Bazar ertəsi günü, 14 iyul 2025
     

Azərbaycanlıların öz yurdlarından ermənilər tərəfindən zorakı deportasiya tarixləri... - II yazı

Image

İyirminci yüzillik Azərbaycan türklərinin kütləvi soyqırım və deportasiya aktları ilə üzləşdiyi bir dövrdür. Bir əsrdə dəfələrlə soyqırıma və deportasiyaya məruz qalan soydaşlarımız ermənilərin törətdikləri terror hadisələrindən hər zaman ciddi əziyyət çəkiblər. Dünyanın gözü qarşısında soydaşlarımıza qarşı baş verən cinayət aktlarına beynəlxalq aləm tərəfindən hüquqi-siyasi qiymət verilməyib, insan haqlarını əllərində bayraq edən beynəlxalq təşkilatlar bunu susqunluqla qarşılayıblar.

Azərbaycan tarixçiləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri deportasiya aktlarını təsdiqləyən faktları, sənədləri nəinki Qafqaz respublikaları arxivlərindən, hətta dünyanın bir sıra arxivlərindən əldə ediblər. Tariximizə qanla yazılan 1905-1906-cı illər, eləcə də digər dövrlər ciddi şəkildə araşdırılıb.  

  • Nuru Məmmədov: “...Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır”

Tarixçi-alim Nuru Məmmədov qeyd edir ki, XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. “Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı "könüllülük" pərdəsi altında, acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılıb, fəryad çəkə-çəkə sürgünə məruz qalıb.

Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilib, deportasiyalar və soyqırımlar nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilib. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və "türksüz Ermənistan" uğrunda gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər.

Yerli olmayan bu hiyləgər insanlar çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmışlar. Sonra isə "böyük Ermənistan" imperiyası yaratmaq üçün məkrli planlarını həyata keçirməyə çalışmışlar. XX yüzilliyin əvvəllərində Türkiyədə və İranda türk-müsəlman xalqlarını kütləvi şəkildə qıran və azərbaycanlıların soyqırımını təşkil edən erməni cəlladları həmin yerlərdə ciddi müqavimətə rast gəlmiş və istədiklərinə nail ola bilmədikləri üçün zərbənin ağırlıq istiqamətini Qafqaza yönəltmişdilər. Havadarlarının köməyindən bəhrələnən ermənilər 1918-ci il mayın 28-də "Ermənistan Respublikası" elan etdikləri zaman bu dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilən iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımağı mümkün saymış və İrəvanı ermənilərə "bağışlamışdı". Qeyd etmək lazımdır ki, erməni millətçilərinin təbiətinə və xarakterlərinə yaxşı bələd olan bəzi Milli Şura üzvləri həmin iclasda bu qərara qəti etiraz etmişdilər. Məsələn, Bağır bəy Rzayev Milli Şurada təmsil olunmuş irəvanlılar adından demişdi: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik bizi, erməni respublikası ərazisində qalanları da unutmayasınız". Tarix uzaqgörənliklə deyilənləri təsdiqlədi”.

Alim qeyd edir ki, beləliklə, daşnaklar "paytaxtsız" erməni respublikası yarandığı gündən şirnikərək Azərbaycan torpaqlarını çox böyük bir iştahla ələ keçirməyi qarşılarına məqsəd qoymuşlar. Əhalinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında və Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişdilər. Onun yazdığına görə, erməni silahlı birləşmələri ərazidə yaşayan azərbaycanlıları ucdantutma qırmışdılar. Törətdikləri vəhşiliklər nəticəsində 1918-1920-ci illərdə Ermənistanda yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya öz yerlərindən qovulmuşdu.

“Erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda "Qarabağ hərəkatı" və "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənarı ilə məktub Malenkova göndərilmişdi. Erməni şovinistinin həyasızlığı o yerə çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı. ÜİK(b)P MK-nın o vaxtkı katibi G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.Bağırova rəy üçün göndərir. M.Bağırov dekabrın 10-da (tam məxfi qriflə) ona kəsərli cavab məktubu yazır. Burada Ermənistanın Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtlə - Ermənistan SSR-də, Gürcüstan SSR-də və Dağıstan MSSR-də əhalinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında qalan Kreml rəhbəri məsələyə nöqtə qoyub məktubları arxivdə "dəfn" etməyə qərar verir. Lakin erməni fitnəkarları yenə də dinc dayanmır, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır. Bu, azərbaycanlı əhalinin ucdantutma deportasiya edilməsi siyasəti idi. Onu 1948-1953-cü illərdə reallaşdıra bildilər”.

N.Məmmədovun bildirdiyinə görə, Azərbaycan xalqına qarşı yönəlmiş bu xəyanətin tarixçəsi belə olub: İkinci Dünya Müharibəsinin qızğın çağında - 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin - Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotova müraciət edərək, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. “Arutyunov bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur. Belə bir qərar SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 oktyabr 1946-cı il tarixli fərmanı idi. Bu fərman qərəzli və fərqli idi. Yalnız "repatriasiya" (vətənə qaytarılma) terminindən istifadə olunurdu. Başqa sözlə, SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi sadəcə, "emiqrant", daha dəqiq söyləsək, "demiqrant" (mühacirətdən qayıdan adam) olduğu halda, erməni "repatriant", yəni "vətənə qaytarılan" adlanırdı. Ermənilərin repatriasiyası haqqında "Daşnaksütyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresində qərar qəbul edilmişdi. Hər iki qərarda repatriasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verəcəyi iddia edilirdi. Buna erməni Qriqorian kilsəsi də xeyir-dua vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı” - deyə bildirən alimin vurğuladığına görə, azərbaycanlı əhalisinin Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi ilə əlaqədar tədqiqatçı-alim Lətifə xanım Həsənova maraqlı bir fikir söyləyir və onu tutarlı arqumentlərlə sübut etməyə çalışır. “Arqument yeni sənədin əldə edilməsidir. Həmin sənədə əsasən o, belə mülahizə yürüdür ki, azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsindən əvvəl geniş anti-Azərbaycan təbliğatı aparılıb və müxtəlif şayiələr yayılıb, azərbaycanlılara qarşı 43 səciyyəvi fakt qeydə alınıb. Bu mənfur millət Azərbaycan torpaqlarını ələ keçirmək və bu yerlərdən azərbaycanlı əhalini evakuasiya etmək üçün müxtəlif hiylələrdən və güclü təbliğat kampaniyasından istifadə etmişdi. Tarixi faktlardan məlumdur ki, Rusiya imperatoru I Pyotrun Azərbaycana yürüşləri ərəfəsində ölkəmizin şimal bölgələrində onun imzaladığı manifest yayılmışdı. Rus qoşunlarının, qaniçən Sisianovun Gəncəyə hücumu ərəfəsində Gəncə əhalisi arasında təbliğat aparılmışdı. Təbliğat tədbirlərində ermənilər "fəallıq" göstərmiş, rusları öz himayədarları kimi dəfələrlə dəvət etmişlər.

Hətta ermənilər azərbaycanlıların kütləvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gələcəkdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdülər...”

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910