çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistanın azərbaycanlılara qarşı soyqırımlar tarixi - II yazı

Image


Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərindən biri də Qaradağlı soyqırımı, Qaradağlı faciəsidir. 

Xalqımızın tarixində ən böyük faciələrdən olan Qaradağlı soyqırımı 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilib. Məlum olduğu kimi, erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola biliblər. Kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz doğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşüb. Düşmənin hərbi qüvvələri ilə qeyri-bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali təklənməsinə, köməksiz qalmasına baxmayaraq, vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müqavimət göstərib. Təxribatların 1988-ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991, Xocavəndin özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992, Qaradağlının 17 fevral 1992, Muğanlı, Əmirallar, Kuropatkinonun 2 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin 23 avqust 1993-cü ildə işğal olunması deyilənləri sübut edir.

Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi idi. Sovet hakimiyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı kəndlərin azərbaycanlı əhalisi köçməyə məcbur edilib, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi.

Tarixçilər qeyd edirlər ki, Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən, Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törədiblər. Belə təxribatlardan biri 1967-ci ildə baş verib. Məlumatlara görə, həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdiriblər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq, erməni quldurları günün günorta çağı Xankəndidə, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstlərinə benzin töküb yandırıblar.

Sovet dövründə Qaradağlı kəndi bir müddət bura sonradan köçüb gələn ermənilərin yaşadıqları Qağarza və Baravat kəndləri ilə eyni bir kolxozda birləşdirilib. Kolxozun bütün rəhbər işçiləri ermənilərdən təyin edilirdi. Ermənilər daim Qaradağlıların hüququnu tapdalayır, kəndin rəhbərliyinə yaxın buraxmır, əməkhaqlarını mənimsəyirdilər. 1971-ci ildə qaradağlılar hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini qoyaraq məqsədlərinə nail olublar. Həmin ildən Qaradağlı camaatı ayrılaraq Nərimanov adına kolxoz təsərrüfatında birləşib. Ayrılma zamanı Xocavənd rayonunun erməni rəhbərləri əvvəlki kolxozun ümumi əmlakından Qaradağlıya heç bir pay verməyiblər. Hətta qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə belə imkan verilmirdi. Nəhayət, gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı, o cümlədən, Nərgiztəpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala bildilər. Bu sahə kənddən 30 kilometr aralı olsa da, kolxozun inkişafında mühüm rol oynamışdı. Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd  rayonunda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilir.

Xocavənddə 1988-ci il fevral ayının 12-də keçirilən iclasın, həmişə olduğundan fərqli olaraq, ancaq erməni dilində aparılması, Azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları, səhəri günü Xankəndidə keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətləri etməsi Qarabağın bütün azərbaycanlı əhalisini, o cümlədən, qaradağlıları da narahat etməyə başlamışdı. Bundan sonra Xankəndidə və Qarabağın ermənilər yaşayan bütün şəhər və kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı.

Tarixçilər yazırlar ki, bundan dərhal sonra Qaradağlı kəndinin bir qrup sakini Ağdama gedərək rayon rəhbərliyinə erməni təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir görülməsini tələb edir. Onlar, həmçinin, erməni təxribatları haqqında Azərbaycan və SSRİ rəhbərlərinin ünvanına yazılı müraciətlər də göndərirlər. Lakin rəhbərlik təxribatların qarşısını almaq əvəzinə, qaradağlıların şıkayət məktublarını tədbir görmək üçün vilayətin erməni rəhbərlərinə göndərir ki, bu da onların vəziyyətini daha da ağırlaşdırırdı. Respublika rəhbərliyi tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi taleyin hökmünə buraxılan qaradağlılar özləri acınacaqlı vəziyyətdən çıxış yolunu axtarmağa məcbur olmuşlar. Kəndin nüfuzlu şəxslərindən rayonun Tədarük İdarəsinin rəisi Məzahir Ağalarov, Xocavənd rayonunun icra hakimiyyəti orqanlarında işləmiş yeganə azərbaycanlı Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid Məmmədov, Soltan Bayramov Qaradağlını erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlayırlar. Bunlardan biri də özünümüdafiə dəstələrinin yaradılması idi.

Tarixçilər bildirirlər ki, kəndin belə ağır vəziyyətində əslən Qaradağlıdan olan, Sovet ordusunda zabit kimi xidmət edən baş leytenant Ədalət Məmmədov 1988-ci il mart ayında həmkəndlilərinin müraciətinə cavab olaraq öz doğma kəndinə qayıtdı. Kəndin müdafiəsinin təşkilində Ə.Məmmədova kənd məktəbində hərbi hazırlıq müəllimi, ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər vətənpərvər insanlar yaxından kömək etmişdilər. Qaradağlıda Ağalar Məmmədovun könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olub. Onun təşkil etdiyi özünümüdafiə dəstəsinin Ə.Məmmədovun sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Kəndin könüllüləri hərbi hazırlıqlara başlasalar da, kəndi müdafiə etmək üçün silahın olmaması ciddi çətinliklər yaradırdı. Dağlıq Qarabağda erməni təxribatları başladıqdan sonra, 1988-1989-cu illərdə rəsmi strukturlar Qaradağlı kəndində üç dəfə silahyığma əməliyyatı keçirir, əhalidə olan adi ov silahları belə tamamilə müsadirə edilir. Vəziyyətdən çixmaq üçün qaradağlılar ətraf rayonlarda yaşayan dostlarına, tanışlarına müracət edirdilər, onlar da müəyyən qədər ov tüfəngi taparaq Qaradağlının müdafiəçilərinə göndərirdilər.

Tədqiqatlarda qeyd edilir ki, münaqişə başlanandan bir neçə ay sonra Azərbaycan rəhbərliyi gec də olsa Qaradağlının problemləri ilə maraqlanmağa başladı. O zaman Qaradağlının ətraf erməni kəndləri və rayon mərkəzi ilə əlaqəsi kəsilmiş, işləyənlər işdən qovulmuşdular. Problemi həll etmək üçün kənddə çörək sexi, mağazalar, yeməkxanalar fəaliyyətə başladı. Qaradağlıda Bakı şəhəri 1 saylı tikiş fabrikinin və Gəncə Xalça Zavodunun sexləri, Bakı soyuducular zavodunun filialı açıldı. Bundan başqa, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi və xəstəxana binalarının inşasına başlanıldı. Gənc ailələrə ayrılmış həyətyanı torpaq sahələrində 60-a qədər yeni evlər tikildi. Bundan başqa, Qaradağlının müdafiəsi ilə də bağlı müəyyən işlər görüldü. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi, Ağdamdan polis əməkdaşlarının növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə gücünü bir qədər artırmışdı.

Erməni hücumlarının başlanması qaradağlıların rahatlığını yenidən pozmağa başlayır. Tədqiqatçılar qeyd edirlər ki, 1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdikcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirib, ferma binasını və ot tayalarını yandırıb. Kəndin müdafiəçilərindən Ə.Məmmədov, F.Tağıyev, Q. Mustafayev, N.Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa quldurları geri oturda bilmişlər. 1989-cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı. 1990-cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutub. Özünü hadisə yerinə çatdıran müdafiəçilər ilk açıq silahlı döyüşə girərək düşməni geri oturdublar. Erməni quldurları 10 aprel 1990-cı il tarixdə yenidən kəndə hücüm etmişlər. Atışma zamanı kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.

1990-cı il noyabr ayının 24-də saat 17.00 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın karvanı kəndin 5 kilometrliyində rus hərbi paltarı geymiş erməni quldurlarının təcavüzünə məruz qalmış, həmin hadisədə 3 nəfər qaradağlı həlak olmuşdu. Quldurlar hadisə yerini mühasirəyə alaraq meyitləri aparmağa gələnləri irəli buraxmır, respublikamızın o vaxtkı rəhbəri Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra, çətinliklə də olsa, camaat meyitləri erməni quldurlarının əlindən ala bilmişdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ