Cümə günü, 23 oktyabr 2026
     

Yeni miqrant qanunu Rusiyanın özünə də ziyan vurur, azərbaycanlılara da... 332 min azərbaycanlı...

Image


Rusiyada bu ildən etibarən miqrasiya ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi sözügedən ölkədə işçi qüvvəsi ilə bağlı müəyyən problemlərə gətirib çıxarmaqdadır. Eyni zamanda miqrantlar artıq Rusiyanı digər ölkələrlə əvəzləməyə getdikcə daha çox üstünlük verirlər. Bura Azərbaycandan olan miqrantlar da daxildir.

Artıq postsovet ölkələrindən Rusiyaya gedən əmək miqrantlarının sayı xeyli azalıb. Qeyd edildiyi kimi əsas səbəb Rusiya Federasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsidir ki, bu da əmək miqrantlarının axınının azalmasına səbəb olmaqdadır. Belə vəziyyətdə postsovet ölkələrinin getdikcə daha çox vətəndaşı Böyük Britaniya, Cənubi Koreya, Fars körfəzi ölkələri və Avropa İttifaqında iş axtarır. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Dünya Bankının məlumatlarına əsaslanaraq bildirir ki, miqrasiya axınlarının azalmasına baxmayaraq, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinin axını stabil olaraq qalır. Lakin BMqT-nin hesabatında qeyd edildiyi kimi, pul köçürmələri Cənubi Koreya, ABŞ və bir sıra digər ölkələrdən də gəlir. İndi miqrantların Rusiyaya yox, digər ölkələrə üz tutması getdikcə daha çox qeydə alınır. Məsələn, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Bakıt Darmankulu Rusiyadan qayıdan miqrantların məşğulluq imkanları barədə danışarkən qeyd edib ki, vətəndaşlar Xaricdə Məşğulluq Mərkəzi vasitəsilə 29 ölkəyə getmək olar və ən populyar istiqamət Böyük Britaniyadır: “İnsanlar daha çox ora mövsümi iş üçün gedirlər. Qəbul edən ölkə işçilərdən müəyyən müddət ərzində öz vəzifələrini yerinə yetirib vətənə qayıtmağı tələb edir. İngiltərə əcnəbilər üçün 40 min kvota ayırıb ki, bunun da 10 mini Qırğızıstan vətəndaşları üçün nəzərdə tutulub”. O, əlavə edib ki, 2,5 min qırğız artıq bu il Böyük Britaniyaya səfər edib: “Bundan başqa, Qırğızıstan vətəndaşlarının Məşğulluq Mərkəzi vasitəsilə kruiz gəmilərində işləmək imkanı var”. Qırğızıstan Respublikası parlamentinin sədri yanında Miqrasiya Məsələləri Şurasının üzvü İqor Şestakov qeyd edir ki,

Rusiyada yeni miqrasiya qanunvericiliyinin qəbulundan sonra Avrasiya İqtisadi İttifaqı ölkələri üçün hələ 2015-ci ildə qəbul edilmiş üstünlüklər toplusu nəzərə alınmır: “Bu vəziyyəti Aİİ dövlət başçıları səviyyəsində müzakirə etmək lazımdır, çünki Rusiyanın güzəştli gücü kreditlər və qrantlar deyil, əmək miqrasiyasıdır”. Onun sözlərinə görə, məsələn, Avropa İttifaqında olduğu kimi, Aİİ və digər Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını ayırmaq lazımdır. Ekspert hesab edir ki, miqrasiya məsələsi Aİİ-nin inteqrasiya birliyi kimi qəbul edilməsi baxımından qıcıqlandırıcı amildir. O, qeyd edir ki, məsələn, bir qanun Aİİ daxilində işçi qüvvəsinin hərəkət azadlığını bəyan edir, digəri isə bunu rədd edir: “Aİİ ölkələrinin qanunvericiliyini və ittifaqın hüquqi müddəalarını qaydaya salmaq lazımdır. Rusiyanın milli qanunvericiliyi Aİİ-nin hüquqi müddəaları üzərində üstünlük təşkil edir. Nəticədə belə bir təəssürat yaranır ki, Rusiyanın postsovet ölkələrindən olan əmək miqrantlarına ehtiyacı yoxdur”.

Bu durumda Rusiyada Dövlət Statistikası üzrə Federal Agentlik- Rosstatın məlumatına görə, ötən il ölkəyə gələn miqrantların sayı 4 milyon, ölkədən gedənlərin sayı isə 3,5 milyon nəfər olub. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 3 dəfə artıb. Rusiyanın Əmək Miqrantları Həmkarlar İttifaqının sədri Renat Kərimov bildirib ki, Rusiyaya gələn miqrantların sayı azalıb: “Rusiyadan çıxarılan miqrant, bir daha geri qayıtmır. Ümumiyyətlə, ölkəyə indi daha az miqrant gəlir. Çünki Rusiyada bütün 2024-cü il əmək miqrasiyasının sərtləşdirilməsi şüarı altında keçib. Ona görə də, bura gələn hər bir əmək miqrantı risk edib gəlir. Bu səbəbdən Rusiyaya gələn miqrantların sayı azalıb”. Kərimovun sözlərinə görə, miqrantların sayının azalmasına ölkədəki əmək bazarı da öz növbəsinə müvafiq reaksiya verir. Rusiayda işçi qüvvəsi çatışmazlığı yaranıb. Ən son məlumatlara görə Rusiyada hazırda 331 min 727 nəfər azərbaycanlı miqrant yaşayır. Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfər miqrasiya qeydiyyatına alınıb. Deportasiya təhlükəsi ilə üzləşmiş miqrantlar arasında minlərlə həmyerlilərimiz də var. Rusiyada qanunsuz miqranların reyestrinin fəaliyyətə başlaması miqrantlar arasında narazılığa səbəb olub. Belə ki, həmin reyestrə təkcə qanunu pozan miqrantların deyil, həm də qaydalara riayət edən xarici vətəndaşların adının salınması miqrantlar arasında deportasiya təşvişi yaradıb. Bu durumda miqrantların Rusiyanı tərk etməsi sürətlənib. Bu hal Rusiyada yaxın tezlikdə ciddi işçi çatışmazlığına səbəb olacaq. Amma Rusiya qanunvericiliyini dəyişməyənə kimi miqrantların bu ölkəyə qayıdışı çətin ki, baş tutsun. Miqrasiya üzrə ekspert Asilbek Egemberdiev bildirib ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən qeyri-qanuni miqrasiya ilə mübarizəsi səmərəsizdir, tərəfdaşlar arasında münasibətləri pozur və Rusiyanın regionda təsirini zəiflədir: “Mövcud miqrasiya siyasəti bütün tərəflərə ziyan vurur. Xarici işçilərin leqallaşdırılması üçün dəqiq qaydaların olmaması miqrantları çıxılmaz vəziyyətə salır”. Egemberdiyev hesab edir ki, “iş vizası”nın tətbiqi mürəkkəbliyinə baxmayaraq, problemi həll etməyin yeganə sivil yoludur: “Bu, şəffaflığı və miqrantların hüquqlarına hörməti, o cümlədən qalma müddətinin müəyyən edilməsini, qəbul edən tərəfin hüquqi məsuliyyətini və sosial normalara riayət olunmasını təmin edəcək. Altı aydan iki ilə qədər müddətə uzadılma imkanı olan “iş vizası” bir çox aktual məsələlərin həllinə kömək edəcək”. Ekspert vurğulayıb ki, bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində narazılıq yarada bilsə də, sivil miqrasiya münasibətlərinin qurulması üçün zəruri addımdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ