çərşənbə günü, 11 noyabr 2026
     

Putin Pyotrun edə bilmədiyini edir?

Image


Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra hələ cari ilin martında Kiyev hökumətinin Azov dənizinə çıxışını bağlayıb. Elə indi də ruslar Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər. Belə görünür ki, Rusiya Azov dənizi tam şəkildə bundan sonra da öz nəzarətində saxlamaq iddiasındadır. Hər halda, Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları bu qənaətə gəlməyə əsas verir.

Putin bildirir ki, onun Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibə uzun proses ola bilər. Bununla yanaşı, o, Rusiyanın Ukraynada bir sıra əraziləri ilhaq etməsini əhəmiyyətli nəticə adlandırıb. Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri qarşısında çıxış edərkən Ukrayna barədə, ümumiyətlə, olduqca maraqlı məqamlara toxunub. Qeyd edək ki, hazırda bu şurada Kremlin siyasətini tamamilə dəstəkləyənlər çoxluq təşkil edir. Onlarla görüş zamanı Putin deyib: “Nə gizlədim, Azov dənizi də Rusiya Federasiyasının daxili dənizi oldu”. O xatırladıb ki, hələ çar Birinci Pyotr Azov dənizinə çıxış üçün mübarizə aparırdı. Artıq bununla Putin Pyotrun edə bilmədiyini etdiyini bəyan edir. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məsələnin bu tərəfinin xüsusi diqqət mərkəzində saxlanmasının vacibliyini bəyan edir. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin xalqını Ukraynada uzun sürəcək işğalçı müharibəyə hazırlayır: “ O, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı deyib ki, “xüsusi əməliyyat” uzun proses ola bilər. Bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və Rusiyanın hazırda çarın mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bəyan edib. Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist olduğunu göstərir. O, Rusiyanın daxili auditoriyasını Ukraynada yeni əraziləri zəbt etmək məqsədi daşıyan uzun sürən müharibəyə hazırlayır. Görünür, Putin hücum əməliyyatlarını qısa müddətə dayandırmaqla daxili auditoriyanın impulsunu itirmək təhlükəsi ilə üzləşmək istəmir”.  Qeyd edək ki, Azov dənizi istər iqtisadi, istər geosiyasi, istərsə də hərbi cəhətdən həm Rusiya, həm də Ukrayna üçün mühüm əhəmiyyətə sahib məkandır. Burada Kerç boğazı da hər iki ölkə üçün mühümdür. Dünyanın ən dayaz və şirin dənizi sayılan Azovu Qara dənizə bağlayan yeganə su xətti məhz Kerç boğazıdır. Rusiya ilə Ukraynanın sərhədləri daxilində qalan və böyük strateji əhəmiyyətə malik olan Azov dənizinə sahiblik də bu boğazdan keçir. Kerçi əlində tutan dövlət Azovu özünün daxili su hövzəsinə çevirə bilər. Yeri gəlmişkən, 2014-cü ilin mart ayında Rusiyanın Krımı ilhaq etməsinin əsas səbəbi də elə bu məqsəddən, yəni  Azova sahiblik arzusundan doğurdu. Müharibəyə qədər Ukraynanın əsas sənaye gücü sayılan şimal-şərq hissəsini cənub-şərq hissəsi ilə bağlayan Kerç boğazı bu ölkənin balıqçılıqdan tutmuş, ağır metallurgiya müəssisələrinə qədər bir çox iqtisadi sahələrinin həm istehsal qaynağı, həm də əsas nəqliyyat xətti olub. Rusiya üçün isə Kerçin və Azov dənizinin əhəmiyyəti daha böyükdür. Azov dənizi və onun Kerç boğazı Don çayı vasitəsilə Rusiyanın mərkəzini,  Volqa-Don kanalı ilə isə Xəzər dənizini okeanlara bağlayır. Krımın ilhaqına qədər Azov dənizin iki tərəf arasındakı bölgüsü Ukraynanın xeyrinə idi. Çünki Kırım onun əlində olduğundan Azovun böyük hissəsinə də Kiyev nəzarət edirdi. 2014-cü ildə Rusiyanın Krımı ilhaqıyla durum dəyişdi. Kerç Boğazı Krımda yerləşdiyindən nəzarəti birbaşa Rusiyaya keçmiş oldu. Bu ilin fevralında başlanan müharibə ilə Rusiyanın Mariupol limanını ələ keçirməsi nəticəsində Ukraynanın Azov dənizinə çıxışı bağlanıb. Rusiya bu dənizdən istifadə edən yeganə dövlətdir. Putinin fikirlərindn görünür ki, Kreml bu xüsusda mövqeyini kimsəyə güzəştə getməyəcək.

Bununla yanaşı, Putin Ukraynada hərbi əməliyyatların davam etdiriləcəyini də bildirib. O, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşü zamanı Ukrayna ərazilərinin ilhaq edilməsinin xüsusi əməliyyatın məqsədlərindən biri olduğunu birbaşa deməyib. Xatırladaq ki, dünya ölkələrinin mütləq əksəriyyəti Ukraynanın dörd vilayətinin Rusiya tərəfindən ilhaqını tanımayıb. Ukrayna isə bu ərazilərin işğaldan azad olunmasını davam etdirir. Onu da qeyd edək ki, Putin müharibədən danışarkən “xüsusi əməliyyat” ifadəsi ilə yanaşı “müharibə” sözünü də işlədib. Amma o iddia edib ki, müharibəni 2014-cü ildə Ukrayna hakimiyyəti başladıb. Rusiya ilə Qərb arasında qarşıdurma ilə bağlı nüvə müharibəsi təhlükəsi barədə suala cavab verərkən Putin bu təhlükənin artmaqda olduğunu deyib. Rusiya prezidenti Moskvanın heç bir halda nüvə silahına birinci əl atmayacağına dair qarantiya verməkdən boyun qaçırıb: “Əgər birinci əl atmasa, deməli, ikinci də əl atmayacaq. Çünki bizim ərazimizə nüvə zərbəsinin endirilməsi imkanı məhduddur. Rusiya hakimiyyətinin başına hava gəlməyib və nüvə silahını ülgüc kimi ora-bura çəkməyəcək”. Rusiya prezidenti deyib ki, milli maraqları əvvəlcə dinc, sonra isə qalan bütün vasitələrlə müdafiə edəcək. Putin qeyd edib ki, səfərbərliyin ikinci dalğasına bu gün ehtiyac yoxdur. Onun sözlərinə görə, səfərbərliyə alınmış 300 min nəfərin hazırda 150 mini “xüsusi əməliyat” zonasındadır. Amma bilavasitə cəbhə xəttində olanlar bu yarının yarısıdır. Rusiya prezidenti beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını və BMT-ni kəskin tənqid edib. Onun firkincə, Ukraynada müharibə başlanandan bəri Qərb Rusiyaya münasibətdə “həyasız qərəz” nümayiş etdirir. Putinin sözlərinə görə, Qərb insan haqlarından başqa ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə edir. Daha bir maraqlı nüans odur ki, Putin yenə də “xüsusi əməliyyat”ın plan üzrə getdiyini deyib. O, bu tezisi hətta Rusiya qoşunları geri çəkiləndə də təkrar edib. Bununla yanaşı o, bu planın nədən ibarət olduğunu, “xüsusi əməliyyatın” nə vaxt başa çatacağını açıqlamayıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ