisi, dumanı,

Zirvələrə ucaltdın qalib Azərbaycanı.

Sənin tək qəhrəmanlar heyran etdi dünyanı,

Hünər nəğməsi ilə düşmən köksün dağladın

Dillərin əzbəridir şəhid İbrahim, adın. 

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ