Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan XİN başçısı ATƏT nazirlərinin toplantısında sülhə açıq təxribatçı çıxış etdi...

Image


Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan Bratislavada keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxış edib. Erməni KİV-i həmin çıxışın mətnini yayıb. Mnatsakanyan öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı Ermənistanın mövqeyini təqdim edib. Qısa ixtisarla təqdim edəcəyimiz həmin çıxışın məzmunundan görünür ki, Ermənistan sülh prosesi ilə uzlaşmayan mövqeyini ifadə etməkdə davam edir:

“Azərbaycanlı həmkarım və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə növbətli müzakirələrimizi keçirdik. Bu, il ərzində artıq 5-ci dəfədir. Bu münasibətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Ermənistanın mövqeyini qeyd etmək istəyirəm.

Birincisi: Beynəlxalq mandatı olan və ATƏT-in Minsk Qrupu həmsədrliyinin dəstəyi çərçivəsində münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur.

İkincisi: Artsax xalqının (bu ifadə Mnatsakanyana məxsusdur – red.) öz müqəddəratını təyinetmə hüququ sülh yolu ilə nizamlanmanın əsas prinsipi və təməlidir. Bu prinsipin tanınması Artsaxın son statusunun müəyyənləşdirilməsinin heç bir məhdudiyyətə məruz qalmayacağını nəzərdə tutur ki, bu da aydın və birmənalı şəkildə qəbul olunmalıdır. “Məhdudiyyətsiz” termini Artsax xalqının Azərbaycanın yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyü xaricində öz statuslarına sahib olmaq və müəyyənləşdirmək hüququnu açıq şəkildə ifadə edir. Azərbaycan tərəfinin davamlı düşmənçilik siyasəti və bundan irəli gələn hərəkətlər Artsax xalqının ekzistensial fiziki təhlükəsizliyi üçün təhlükə yaradırlar, hansı ki, 2016-cı il aprel ayında Azərbaycan tərəfindən Artsaxa qarşı törədilmiş son təcavüzdə göstərilib. Bütün bu, Artsax xalqı üzərində Azərbaycanın yurisdiksiya iddiasının qanunsuzluğunu və həyata keçirilməsinin mümkünsüzlüyünü göstərir.

Azərbaycan Artsaxda yaşayan xalqın qanuni qüvvəsi ilə öz iradəsini sərbəst ifadə etmə vasitəsilə heç bir məhdudiyyət olmadan öz müqəddəratını təyinetmə hüququnun tanınmasının birbaşa öhdəliyini üzərinə götürməlidir.

Üçüncüsü: Artsax xalqının təhlükəsizliyi güzəşt mövzusu deyil. Heç bir vəziyyətdə Artsax xalqı müdafiə üçün lazım olan təhlükəsizlik xətləri olmadan qalmamalıdır. 1991-1994-cü və 2016-cı illərdə olduğu kimi, Artsax xalqının ekzistensial təhlükəsizliyi üçün təhlükəli olan hər hansı bir vəziyyət olmamalıdır. Bunun altını cızmaq üçün Artsaxın, ermənilərin etnik təmizləmələrə məruz qaldığı və indi tamamilə azərbaycanlılarla məskunlaşdırıldığı, hazırda Azərbaycanın işğalı altındakı ərazilərdə yaranmış vəziyyəti qeyd etmək istəyirəm. Bu reallıq yaxınlarda Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxşı nümunə kimi təqdim edilmişdir.

Dördüncüsü: Sülh yolu ilə nizamlanma münaqişənin bütün tərəflərin birbaşa iştirakı ilə olmalıdır. Artsax öz xalqı tərəfindən seçilmiş nümayəndələrlə danışıqlar prosesinin birbaşa tərəfi olmalıdır. Bununla əlaqədar biz Artsaxın seçilmiş nümayəndələrinin sülh prosesində, xüsusən məzmun məsələlərində tam iştirakının zəruriliyini vurğulayırıq. Ermənistan hökuməti heç vaxt Artsax xalqının öz siyasi statusu barədə sərbəst qərar vermək hüququnu poza biləcək hərəkətlər etməyəcək və onları bu prosesə sahib olmaq hissindən məhrum etməyəcək…”.

Ermənistanın bu rəsmi mövqeyi sülh prosesinə xələl gətirir. Bu birmənalıdır. Çünki “Artsax xalqı” deyilən bir məfhum yoxdur. Mnatsakanyanın işlətdiyi bu terminlə bağlı biz yazının içində xüsusi qeyd verdik. Digər yerlərdə onun fikirləri tam aydın olsun deyə “Artsax xalqı” sözünü dırnaqda təqdim etmədik. Belə mövqedə olan ölkədən danışıqlar prosesində hansısa konstruktivliyi gözləmək olarmı?

  • Nəzakət Məmmədova: “Qarabağda yaşayan erməni icmasını ora pərçim edib qondarma xalq düzəltmək yalnız saxtakar erməni diplomatiyasının ağlına gələ bilərdi”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan danışıqlarda hüquq baxımından haqsız tərəf olduğundan və öz mövqeyini hüquqi baxımdan əsaslandıra bilmədiyi üçün, bu cür absurd üsullara əl atmaqla vaxt udmağa çalışır: “Xalq ümumi dil, mədəniyyət və s. amillər əsasında birləşmiş etnik qrupdur. Dağlıq Qarabağ ərazisində yaşayan etnik icma və Ermənistan əhalisi olan ermənilər də, diaspor şəklində ayrı-ayrı ölkələrdə yaşayan ermənilər də dünyada vahid erməni xalqının nümayəndəsi kimi qəbul edilir. Biz İstanbulda yaşayan ermənilərə İstanbul xalqı, Parisdə yaşayan ermənilərə Paris xalqı, Uruqvayda yaşayan ermənilərə Uruqvay xalqı demirik. Bu çox savadsız, elmi əsası olmayan, qərəzli, danışıqları pozmağa hesablanmış kökündən səhv yanaşmadır. Aydındır ki, Mnatsakanyan onları “Artsax xalqı” adlandırmaqla bir xalqın öz müqəddəratını yalnız bir dəfə təyin etməklə dövlətə malik olmaq hüququndan ikinci dəfə yararlanmaq üçün sui-istifadəyə çalışır. Lakin bu, çox primitiv, elmi əsası olmayan mövqedir. Dağlıq Qarabağ ərazisində yaşayan erməni icması bütün sənədlərdə, o cümlədən, onların Qarabağa köçürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrində ermənilər kimi göstərilir. Digər tərəfdən, bunların zorla beynəlxalq ictimaiyyətə təlqin etmək istədikləri “Artsax” sözü özü də qondarma sözdür. Türk mənşəli Ərsaq sözünü erməniləşdirib Artsax etmək, ondan coğrafi məfhum düzəltmək, sonra da Qarabağda yaşayan erməni icmasını ora pərçim edib qondarma xalq düzəltmək yalnız saxtakar erməni diplomatiyasının ağlına gələ bilərdi”.

Politoloqun sözlərinə görə, “Artsax” (Ərsaq) Ermənistan ərazisi də daxil olmaqla, böyük ərazini idarə etmiş Parfiya çarının oğlunun adıdır: “Artsax” vilayəti heç zaman indiki Ermənistanın tərkibində olmayıb, əksinə, indiki Ermənistan ərazisi onun tabeliyində olub.

Ermənistanın Minsk Qrupunun həmsədrliyi ilə olan danışıqlarda dünyaya söylədikləri yalana sanballı cavab verilməlidir və bu cür əsassız, saxta terminlərlə sülh danışıqlarının qarşısının alınmasına son qoyulmalıdır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ