çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan KTMT-nin İrəvan sammitində də Ermənistanı çökdürdü...

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın dostlarının Ermənistanla müqayisədə daha çox olması qurumun İrəvanda baş tutan iclasında bir daha təsdiqini tapdı. Ermənistanın gözləntilərinin əksinə olaraq, Azərbaycana qarşı hansısa irad ifadə edilmədi. Bu, KTMT üzvlərinin haqlı mövqedə olan Azərbaycana dəstəyinin daha bir təsdiqi oldu.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı da İlham Əliyev bu xüsusda maraqlı fikirlər səsləndirmişdi: “Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bugünə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni bu nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibarlı tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”. Bu fonda qeyd edək ki, KTMT-nin İrəvan iclasında Azərbaycana qarşı məqamları özündə ehtiva edən sənəd imzalanması mümkün olmayıb. Məsələ ilə bağlı təşkilatın baş katibi Stanislav Zas bildirib ki, KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana kömək göstərilməsi tədbirləri haqqında qərar layihəsi yüksək hazırlıq vəziyyətindədir, amma müəyyən müddəalarının işlənməsinə ehtiyac var: “İki sənəd xüsusilə müzakirə olunub. Bunlar Ermənistan Respublikasına kömək göstərilməsi barədə qərarın layihəsidir. Sənəd yüksək hazırlıq vəziyyətindədir. Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib”. Zasın dediyinə görə, sənəd ümumilikdə tanınıb, amma onun bəzi müddəalarının işlənməsinə ehtiyac var. Zas bildirib ki, sənəd bundan sonra imzalanmaq üçün KTMT-yə üzv dövlətlərin başçılarına təqdim olunacaq. O əlavə edib ki, Kolektiv Təhlükəsizlik Şurasının bəyannaməsi də yüksək hazırlıq vəziyyətindədir, amma müzakirələrin nəticələrinə görə bu sənədə bir sıra redaktələr edilməlidir. KTMT baş katibi bunu normal proses adlandırıb. Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, KTMT ölkələri başçılarının iclasında 15 qərar qəbul olunub, daha iki sənəd təkrar işlənməyə göndərilib. KTMT-nin İrəvan  sammitində təşkilatda sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Aleksandr Lukaşenko isə bildirib ki, imzalanma üçün təqdim olunan sənədə Ermənistanın iki düzəlişi qəbul olunmayıb: “Biz qərara gəldik ki, bu iki bəndi qəbul etməyək və onların dərinliyinə varmayaq”. Lakin Belarus prezidenti bu bəndlərin nədən ibarət olduğunu açıqlamayıb.

Amma “Azatutyun” radiosu bildirir ki, Yerevan KTMT sammitindən “Azərbaycanın təcavüzünə siyasi qiymət verilməsini” gözləyirdi. Bu fonda rəsmi İrəvan yekun sənədə düzəlişlər təklif edib. Amma digər üzvlər bunu qəbul etməyib.  Aleksandr Lukaşenko  bu xüsusda qeyd edib: “Amma biz ilk dəfə olaraq qərara gəldik ki...(və bu istiqmətdə konkret hərəkət vardı) razılığa gəlmək üçün mövqelərin uyğun gəldiyi məqamlar var. Və biz hamımız başa düşdük ki, bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Əgər biz müzakirə etdiyimiz kimi hərəkət etsək, münaqişə qurtaracaq və sülh müqaviləsi imzalanacaq. Nikol Vovayeviç susur, deməli, o da mənim dediyimlə razıdır”. Rusiya prezidenti təşkilatın sammitində deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümid edir. O əlavə edib ki, Soçidə aparılmış üçtərəfli danışıqlar əsas məsələlərin həlli üçün yaxşı bünövrə olub. Rusiya prezidentinin sözlərinə görə, Soçidə 2020 və 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmalara ən yüksək səviyyədə sadiqlik ifadə olunub: “Sərhədin delimitasiyasına, nəqliyyat kommunikasiyalarının açılmasına, humanitar problemlərin həllinə, Ermənistan və Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşdırılmasına yalnız bu razılaşmalara ardıcıl əməl etməklə nail olmaq olar. Ümid edirik ki, bu, son nəticədə Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək”. Amma o da bəlli olub ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Paşinyan qeyd edib: “KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”. Paşinyan Rusiyanın rəhbərlik etdiyi təşkilatı 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib. O xatırladıb ki, onun ölkəsi bu ilin yanvarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev antihökumət iğtişaşları zamanı KTMT qoşunlarını köməyə çağırarkən bu çağırışa dəstək verib: “Ermənistan KTMT-dəki sədrliyini başa vurur. Bu ilin KTMT üçün ildönümü olmasına baxmayaraq, bu il Ermənistan üçün ildönümü olmayıb. Son iki ildə KTMT-yə üzv dövlət Azərbaycanın azı üç hücumuna məruz qalıb və yeri gəlmişkən, biz indiyədək KTMT-dən Azərbaycanın təcavüzünə hər hansı bir reaksiya almamışıq və bu, təşkilatın nüfuzuna böyük zərbədir”. Bu fonda Ermənistanda hakimiyyətin təşkilatçılığı ilə yüzlərlə şəxs İrəvanın mərkəzində ölkənin KTMT-dən dərhal çıxmasını tələb edən aksiya keçirib. Nümayişçilərin arasında Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edənlər də olub.  Kreml sözçüsü Dmitri Peskov isə KTMT-nin İrəvanda keçirilən sammiti haqda qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam edir və bundan sonra da prosesə yardım edəcək: “Heç kim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hansısa tarixə qədər uzatmağa çalışmır, əsas odur ki, imzalansın və yaşama hüququ qazansın. Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzərində razılaşması vacibdir, hamı bir-biri ilə rəqabət aparmadan bunun üçün bütün səylərini göstərməlidir”. Peskov qeyd edib ki, sülh müqaviləsinin imzalanması məsələlərində hələ də müəyyən nüanslar var və gələcək hadisələrin gedişində və digər formatlarda nizamlanma mümkündür: “Ona görə də burada çoxlu imkanlar yaranacaq, o zaman bu imkanları yekunlaşdırmaq mümkün olacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ