şənbə günü, 24 oktyabr 2026
     

Mirzoyan Zəngəzur dəhlizində "alternativ rejim" təklif edir - təki "dəhliz məntiqi" işləməsin...

Image


Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi qiymətləndirilə bilər. Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O, həmçinin vurğulayıb ki, bu dəhliz rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə davam edən prosesin elementlərindən biridir: “Hesab edirəm ki, Zəngəzur dəhlizi sırf kommersiya əhəmiyyətindən başqa, regionda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi də qiymətləndirilə bilər, çünki o, həm də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı davam edən prosesin elementlərindən biridir. Beləliklə, iqtisadi cəhətdən tam təcrid olunmuş Ermənistan üçün bu, regionun bir hissəsi olmaq, eləcə də onun strateji əhəmiyyətini artırmağa kömək etmək üçün yaxşı şansdır”.

Beləliklə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına regionda əməkdaşlığın mühüm elementlərindən biri kimi yanaşır. Amma Ermənistanda bununla bağlı hələ də fərqli mövqelərə rast gəlinir. Məsələn, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində bildirir ki, Ermənistan Azərbaycan tərəfinin regionda infrastrukturun blokdan çıxarılmasına yanaşmasında ekstraterritorial nəzarət elementləri kimi qəbul edilə biləcək bəzi əlamətlərdən narahatdır: “Suverenliyə müəyyən məhdudiyyətlər nəzərdə tutan belə bir “dəhlizin” məntiqi bizim üçün qəbuledilməzdir”. Nazir qeyd edib ki, Ermənistan Azərbaycana ikitərəfli dəmir yolu infrastrukturunun açılmasını, yəni hər iki tərəfin bir-birinin dəmir yolu şəbəkələrindən tam istifadə etməsini təmin etməyi təklif edib: “Azərbaycanın əsas ərazisini Naxçıvan Respublikası ilə birləşdirən hissədə ən qısa marşrut üzrə müasir mexanizmlərdən istifadə etməyi təklif etdik. Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərindən istifadə etməyi təklif etdik. Biz təklif etdik ki, elektron bəyannamə tətbiq edilsin ki, bu da malların dövriyyəsini sürətləndirəcək. Bundan əlavə, sığorta və təkrarsığorta mexanizmlərindən istifadə edərək keçidin təhlükəsizliyinin təmin edilməsini bəyan etdik". Mirzoyan qeyd edib ki, ölkəsi dəmir yolu ilə yük daşımalarının birinci mərhələsindən başlayaraq dərhal bu təşəbbüsün həyata keçirilməsinə başlamağa hazırdır: “Əgər bu mərhələ uğurla başa çatarsa, o zaman sərnişin daşımalarına və digər rabitə növlərinə keçmək mümkün olacaq". Xarici işlər naziri əmindir ki, kommunikasiyaların blokunun açılması prosesi regional əlaqənin, o cümlədən Ermənistan və Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpasına gətirib çıxaracaq: “Və biz bu məsələ ilə səmimi maraqlanırıq. Nəhayət, bizim nöqteyi-nəzərimizdən bu layihə ən azı regional səviyyədə logistika mənzərəsini kökündən dəyişə bilər. Mən bunda iştirak edən tərəflərin heç biri üçün heç bir mənfi nəticə görmürəm”. Erməni şərhçi David Sarkisyan isə iddia edir ki, Azərbaycandan qatarla daşınan yüklər Ermənistanda yoxlanılmayacaq. Bu məhsulların bəyannaməsi Azərbaycanın özündə qeyd olunacaq və Mehridən keçərək, maneəsiz şəkildə Naxçıvana aparılacaq. Onun sözlərinə görə, Antalya Demokratiya Forumunda səslənən fikirlər də bunu təsdiq edir. Sarkisyan iddia edir ki, Ermənistanın daşınan malları nəzərdən keçirməsi qadağan ediləcəyi üçün Azərbaycan Naxçıvana istədiyi yükü daşıya biləcək.

Bu arada qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu, Zəngəzur dəhlizinə daxil olan və uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi 93% səviyyəsində tamamlanıb. Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Zəngəzur dəhlizinin tikintisindəki mühüm layihə komponentlərindən biri tunellərdir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb. Belə ki, şərti adları T1, T2 və T3 olan tunellərinin hər birində qazma, püskürtmə beton işləri artıq yekunlaşıb. Zəngəzur dəhlizinin tikintisi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol, yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaqdır. Hazırda 93 %-lik tamamlanma ilə, yaxın gələcəkdə bu layihənin tam olaraq istifadəyə verilməsi region üçün yeni üfüqlər açacaq. Bunlar fonunda Ermənistan nəzərə almalıdır ki, Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı iki strateji müttəfiq və qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasına və sıx əməkdaşlığa xidmət edir. İki qardaş ölkə arasında çoxsaylı transmilli enerji, nəqliyyat, tranzit-yükdaşıma və kommunikasiya layihələrin icrası nəticəsində Avrasiya coğrafiyasında ciddi bir əməkdaşlıq formatı yaradılmaqdadır. Yaranmış fürsətdən milli maraqları naminə faydalanan Azərbaycanla Türkiyə qarşılarındakı çağırışlara və hədəflərə nail olmaq üçün birgə fəaliyyətlərini daha da inkişaf etdiməklə iki ölkənin inkişafına, təhlükəsizliyinə və əhalisinin rifah halının yaxşılamasına çalışırlar. Bura Zəngəzur dəhlizinin açılması da daxildir. Ermənistanla imzalanması nəzərdə tutulan sülh sazişində bu ədalətsizlik aradan qaldırılıb Azərbaycanla birbaşa quru əlaqəsi olmayınca imzalanacaq sülhü ədalətli hesab etmək olmaz. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılmalıdır. Bakı ilə Anakara arasında birgə sıx əməkdaşlığın nəticəsi olaraq tezliklə Zəngəzur dəhlizi açılacaq. Bunun başqa alternativi yoxdur. Hər halda İrəvan bunu nəzərə almalıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ