şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın məsuliyyətsiz mitinq çıxışından sonra dünya mediası “Müharibə mövzusunu” önə çıxardı

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə məlum çıxışından sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidlər daha sürətlə tükənir. Ən azı o baxımdan ki, Paşinyan özünün populist ritorikasında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilər üzrə mövqeyini açıq şəkildə meydana qoyaraq, məsələnin sülh yolu ilə tənzimlənməsindən İrəvanın kifayət qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirdi.

Yəni daha əvvəl Ermənistanın Dağlıq Qarabağa kömək etdiyi hesab edilirdisə, indiki vəziyyətdə İrəvan Dağlıq Qarabağ və qonşu rayonların işğalına görə məsuliyyəti rəsmi olaraq üzərinə götürüb. Məhz bu səbəbdən ekspertlər hesab edir ki, yaranmış vəziyyətdə beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk Qrupuna vasitəçilik edən dövlətlər Ermənistana qarşı sərt addımlar atmalı, hətta sanksiyaların tətbiq olunması gündəmə gəlməlidir. Çünki Nikol Paşinyanın mövqeyi İrəvanın bütün sülh prosesinin üzərindən xətt çəkdiyini aydın göstərir.

Beləliklə, yaranmış vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində artıq yeni bir mərhələ açır. Bu mərhələdə isə sülh variantına yer qalmır və bütün bunlara görə məsuliyyət birbaşa Ermənistan rəhbərliyinin üzərinə düşür. Rusiyalı ekspert Yevgeni Mixaylov da məsələyə məhz bu prizmadan yanaraşaraq qeyd edir ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasının qarantı olan ölkələrə də son çıxışı ilə meydan oxuyur, İrəvanın Azərbaycanla sülhə hazır olmadığına açıq şəkildə eyham vurur: “Nikol Paşinyanın Xankəndidə çıxışı coşqun fantaziyanın uçuşmasına daha çox oxşayır və fikrimcə, Ermənistan əhalisi bunu gözəl başa düşür. Paşinyan işğal olunmuş ərazilərdə çıxış etməklə Bakıya və Qarabağ münaqişəsini həll etməyə çalışan digər ölkələrə eyham vurur ki, Ermənistan sülhə hazır deyil”. Onun sözlərinə görə, Ermənistan baş nazirinin populist davranışı sağlam düşüncə çərçivəsinə sığmır: “Bu ya tam laqeydlikdir və razılığa gəlməyin vacibliyini başa düşməmək istəyidir, ya da Paşinyan kiminləsə razılağa gəlməyə çalışır və bu davranışı sərgiləmək üçün hansısa təminatlar alıb. İstənilən halda, onun etdiyi hər şey sağlam düşüncə çərçivəsinə sığmır. Qeyd etmək lazımdır ki, Paşinyan Xankəndidəki çıxışı ilə sübut etməyə çalışır ki, Qarabağ erməniləri və Ermənistan bir ölkədir, bu da, həmçinin, sülh nizamlanması ilə məşğul olan ölkələrə çağırışdır. Elə təəssürat yaranır ki, Ermənistan və onun lideri onlardan başqa heç kəsin olmadığı paralel gerçəklikdə yaşayır”. Mixaylov vurğulayıb ki, Paşinyanın bəyanatı Ermənistanın daxili auditoriyasına hesablanıb, o, ölkə əhalisi arasında populyarlığını sürətlə itirir: “Paşinyanın populyarlığını itirməsi aşkardır və o, erməni millətinin böyük gələcəyi haqqında populist çıxışlar edir. Ermənistanın nəinki 5 milyon əhalisi olmayacaq, hətta qeyd edilən 3 milyon əhalidən yalnız miqrasiya üçün pulu çatmayanlar ölkədə qalacaq”.

Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti, fransalı ekspert Emmanuel Dupuy isə bildirir ki, ümumiyyətlə, Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir: “Məsələnin hüquqi tərəfinə gəldikdə, bu səfər, sözsüz ki, beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Bunu artıq hamı bilir. Paşinyan Azərbaycan prezidenti ilə danışıqlar zamanı qaldırılan məsələrlərin reallaşdırılması üçün öz qətiyyətini sözdə deyil, əməldə göstərməlidir. Bunun üçün də o, Dağlıq Qarabağdakı separatçılara təsir göstərməlidir”. Aydındır ki, proseslərin indiki şəkildə inkişafı Qarabağda yeni savaşı da qaçılmaz edir. Rusiyanın “regnum.ru” portalı bu xüsusda yazır: “Azərbaycan Nikol Paşinyanın Xankəndidəki mitinqdə “Dağlıq Qarabağ Ermənistandır” bəyanatına sərt reaksiya verib. Bakı bunu “bölgəni təhlükə və risqlərlə üz-üzə qoyan destruktiv və fitnəkar”, “Ermənistanın əsil məqsədinin işğal olduğunun növbəti aşkar nümayişi” adlandırıb. O da qeyd edilib ki, “Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistana birləşdirmək çağırışları məsuliyyətsizlik və beynəlxalq birliyə, xüsusən də ATƏT Minsk Qrupunun münaqişənin danışıqlar yolu ilətənzimlənməsinə məsul həmsədrlərinə sayğısızlıq kimi dəyərləndirilməlidir”.

Əlbəttə, Ermənistan baş nazirinin bəyanatını bayağı populizmə aid etmək olar ki, bu da ona yad deyil. Axı, Ermənistan dövlət başçısının belə mövqeyi özgə ərazisinin ilhaqını qəbul etməyi nəzərdə tutur, Qarabağın Azərbaycana məxsusluğu isə beynəlxalq hüquq və bütün nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı ölkələr tərəfindən təsdiqlənmiş mübahisəsiz faktdır. Aydındır ki, Ermənistan tərəfi bu yöndə konkret addım atacağı halda hüquqi xarakterli ciddi nəticələr törəyəcək. Paşinyan, faktiki olaraq, Qarabağın Ermənistana məxsusluğu haqda bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üzrə sülh danışıqlarının davamı məsələsini sual altında qoyub. Axı, danışıqlar prosesi bu halda Azərbaycan üçün mənasız olur, işğal edilmiş əraziləri qaytarmağın yeganə yolu hərbi ssenari olaraq qalır.

Ermənistan lideri ölkənin əvvəlki başçılarından daha barışmaz mövqe sərgiləyib. Və əslində, onun sülh danışıqlarına tərəfdarlığı haqda əvvəlki bütün ifadələri, hətta Qarabağ separatçılarını danışıqlar masası arxasına əyləşdirmək istəyi ilə danışıqlar formatını dəyişdirmək səyləri yalnız sadəcə danışıqları uzatmaq və status-kvonu saxlamaq cəhdi çıxıb. Bu durumda Azərbaycanın Ermənistanı əraziləri qaytarmaq və sülhə məcbur etmək tələbilə Minsk Qrupuna və beynəlxalq birliyə müraciətində fayda var. Bakıda ekspert cəmiyyəti Ermənistan liderinin bəyanatına birmənalı reaksiya verib: Paşinyan demaqoqiyaya əl atır, onun sözləri ərazini Ermənistan siyasətinin diskursunu müəyyən edən məsələ kimi qoyan güclərə hesablanıb, o bu durumun girovuna çevrilir və onu təhlükəli potensialla dövrəyə alanların hamısına dəm tutmağa məcburdur. Politoloqlar hesab edir ki, işin gedişində ya Qarabağ, ya da hakimiyyət dilemmasının girovuna çevrildiyini anlayanda, hakimiyyətin saxlanması haqda qayğı Paşinyan üçün başlıca məsələ olub. Çünki Qarabağ problemi Ermənistanın siyasi komandası üçün hamının və hər şeyin taleyini müəyyən edən mexanizm olub. İndi Paşinyana əl verərsə, “Qarabağ klanı”nın simasında silahlı müxalıifətin nazıyla uzun müddət oynaya bilər, amma Bakının maraqlarını özünün korporativ oyununa qoşmağa nail ola bilməz. Xüsusən də Azərbaycan danışıqlar xatirinə danışıqların yolverilməz olduğu haqda İrəvana xəbərdarlıq etdiyinə görə. Bakının açıq-açığına nəticəsiz belə bir danışıqlar prosesinə qatılmağına dəyərmi? Çünki Paşinyan öz bəyanatları ilə Azərbaycan ərazilərinin ilhaqını faktiki etiraf edir, onları Ermənistana birləşdirmək niyyətini göstərir, bununla da sülh danışıqları aparmağa şans qoymur, bunu son dərəcə cüziləşdirir və Azərbaycana savaşa hazırlaşmaq arqumenti verir. Azərbaycan bu şəraitdə Paşinyanın bəyanatını Minsk Qrupu həmsədrlərinin nəzərinə çatdırmaqla uyğun reaksiya verməlidir. Paşinyanın sözləri bundan xəbər verir ki, məsələnin belə qoyuluşu ilə danışıqların mənası itir. O biri yandan, Ermənistanı sülhə, ən azı, konstruktiv danışıqlara məcbur etmək üçün müvafiq şərait yaratmaq məqsədilə danışıqlar prosesinə yanaşmanı dəyişdirməkdən ötrü fayda var. İlhaq faktını heç gizlətməyən, hətta bunu uzunmüddətli perspektivdə möhkəmlətmək niyyətini göstərən Ermənistan tərəfinin belə mövqeyi ilə danışıqlar aparmaq mənasızdır.

Qeyd edək ki, Paşinyan Ermənistanın Qarabağın Ermənistana məxsus olduğunu rəsmən bildirən ilk lideri oldu. O, öz gedişini edib və bunun daxili istehlakçıya, “Qarabağ klanı”na, müxalifətə, ya da Azərbaycana hesablandığı önəmli də deyil. Bakıda onun fikrini eşidiblər və ehtimal ki, uyğun cavab bundan sonra d aolacaq. Amma bu necə olacaq, Dağlıq Qarabağ ətrafındakı hadisələr bundan sonra necə inkişaf edəcək? Bax, məsələ bundadır…”. Məhz bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyinin indiki mövqeyi faktiki olaraq savaşı tətikləyir. Çünki İrəvan yaranmış vəziyyətdə əlavə seçim şansı da qoymur. Savaşın qarşısını ala biləcək yeganə məqam isə vasitəçi ölkələrin artıq qəti hərəkətə keçib Ermənistana təzyiq göstərmələridir. Məhz bu halda İrəvan konstruktiv mövqeyə gələ bilər. Əks halda savaş qaçılmazdır və yuxarıda qeyd olunduğu kimi, Ermənistan özü buna müvafiq şərait yaradıb.

Erməni şərhçi Aram Amatuni qeyd edir ki, Qarabağ məsələsində Paşinyanın səsləndirdikləri indiki halda qətiyyən Ermənistanın maraqlarına uyğun gəlmir və onun mövqelərini zəiflədir. Ekspert, əslində, Paşinyanın bu yanaşmasının sırf populizm və reallıqdan uzaq yanaşma üzərində qurulmasını baş nazirin aciz vəziyyətə düşməsi ilə izah edir. Çünki inqilabdan ötən 1,5 il ərzində verdiyi ən xırda vədi belə yerinə yetirməyən Paşinyan ermənilərdən 30 il sonranın “xəyalını” qurmasını istəyir: “Ölkədə 50 faiz yoxsulluq var. İqtisadiyyat çökür, emiqrasiya sürətlə davam edir, çoxsaylı sosial, psixoloji problemlər mövcuddur, işsizlik kütləvi hal alıb və sair. Bütün bunların fonunda Paşinyanın açıqladığı “meqalayihələr” gülməlidir. Bunu erməni cəmiyyəti və baş nazirin özü də başa düşür. Ona görə diqqəti həm də Qarabağ məsələsi ilə yayındırır. Amma onun münaqişə ilə bağlı açıqlamaları indiki halda Azərbaycanın əlini gücləndirdiyi halda Ermənistanın əleyhinə işləyir. Belə vəziyyətdə baş nazirin yanaşmasına görə savaşın başlanması isə Ermənistan üçün qətiyyən əlverişli deyil. Nikol 30 il sonra dünyanın 20 ən güclü ordusundan birini yaratmağı vəd edir, halbuki, bu gün Ermənistan ordusunda nizamsızlıq, intihar halları, qanunsuz münasibətlər kimi dəhşətli hadisələr yaşanır. Korrupsiya, səriştəsiz komandirlər, qanunsuz münasibətlər ordunun ən böyük bəlası olaraq hələ də qalmaqdadır. Məhz bu durumda Qarabağ savaşının yenilənməsi yeni aprel faciələrinə gətirib çıxar bilər”. Bütün bunlar bir daha təsdiq edir ki, Paşinyanın sərsəmləmələri Ermənistana çox baha başa gələcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ