Şənbə günü, 12 iyul 2025
     

Azərbaycan Qarabağda antiterror əməliyyatlarına start verə bilər

Image

Ermənistanda mövcud hakimiyyət və onun rəhbərliyinin atdığı addımlar, sərgilədikləri ziddiyyətli mövqelər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin həlli istiqamətində indi ən böyük maneələrdən birinə çevrilib. Digər tərəfdən belə görünür ki, hakimiyyətin Qarabağ məsələsindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışması da çözümü əhəmiyyətli dərəcədə əngəlləyir. Erməni mediası isə belə bir vaxtda maraqlı məlumat yayaraq bildirib ki, Nikol Paşinyan iqtidarına başqa bir tərəfdən əvvəl terrorçu qruplaşma kimi fəaliyyət göstərib indi siyasi partiyaya çevrilən “Sasna Tsrer”in də təzyiqləri artır.

Xatırladaq ki, “Sasna Tsrer” üzvlərini həbsdən məhz Nikol Paşinyan azad edib. Elə bu günlərdə “Sasna Tsrer” partiyasının  üzvləri Jirayr Sefilyan və Qareqin Çuqaszyanın Paşinyanla növbəti görüşü keçirilib. Erməni mediası yazır ki, Ermənistan polisinin yuxarı dairələrinin nümayəndələri Paşinyanın İrəvanda terror həyata keçirmiş, üç polisi öldürmüş qrupun rəhbərliyini yüksək səviyyədə qəbul etməsindən narazıdır. Məlumata görə, Paşinyan “Sasna Tsrer”i aktivləşdirməklə öz hakimiyyətini təhdid edən siyasi qruplara qarşı yeni müqavimət ocağı yaratmaq istəyir. “Sasna Tsrer”in daxili-siyasi gərginlik ocaqlarını sərt əks-təsirlə sakitləşdirmək üçün gücdən istifadə etməsi proqnozlaşdırılır. Eyni zamanda məsələnin maraqlı tərəflərindən biri də budur ki, “Sasna Tsrer” Qarabağ məsələsinin danışıqlar yolu ilə çözülməsinin əleyhinədir. Bildirilir ki, partiya Paşinyanla bu sahədə razılıq əldə etmək və əvəzində baş nazirin rəqiblərini, lazım gəlsə, güc yolu ilə aradan qaldırmağa hazırdır. Respublika Partiyasının sədr müavini Armen Aşotyan da bu xüsusda oduqca maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, Paşinyan və “Sasna Tsrer”in görüşü artıq çox mətləblərdən xəbər verir. Aşotyanın sözlərinə görə, görüşdən sonra Jirayr Sefilyanın dedikləri az vahiməli deyildi. O bildirib ki, bu 15 ay ərzində bütün dövlət repressiv aparatı siyasi müxalifətçiləri dəqiqləşdirmək, susdurmaq üçün istifadə edilib və istifadə edilir. Onun sözlərinə görə, bu represiyyalar Paşinyan üçün arzuolunan nəticəni vermir: “Üstəlik, terrorçulardan istifadə ölkəni məhvə sürükləyir. Biz bununla Qarabağ məsələsi və digər istiqamətlərdə uduzmağa məhkumuq”.

Aşotyan qeyd edib ki, görüşdən sonra Sefilyanın Moskvanın Paşinyandan qurtulmaq qərarına gəldiyi barədə açıqlamalarının mütləq nəticələri olacaq. Məsələnin bu tərəfinə rusiyalı politoloq Stanislav Tarasov da toxunub. O, Sefilyanın Moskvanın Paşinyandan qurtulmaq qərarına gəldiyi barədə yaydığı məlumatın dezinformasiya olduğunu, eyni zamanda Rusiya hakimiyyətinin vacib məsələlərə dair hazırkı Ermənistan hakimiyyətinin mövqeyini başa düşmədiyini deyib. Tarasov qeyd edib ki, “Sasna Tsrer” partiyasının idarə heyətinin üzvü Jirayr Sefilyanın “Kremlin bir gün öncə Paşinyandan canını qurtarmaq qərarı var idi” açıqlaması dezinformasiyadır, bununla bağlı heç bir qərar mövcud deyil: “Moskva obyektivdir və Paşinyanın bütün bəyanatları ilə tanışdır. O, bir-birinə zidd bəyanatlar verir və Paşinyanın nə istədiyini, nə demək istədiyini, nəyi nəzərdə tutduğunu dəqiq başa düşə bilmirik. Məsələn, Qarabağla bağlı bəyanatı mənim üçün anlaşılmaz olaraq qalmaqdadır. Paşinyanın fikrincə, Qarabağdakı qondarma qurum  danışıqlarda iştirak etməlidir, digər tərəfdən Qarabağla Ermənistanın bir olduğunu, Qarabağın Ermənistan olduğunu deyir. Əgər bir şey etmək istəyirsənsə, danışıqların formatını dəyişdirmək istəyirsənsə, dəyişməyə çalış, indiki formatdan imtina et, yox əgər dəyişmək istəmirsinizsə, niyə Qarabağdakı rejimin danışıqlara qayıtmalı olduğunu söyləyirsiniz? Əksinə, danışıqlar prosesi əvvəlki hakimiyyətin dövründə olduğu kimi davam edir, konkret addımlar atılmır, heç nə dəyişməyib”. Tarasov bu ziddiyətli açıqlamalara əsas səbəbi kimi Ermənistan xarici siyasətinin daha çox əyalət xarakterli olması ilə izah etməyə çalışıb: “Ermənistan bölgədəki çağırışlarla hesablaşa bilmir. Paşinyan bütün ermənilərin lideri olmağa çalışdığına dair bəyanat verir, bəs bunu ermənilər istəyirmi? Bizim bunu bəyənib-bəyənməyəcəyimizdən asılı olmayaraq, Paşinyan konkret nə istədiyini deyərsə, rus tərəfi bunu dəyərləndirəcək. Ancaq o konkret bir şey deməyincə məsələ açıq qalır”. Tarasov Ermənistan hökumətinin bölgədəki çağırışlarla hesablaşa bilməməsinə səbəb kimi Paşinyanın məsələhətləşmə aparatının çox zəif olmasını göstərib: “Problem onun müşavirlərindən, analitik xidmətin yoxluğundan qaynaqlanır. Sanki nəyisə oxuyub, reallığa çevirməyə cəhd etdikləri təəssüratı yaranır. Hakimiyyət daxilində müasir yanaşmalı gənclər olsa da, düşüncə, yenilik tərzi baxımından Serj Sarkisyanın komandasından çox geri qalırlar. Paşinyan bu yaxınlarda verdiyi müsahibəsində qeyd etmişdi ki, Rusiya hər zaman şübhə etmək hüququna sahibdir və niyə heç kim Ermənistan-Rusiya münasibətlərində qarşılqlı şübhə olub-olmadığını düşünmür. Amma ona xatırladım ki, Rusiya Sovet İttifaqı deyil, imperiyadır və öz prioritetləri, maraqları var. Rusiya böyük dövlətdir, şübhələri varsa, yaxud Rusiyaya etirazı varsa, o halda qoy özünə yeni müttəfiq tapsın. Başqa müttəfiq tapmağa ona kim mane olur? Amma Rusiyanın müttəfiqliyini itirdikdən sonra Ermənistan meydanda çox pis durumda qalacaq”.
Rusiyalı politiloq bir daha vurğulayıb ki, Paşinyanın konkret nə istədiyini və hara getdiyini nə üçün bəyan etmədiyini başa düşmür: “Qoy desin bəli, mən istəyirəm NATO, ABŞ-la əməkdaşlıq edim, Avropa ilə işləyim. Belə olan halda hər şey aydın olacaq. Ancaq göründüyü kimi, heç bir konkret şey deyilmir. Serj Sarkisyan hakimiyyəti dövründə dəqiq mövqe vardı və Rusiyanı bəyənib-bəyənmədiyindən asılı olmayaraq bununla hesablaşırdı”. Maraqlıdır ki, erməni ekspert  Armen Ovasapyan da Tarasovla tam şəkildə razılaşdığını bildirir: “Paşinyan artıq 1 il yarımdır ki, ölkənin rəhbəridir. Ancaq buna baxmayaraq, dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu, bundan irəli gələn bütün nəticələri və funksiyaları hələ də başa düşməyib. Əsl dövlətin nə olduğunu anlamayaraq, ilk baxışda süni görünən bu qarışıqlığı getdikcə dərinləşdirir”. Ekspert  Paşinyanın “Nouvelle d’Arménie” jurnalına verdiyi geniş müsahibəni şərh edib. Müsahibədə Paşinyan qeyd edib ki, Qarabağdakı qondarma qurumdakı “hakimiyyət” uzun müddət keçmiş hökumətlə hər cür nəticələri ola biləcək şəkildə işləsə də, hazırkı hökumətlə müəyyən məsələlərdə fikir ayrılığı mövcuddur. O, fikir ayrılıqlarını aradan qaldırmağın ən yaxşı yolu kimi gələn il işğal olunmuş Azərbaycan torpaqlarında keçiriləcək “seçkiləri” görür. Erməni ekspert bu xüsusda bildirib: “Onun sözlərindən aydın görünür ki, Paşinyan özü Ermənistan-Qarabağ münasibətlərində mövcud süni, saxta gündəliyə xidmət göstərir. Paşinyan Qarabağın fəaliyyətdə olan “hakimiyyəti”nin Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəsi olub dedikdə, bunun növbəti yalan məlumat olduğu anlaşılandır. Paşinyan Samvel Babayanın əli ilə Qarabağ “konstitusiyası”nda dəyişikliklər etməklə Ermənistandan “desant” endirmək niyyətindədir”. Erməni ekspert vurğulayır ki, indi Paşinyan ona qarşı müqaviməti həm də “Sasna Tsrer” vasitəsilə neytrallaşdırmaq niyyətindədir. Amma “Sasna Tsrer”in Qarabağ məsələsinə də müdaxiləsi və işğal edilmiş ərazilərdə Paşinyanın rəqbilərini güc yolu ilə aradan qaldırmaq niyyəti artıq xoatik bir durum yaradır. Bu artıq Qarabağ məsələsində terrorçuların iştirakına birbaşa şərait yaradılması anlamına da gəlir. Məhz bu vəziyyət  məsələnin dinc həllini mümkünsüzləşdirir və Azərbaycanın zəbt edilmiş ərazilərində antiterror əməliyyatlarına başlamasını şərtləndirir. Elə erməni siyasi şərhçi Armen Badalyanın fikirləri də qeyd edilənlərin qaçılmaz olduğunu deməyə əsas verir. Badalyanın sözlərinə görə, “Sasna Tsrer”in Ermənistandakı və Qarabağdakı siyasi mübarizədə yenidən silahla iştirak etməsi yeni reallıqlar ortaya çıxarır: “Düzdür, silah məsələsinə gəlsək, Paşinyanın daha çox silah sayı var və onlara yardım üçün çağırış etməsi bu mənada anlaşılmazdır. Digər tərəfdən məlumdur ki, “Sasna Tsrer”lə Paşinyanın görüşünün əsas məqsədi Jirayr Sefilyanın nə etməsindən asılı olmayaraq Qarabağ “seçkiləri”dir”. O qeyd edib ki, “Sasna Tsrer”in Qarabağın hazırkı “rəhbərləri”nə qarşı kifayət qədər mənfi münasibəti var və istisna edilmir ki, onlar da bu ümumi fəaliyyətdə rola malik ola bilərlər. Siyasi texnoloq onu da əlavə edib ki, Paşinyan və Sefilyanın görüşləri yaxın gələcəkdə daha intensiv xarakter daşıyacaq, çünki “seçkilərə” çox az zaman qalıb, bu müddət ərzində isə “Sasna Tsrer” Qarabağda çox şey etməlidir. Deməli, gözləmək olar ki, qarşıdakı dövr ərzində zəbt edilmiş ərazilərdə “hakimiyyət” uğrunda silahlı qarşıdurma başlasın. Bu durumda məsələyə Ermənistandan müdaxilənin artması isə “Qarabağ klanı”nın da silahlardan istifadəsini qaçılmaz edəcək. Onlara qarşı “Sasna Tsrer”in fəaliyyəti burada qeyd olunduğu kimi xaotik bir vəziyyət yaradacaq. Belə vəziyyətdə qarşı tərəfdən Qarabağ məsələsində hansısa əməli addımlar atılmasını gözləmək sadəcə vaxt itkisi sayıla bilər. Məhz bu səbəbdən belə gedişlə Azərbaycanın zəbt edilmiş ərazilərində antiterror əməliyyatlarına start verməsi qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910