çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Tramp Paşinyanı həmin səhvinə görə bağışlamaz...

Image


Sahil Kərimli: “Paşinyanın seçkilərdən əvvəlki vaxtlarda və seçki dövründə Trampın əleyhinə müəyyən çağırışlar və bəyanatlar səsləndirməsi Tramp administarsiyasının unutduğu məsələ olmayacaq”

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində çox diqqət çəkən fikirlər bildirib. Azərbaycan Prezidenti bildirib ki, ABŞ prezidenti Tramp seçki dövründə hansı liderin ona hansı münasibət göstərdiyini bilir:

“...Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin”.

Prezident Əliyev bu sırada Kanadanın baş naziri Castin Trüdonun adını çəkdi. Məlumdur ki, seçki dövründə Ermənistanın baş naziri Nikol Paşinyan da Trampa qarşı münasibətini göstərmişdi, Baydeni müdafiə etmişdi.

Ola bilərmi ki, biz bundan sonra Trampın Paşinyana münasibətində bunu qabarıq şəkildə görə bilək? Yəni Tramp Paşinyana nümayiş etdirsin ki, sən seçki vaxtı mənə əks mövqedə olubsan, başqa mövqe tutubsan. Tramp bu münasibəti Paşinyana nümayiş etdirəcəkmi? Ona göstərəcəkmi ki, sən seçki vaxtı başqa mövqe tuturdun?

“Qarşıdakı dövrlərdə Amerikanın Ermənistanla bağlı siyasətinə düzəliş etməsinin şahidi olacağıq”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində “Ümumiyyətlə, ABŞ-da hakimiyyət dəyişikliyindən, Tramp administrasiyasının rəsmi şəkildə fəaliyyətə başlamasından sonra dünyada yeni geosiyasi proseslər başlayıb. Artıq son günlər ABŞ-la Rusiya arasında yeni əməkdaşlıq platformasının açılması, hər iki ölkə rəhbərinin bir-biri ilə təmas qurması, ümumiyyətlə münaqişələrin və müharibələrin dayandırılması ilə bağlı aparılan danışıqlar dünyada gedən proseslərə də çox ciddi təsir göstərir”-deyə bildirdi.

S.Kərimli qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ Davos İqtisadi Forumunda iştirak edərkən Çin telekanalına verdiyi müsahibə zamanı da bu prosesləri çox dərindən təhlil edib. “Prezident İlham Əliyev çox geniş və ətraflı müsahibəsi zamanı həm ABŞ-da seçki öncəsi, həm də ondan sonrakı dövrdən, ümumiyyətlə dünyada gedən proseslərdən, iqtisadi və siyasi münasibətlərin gələcək perspektivindən, təbii ki, Azərbaycan-Çin münasibətlərindən, Azərbaycanın dünyada nəhəng layihələrin icrasına verdiyi töhfələrdən danışdı. Eyni zamanda da Azərbaycanın mövqeyini bir daha dünya ictaimiyyətinə, beynəlxalq dairələrə çatdırmış oldu. Burda Prezident İlham Əliyevin dərin təhlilindən irəli gələrək belə bir şərh verə bilərik ki, bəli, Amerika prezidenti Donald Tramp bundan sonra öz siyasi kursunu ona vaxtilə olan münasibətlər fonunda müəyyənləşdirəcək. Biz Kanadanın hazırkı durumunu, ümumiyyətlə bundan sonra dünyanın bir çox ölkələrinin, həmin ölkələrin liderlərinin gələcək siyasi karyerasında da Trampın böyük və ciddi rol oymamasının şahidi olacağıq. Ümumiyyətlə, Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində də ciddi korrektələrə ehtiyac olduğunu bilərək korrektələrə getmək məcburiyyətində qalması da açıq-aydın ortadadır. Çünki bundan əvvəl Bayden hakimiyyəti dövründə Cənubi Qafqaz siyasətində köklü yanlışlıqlar baş vermişdi. Prezident İlham Əliyev də ötən dörd ili ABŞ-la münasibətlərdə itirilmiş dövr kimi qiymətləndirib. Bundan sonrakı dövrdə də, təbiidir ki, Tramp əvvəlki hakimiyyətin dövründə yol verilmiş yanlışlıqların düzəldilməsi istiqamətində böyük töhfələr verəcək. Çünki Azərbaycan ABŞ-la daim tərəfdaş kimi çıxış edib, Amerika da Azərbaycanın dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib, eyni zamanda da Cənubi Qafqzda Azərbaycanı əsas tərəfdaşı kimi qeyd edib.

O ki qaldı Ermənistana və Paşinyana, əlbəttə, Bayden hakimiyyəti dövründə Ermənistana ciddi dəstək verilməsi ilə bağlı bir sıra addımlar atılıb. Bunu biz təəssüf hissi ilə qeyd edirik. Bu yanlış addımlar ona gətirib çıxarıb ki, bu gün Ermənistan Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasına çox ciddi maneələr törədir. Bu yanlış siyasətin düzəldilməsi istiqamətində, ümumiyyətlə, Ermənistanın Amerikadan gözləntilərinin reallaşmaması istiqamətində Tramp müəyyən addımlar atacaq, ABŞ növbəti illərdə bu yanlış addımları, belə desək, düzəltmək məcburiyyətində qalacaq. Çünki Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün əldə olunması eyni zamanda ABŞ-ın da marağında olmalıdır. Bölgədəki sabitlik, yarana biləcək iqtisadi əlaqələrin daha da genişləndirilməsi və şaxləndirilməsi, “Orta Dəhliz”, tranzit və logistika xidmətlərinin daha da inkişaf etdirilməsi ABŞ-ın da marağında olan məsələlərdən biridir.

Nikol Paşinyanın seçkilərdən əvvəlki vaxtlarda və seçki dövründə Trampın əleyhinə müəyyən çağırışlar və bəyanatlar səsləndirməsi Tramp administarsiyasının unutduğu məsələ olmayacaq. Bunu açıq deməliyik. Qarşıdakı dövrlərdə Amerikanın Ermənistanla bağlı siyasətinə düzəliş etməsinin şahdi olacağıq. Burda eyni zamanda Trampın Ermənistanla bağlı da müəyyən konkret qərarlar verəcəyini görəcəyik. Çünki məlumdur ki, Paşinyan Amerikada səfərdə olarkən Amerika prezidenti ilə görüşməyə çox ciddi cəhdlər etdi. Təbiidir ki, Tramp onu qəbul etmədi. Belə deyək, Amerikanın vitse-prezidenti ilə ayaqüstü görüşdü. Bu görüş bəlkə də çoxlarının anlamadığı kimi heç də Ermənistanın xeyrinə deyil. Çünki böyük ehtimalla, bu görüşdə Ermənistanın baş nazirinə izah olundu, ona başa salındı ki, onun Bayden administarsiyası ilə imzaladığı strateji tərəfdaşlıq sazişinin artıq bir çəkisi, bir mənası olmayacaq. Yenə də qeyd etmək istəyirəm ki, Tramp Baydenin hakimiyyəti dövründə alınan əksər qərarların ləğvi istiqamətində artıq açıq siyasət yürütməkdədir”-deyə S.Kərimli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ