Bazar günü günü, 08 noyabr 2026
     

“Azərbaycanın 10 min əsgəri gecə hücumunu dəf edərək Ermənistan ordusunun arxasına keçə bildi”

Image


Ermənistanda son günlərdə baş verən proseslər işğalçı ölkədə xaotik vəziyyətin miqyasının daha da genişlənəcəyini, daxili ziddiyyətlərin əhəmiyyətli dərəcədə kəskinləşəcəyini göstərir. Bütün bunlara əsas səbəb Ermənistanın sabiq prezidenti Robert Köçəryanın şərti azadlığa buraxılması və baş nazir Nikol Paşinyanın bundan ciddi surətdə əndişələnməsidir. Çünki Paşinyan Köçəryanın daxil olduğu “Qarabağ klanı”nın onu devirməkdə maraqlı olduğunu, bu istiqamətdə hərəkət etdiyini yaxşı bilir.

Real vəziyyət bu qənaətə gəlməyə əsas verir ki, “Qarabağ klanı”ndan ehtiyat edən Paşinyan icraedici və qanunverici orqandan sonra onların məhkəmə sistemində də mövqelərini sarsıtmağı düşünür. Baş nazir artıq bildirib ki, məhkəmə strukturunda yeni islahatlar aparılacaq. Paşinyanın bu addımı ölkədə “kimin hakim” olduğunu göstərmək gedişi olaraq qiymətləndirilir. Amma erməni mediasının yazdıqlarından, ekspert çevrələrində səslənən fikirlərdən belə bəlli olur ki, tərəflərin məhkəmələr üzərində çəkişməsi Ermənistanı daha zəif hala gətirəcək və belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə də dəyişikliklər olması proqnozlaşdırılır. Məsələn, erməni ekspert Artaşes Qeqamyan bildirir ki, Ermənistanda daxili çəkişmənin kəskinləşdiyi bir vaxtda Azərbaycan mövqelərini gücləndirir, çoxsaylı hərbi təlimlər keçirir. Ekspert vurğulayır ki, bu durum Qarabağ münaqişəsinə kimin necə hazırlaşdığını çox aydın göstərir. Bu xüsusda Rusiyanın “regnum.ru” portalında erməni ekspert mövqeyini belə ifadə edir: “Deməli, mayın 20-də Azərbaycan yeni hərbi təlimlərə start verib. Bundan əvvəl isə Azərbaycan-Türkiyə “Mustafa Kamal Atatürk-2019” birgə taktiki-hərbi təlimləri baş tutub. Təlimin təşkilatçıları tərəfindən bildirildiyi kimi, bu, şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yüksəltmək və birgə döyüş əməliyyatları aparmaq vərdişlərinin inkişafı, habelə iki ölkə hərbçilərinin qarşılıqlı münasibət və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaq, təcrübə mübadiləsi aparmaq üzrə qərargahların birgə hazırladığı planlar yoluyla Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəlaiyyəti üçün nəzərdə tutulub. Həmçinin qeyd edək ki, birgə təlimlərə 10 min hərbçiyədək şəxsi heyət, 150 ədəd tank və başqa zirehli texnika, 200-ə qədər müxtəlif kalibrli raket-artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minatanlar, habelə 35 döyüş təyyarəsi və helikopter cəlb olunub. Azərbaycan və Türkiyənin belə görünməmiş əhatəli hərbi təlimləri sanki Ermənistanın “xalq baş naziri”nə ayıldıcı təsir göstərməli idi. Amma və lakin belə deyilmiş. 

Ermənistan hökuməti əvvəlcə Dağlıq Qarabağdakı rejimin birinci, Ermənistan Respublikasının ikinci prezidenti haqda mülki hüququn təməl prinsipi – təqsirsizlik ehtimalının kobud pozulması ilə müşayiət olunan məhkəmə prosesinin gedişində şou başlayıb. Heç olmasa bu faktı götürək ki, Ermənistan hökuməti tərəfindən anlaqlı Robert Köçəryanın 2008-ci ildə Ermənistanın konstitusiya quruluşunu devirməkdə ittihamı əsaslandırmaq qəsdilə hər cür informasiya fonu yaradılıb. Təbii, “Azatutyun”  radiosu informasiya killerlərinin ön sırasında idi. Qeyd edək ki, birbaşa informasiya şantajına, cürbəcür qrantyeyənlər növündən dəvət edilən kütlənin, eləcə də 2008-ci ilin 1 martında faciəli şəkildə həlak olmuş həmvətənlərimizin yalan təbliğatın aldatdığı ayrı-ayrı qohumlarının fiziki varlığına baxmayaraq, bunlar baş verdi. Bununla belə, İrəvan ümumi ədliyyə məhkəməsi bu il mayın 18-də Robert Sedrakoviç Köçəryanı həbsdən azad edib. Bu, Dağlıq Qarabağdakı rejimin əvvəlki rəhbəri Arkadi Qukasyan və fəaliyyətdə olan Bako Saakyanın zəmanəti sayəsində mümkün olub. Gözləmək lazım gəldiyi kimi, müstəqil ədliyyənin icraatı Ermənistanda 2018-ci ilin aprel-mayında baş tutan dövlət çevrilişinin bələdçilərinin qanını qaraldıb və onları acıqlandırıb. Bələdçilərin Ermənistan ədliyyəsini Ermənistanda dövlət çevrilişindən sonra yayılmış əxlaqa xas “yüksək mənəvi arşınlar üzrə” aşkar maliyyə və informasiya hıqqıltısına gətirməyi izsiz ötüşmə bilməyib. Bu iflas “xalq baş naziri”nin “Facebook”da birbaşa işvəli efirində öz əksini tapıb.

Deməli, Nikol Paşinyan cari il mayın 20-də saat 8.30-dan Ermənistan Respublikasının ərazisində bütün məhkəmələrin giriş və çıxışını bağlamaq haqda təhlükəli bəyanatla çıxış edib. Bu fitnəkarlıq məhz bu günlərdə – Bakıda bədii gimnastika üzrə dünya çempionatı başa çatandan sonra və Azərbaycan silahlı qüvvələrinin hərbi təlimləri dövründə heç də təsadüfən təşkil edilməyib. Şübhə doğurmur ki, Azərbaycan Qarabağ məsələsinin həlli üçün müharibəyə hazırlaşır. Özü də Rusiya iləTürkiyənin formalaşan işgüzar münasibətləri fonunda beynəlxalq durum da Azərbaycanın lehinədir. Azərbaycana hərbi texnologiyalar və dronların məşhur satıcısının və şübhəsiz onun okeanarxası tərəfdaşının da Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Ermənistanda isə bunlar fonunda vəziyyət çox gərgindir və bu da Qarabağ məsələsində savaşın taleyinə təsir edəcək başlıca faktorlardandır”.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanda məlum qarışıqlıq fonunda Azərbavycan ordusunun təlimləri düşmən ölkədə böyük əndişə yaradıb. Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir. Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək. Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq. Təlimlər mayın 24-dək davam edəcək. İndi Ermənistanda ehtiyat edirlər ki, ölkədə vəziyyətin qarışması fonunda Azərbaycan təlimlərdən real döyüş əməliyyatlarına keçsin. Özü də bu fikirlər o fonda səslənir ki, Paşinyan özü Azərbaycana ərazilərin Ermənistanda baş verənlərlə bağlı qaytarılmasını istisna etməyib. Paşinyan bu xüsusda bildirib:  “Bəzi qüvvələrin hərəkətlərində xəyanətkar müharibəni qızışdırmaq, bəzi əraziləri təhvil vermək və bunda Ermənistan hökumətini ittiham etməyə qədər gedib çıxan məqsədlər görürəm”. “Past” qəzeti  isə bu fonda yazır: “Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə baş verənlərdən sonra  müdafiə naziri David Tonoyanla və baş qərargahın rəisi Artak Davtyanla məxfi müşavirə keçirib. Müşavirədə müdafiə nazirinin və Baş qərargah rəisinin Paşinyana nə məruzə etdikləri məlum deyil. Amma bir məsələ aydındır: söhbət təmas xəttindəki gərgin vəziyyətdən və Azərbaycanın mümkün hücumundan gedib. Habelə məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayıb. Bizim məlumatlarımıza görə, məhz bu xüsusatlar, habelə məhkəmələrə girişi bağlamaq çağırışı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikanı dəyişməyə, eyforik və aqressiv bəyanatlardan daha konstruktiv leksikona keçməyə məcbur edib”.

Baş verənlərlə bağlı İrəvana yollanan Qarabağ separatçılarının rəhbəri Bako Saakyan vəziyyətin təhlükəli olduğunu etiraf edib. Nikol Paşinyanın çıxışından sonra o, İrəvanda Ermənistan parlamenti qarşısında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini deyib. Paşinyanın “Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” bəyanatına münasibət bildirən Saakyan İrəvanın bu tip qüvvələri ortaya çıxarmaq məcburiyyətində olduğunu deyib. Saakyan belə qüvvələrin olması ilə bağlı heç bir məlumata malik olmadığını bildirib: “ Paşinyanın dediyi belə qüvvələr varsa, biz bu adamları aşkara çıxarmalıyıq və belə məqsədlər varsa, mən də bunu xəyanət kimi qiymətləndirirəm. Məndə belə satqın hərəkətlər hazırlayan qüvvələrin, xadimlərin olmasına dair informasiya yoxdur”. Separatçıların lideri Ermənistanla Qarabağ ermənilərinin münasibətlərində gərginlik mövzusunun süni şəkildə yaradıldığını da deyib: “Bizim aramızda belə gərginliyin mövcudluğu təhlükəlidir və bundan yararlarana bilərlər”. Lakin Bako Saakyanın qeyd etdiklərinə rəğmən, “Qraparak” qəzeti vəziyyətin ağır olduğunu yazır. Belə ki, qəzetin yazdığına görə, Nikol Paşinyan Qarabağ separatçılarının rəhbəri ilə görüşü zamanı ondan Robert Köçəryana zamin durmasının izahını tələb edib: “Paşinyanın izahat tələbinə cavabında Saakyan onların Qukasyanla davranışında heç bir siyasi məqsəd olmadığını və yalnız humanizm göstərdiklərini deməklə kifayətlənib. Paşinyanla bərabər, Saakyan “Mənim addımım“ blokunun deputatlarıyla da görüşüb və onlara Qarabağda əksinqilabın hazırlanmadığına dair zəmanət verib. Amma ona inanmırlar və Ermənistanla Qarabağdakılar arasında gərginlik artır”. “Joxovurd” qəzeti Saakyanla deputatların görüşünün gərgin keçdiyini yazıb.  Paşinyanın lideri olduğu “Mənim addımım” hakim fraksiyasının üzvü olan Andranik Köçəryan da vəziyyətin onlar üçün təhlükəli hala çatdığını bildirib. Onun sözlərinə görə, bir çox qüvvələr Qarabağa siyasi proseslərin platforması kimi baxır və Azərbaycanın bundan istifadəsi tamamilə mümkündür: “Paşinyan artıq  xəbərdarlıq edib. Azərbaycan  Ermənistanda və Qarabağda istənilən çalxalanmadan istifadə etməyə çalışacaq. Ermənistanın zəiflədilməsinə yönələn hərəkətləri Azərbaycan diqqətdən qaçırmır”. Məhz belə bir vaxtda ordumuzun təlimləri Ermənistanı daha da qorxudur. Çünki yaşanan gərginlik fonunda Ermənistanda, eləcə də zəbt edilmiş ərazilərimizdə yaradılan separatçı rejim daxilində qarşıdurmanın daha da kəskinləşməsi gözlənir. Məhz belə vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlara start verə biləcəyi indi Ermənistan üçün ən böyük qorxuya çevrilib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ