Şənbə günü, 12 iyul 2025
     

Qarabağ məsələsində Bakı-Moskva münasibətlərinin dinamikası İrəvanda şok effekti yaratdı...

Image

Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı hadisələrin inkişaf axarı problemin sülh yolu ilə həllini tapacağına dair hələ də yetərincə nikbinlik yaratmır. Artıq dəfələrlə qeyd olunduğu kimi, bütün bunlara əsas səbəb Ermənistanın davam edən qeyri-konstruktiv mövqeyi, beynəlxalq hüquq və normaları görməzdən gəlməsidir. Azərbaycan vəziyyət bu şəkildə davam edəcəyi təqdirdə artıq digər variantların işə düşəcəyini də bütün dünyanın, o cümlədən işğalçı Ermənistanın diqqətinə çatdırıb.   

Qeyd edilənlər fonunda ekspertlər bildirir ki, əslində, Ermənistana münaqişə ilə bağlı verilən vaxt limiti də tükənmək üzrədir. Ermənistan artıq gələn il ərzində məsələnin dinc çözümü üçün müvafiq addımlar atmasa, təhlilçilər konfliktin çözümünün qaynar fazaya keçmə ehtimalının reallaşmasının qaçılmaz olduğunu vurğulayır. Elə almaniyalı politoloq Uve Halbax da məsələyə bu rakursdan yanaşır. O vurğulayır ki, Qarabağ münaqişəsi zonasında vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsi mümkündür. Onun  sözlərinə görə, tərəflərin nazirlər səviyyəsində növbəti görüş vaxtını müəyyənləşdirməsinə baxmayaraq, danışıqlar və ya görüşlər təhlükə altına düşə bilər.  Ekspert qeyd edir ki, vasitəçilər, yaxud ayrı-ayrı siyasi xadimlər sərt ritorikadan çəkinmək, müsbət atmosfer yaratmaq zərurəti haqqında danışdıqda yarana biləcək təhlükələrdən yayınmağa çalışırlar: “Tərəflər adətən bu qanunu qoruyurlar və bu dəfə də bunu etdilər. Düşünmürəm ki, bunun nəticəsində indi nikbinlik ifadə etmək fürsətinə malikik. Biz bir daha əmin olduq ki, erməni tərəfinin güzəştlər vasitəsilə problemi həll etmək hazırlığı yoxdur. Bu, ən pisi də daxil olmaqla, istənilən ssenaridən danışmağa imkan verir”. Onun sözlərinə görə, gərginlikdən yayınmaq üçün hər bir imkanı istifadə etmək lazımdır.
Əslində, Ermənistanın özündə də indiki vəziyyətdən ciddi narahatlıq keçirənlərin sayı az deyil. Ermənistanın”Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan bu xüsusda bildirir: “Azərbaycan danışıqlar prosesində qəti mövqeyini ifadə edib və bunun arxasında gücün durmasını da gizlətmir. O, əvvəlcə gələn ilin müdafiə büdcəsini 22% artırmaq haqqında bəyanat verdi, həmçinin bildirdi ki, bundan təxminən 1 milyardı əsasən Rusiyadan yeni silahların alınması üçün planlaşdırılır”. Onun sözlərinə görə, xarici işlər nazirlərinin son danışıqları ərəfəsində Azərbaycanın Slovakiyadakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini dərc edib və açıq şəkildə qeyd edib ki, danışıqların məqsədi işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılmasıdır, Qarabağ məsələsinin həlli isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın azərbaycanlı icmasının maraqlarının nəzərə alınması ilə mümkündür: “Ermənistan Azərbaycanın fəaliyyətlərinə cavab verə bilmir. Burada xatırladım ki, əvvəlcə Ermənistan hökuməti müdafiə xərcləri artırılmayan 2020-ci ilin büdcə layihəsini təqdim etdi. Biz hələ üç dəfə Azərbaycandan geri qalırıq, gələn il isə bu fərq daha da böyüyəcək. 2017-2019-cu illərdə ağır silahların alınması proqramı tezliklə bitəcək, lakin hər hansı yeni plan haqqında söhbət yoxdur. Yəni silahlanmada Azərbaycandan çox geridə qalırıq. Digər tərəfdən, xarici işlər nazirimiz BBC-yə məşhur müsahibəsində Ermənistanın Qarabağ müharibəsində hərbi cinayətlər həyata keçirdiyini demək olar qəbul etdi. Bütün bunları yekunlaşdırsaq, başa düşərik ki, biz olduqca əlverişsiz vəziyyətdəyik. Azərbaycan hakimiyyəti bunu aydın başa düşür”. Çalabyan bildirib ki, belə vəziyyətdə Azərbaycan yeni silahlar almaqla və bunun əksəriyyətinin Rusiya istiqamətində həyata keçirilməsinə nail olmaqla hərbi mövqeyini də xeyli gücləndirməklə Ermənistana mesajlar verir.  Məhz bu fonda Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi “Azərbaycana lazım olan hər bir şeyi Rusiya ona satacaq” fikri Ermənistanda indi ən çox müzakirə predmeti olan məqamlar sırasında yer alır. Çalabyan xatırladır ki, bundan bir müddət əvvəl Ermənistanın  baş naziri Nikol Paşinyan KTMT ölkələrinə müraciət etmişdi ki, Azərbaycana silah satmasınlar:“İndi təşkilatın yaradıcısı və faktiki olaraq başçısı olan ölkə, üstəlik Ermənistanla müttəfiqlik münasibəti saxlayan dövlət Azərbaycana hər cür silah satılmasına yaşıl işıq yandırırsa, digər ölkələrə nə demək olar? ”. Erməni ictimaiyyəti bu münasibətə görə narazı olsa da, onları faktiki olaraq heç kim vecinə almır. Ekspertlər isə bildirir ki, əslində, prosesdə rəsmi İrəvanın mövqeyi qətiyyən qəbuledilməzdir. Çünki indiki mövqe ilə İrəvan suveren dövlətlərin münasibətlərinə müdaxilə etmək cəhdində bulunur. Halbuki, indiyədək ermənilər başa düşməyiblər ki, onlar əhəmiyyətli tərəfdaş yox, əhəmiyyətli platformadırlar. Ruslara və ya Qərbə də buna görə lazımdırlar. Bu situasiyada Sergey Lavrovun Bakıda dediyi aşağıdakı fikirlər artıq Ermənistana bu xüsusda verilmiş mühüm cavabdır: “Mən yalnız onu qeyd edə bilərəm ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasında strateji tərəfdaşlığın mühüm sahələrindən biridir. Biz hərbi-texniki əməkdaşlığı beynəlxalq qanunvericiliyə tam uyğun şəkildə aparırıq. Regionda sabitliyin və balansın tam qorunması ilə”. Düzdür, ermənilər Lavrovun sözlərini diplomatik jest kimi qəbul edə bilərdilər, əgər bunun ardınca Azərbaycanın xarici işləri naziri Elmar Məmmədyarovun “Kommersant” qəzetinə verdiyi müsahibə olmasaydı. Müsahibədə bildirilirdi ki, tezliklə Azərbaycan və Rusiya arasında yeni silah müqaviləsi bağlanacaq.

Xatırladaq ki, 2005-ci ildə bağlanmış 5 milyard dollarlıq müqavilə üzrə Moskva Bakıya artıq tanklar, zirehli maşınlar, radioelektron mübarizə vasitələri, özüyeriyən artilleriya qurğuları, raket-yaylım atəşi sistemləri və digər növ silahlar göndərib. Yeni müqavilənin bağlanacağı barədə anons isə Ermənistanda xoşagəlməz sürpriz kimi qəbul edilir. Bu fonda erməni mediası yazır ki, Azərbaycan Rusiya ilə təkcə silah almaqla əməkdaşlıq etmir. Eyni zamanda, Azərbaycan hərbçiləri Rusiyanın hərbi ali məktəblərində vacib hərbi ixtisaslar üzrə təhsil alırlar. Azərbaycanın hərbi arsenalındakı silahların 80 faizi Rusiya istehsalıdır. Bu, Azərbaycan üçün çox əlverişlidir. Digər tərəfdən, Rusiyadan alınan silahların dünya bazarındakı analoqları çox bahadır. Buna görə də Rusiya silahı Azərbaycanı həmişə maraqlandırıb və bu maraq azalmır. Kreml isə nəzərə alır ki, bütün sahələrdə olduğu kimi, silah-sursat alqı-satqısında da Azərbaycan əlverişli tərəfdaşdır. Çünki bu iş üçün müvafiq büdcəsi var və sabit inkişaf edir. Ölkənin ödəmə qabiliyyəti yüksəkdir. Buna görə də ölkəmizə silah satmaqda bütün dövlətlər o cümlədən maraqlıdır. Ermənistanın “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin sədri, politoloq Tevan Poqosyanın sözlərinə görə, silah məsələsində Bakının addımları və Rusiya ilə yeni saziş imzalamağa hazırlaşması onun diplomatiyasının arxasında həm də güc durduğunun göstəricisidir. O bu vəziyyətdə, nəticə olmasa, hərbi variantın işə düşəcəyinin qaçılmaz olduğunu bildirir: “ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da bu günlərdə bildirdi ki, Dağlıq Qarabağda real eskalasiya təhlükəsi var. Əslində, ATƏT-in fəaliyyətdə olan sədri hansısa yeni bir şeyi bəyan etməyib, eskalasiya təhlükəsi hər zaman olub və Ermənistan da bunu bilməmiş deyil. Biz bu təhlükəni başa düşürük, başqasının deməsi məcburi deyil. Bizim müharibə bitməyib və bu eskalasiya təhlükəsi hər an var. Amma indi vəziyyət ötən əsrin sonlarında olduğundan fərqlidir. Azərbaycan kifayət qədər güclənib və Rusiyadan yeni 1 milyard dollar dəyərində silah almaq niyyətini göstərməklə, həm də ordusunu daha güclü hala gətirəcəyini göstərir. Bax bu mənada biz yeni savaşı təhdid olaraq görə bilərik”.  Məhz belə bir vaxtda Ermənistanın “İrates” qəzeti də olduqca maraqlı bir məlumat yayıb. Burada qeyd olunur ki, Rusiya artıq Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir. Xəbərdə xarici işlər nazirlərinin son görüşünə də məhz bu kontekstdən yanaşılması gərəkdiyi vurğulanıb:“Serj Sarkisyana qarşı cinayət işi də bununla bağlıdır. Bununla hakimiyyətin yeni elementlərlə müqəddəsləşdirilməsi təmin edilir. Yeri gəlmişkən, Serj Sarkisyan özünün dar çevrəsində artıq deyib ki, Nikolun ona, yerdə qalanlara, hətta Ermənistana etdikləri onu Paşinyanın Qarabağ məsələsində fəaliyyətindən daha az narahat edir. Üçüncü prezidentin bununla məhz nəyi nəzərdə tutduğu qeyd olunmur, amma belə bir fikir mövcuddur ki, çox danışmayan eks-prezident heç bir ciddi əsas olmadan belə bir şey deməzdi”. Qəzet iddia edir ki, Moskva İrəvana Qarabağ təzyiqlərini gücləndirir və bu da Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin nəticəsidir. Elə rusiyalı politoloq Stanislav Tarasov da məsələyə bu rakursdan yanaşır. Tarasov bildirib ki, Moskva getdikcə daha aydın mövqe nümayiş etdirir və Azərbaycanın yanında yer alır: “Biz hesablayırdıq ki, Serj Sarkisyandan fərqli olaraq, Ermənistanın inqilabçı hakimiyyəti Qarabağ məsələsində daha açıq olacaq və danışıqların detallarını açacaqlar. Bu baş vermədi. Yalnız abstrakt və ziddiyyətli bəyanatlar səsləndirilir. Azərbaycan çox danışmır, amma əvvəlki mövqeyindən də geri çəkilmir, Rusiyadan isə getdikcə daha çox dəstək alır. Bu isə Qarabağ məsələsində yenilikləri istsina etmir. Bu yeniliklər olmasa, gələn il savaşın başlaması tamamilə realdır”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910